Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2010
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Prezident yanında Dövlət İdarəçilik Akademiyasında 2009-2010-cu tədris ilinin məzunları ilə görüş olub
    Bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 2009-2010-cu tədris ilinin məzunları ilə görüş olub. KƏLAMİNFO xəbər verir ki, DİA-nın rektoru Seyfəddin Qəndilov müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ümummilli liderin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlət başçısının təhsillə bağlı imzaladığı bir sıra sənədlərin əhəmiyyətini diqqətə çatdıran S.Qəndilov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, akademiyada qazanılan uğurlardan bəhs edib, təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin ilbəil genişləndiyini söyləyib. S.Qəndilov əlavə edib ki, DİA-nın ənənələrinə sadiq qalan tələbələr bilik və bacarıqları ilə dövlət idarəçiliyinə öz töhfələrini verəcəklər.
    30.06.10 Məqaləni oxumaq
     
    PA-nın şöbə müdiri: “Hillari Klintonun Azərbaycana səfəri 18 il bundan əvvəlki səfərdən tamamilə fərqlənir”
    ABŞ-ın Dağlıq Qarabağ probleminə, münaqişənin gələcək həllinə münasibəti və Amerikanın problemə prioritet məsələ kimi yanaşması maraqlıdır. Həmçinin bu ölkənin Dövlət Katibinin Azərbaycana səfəri ölkələrimiz arasında ötən illərdə mövcud olmuş münasibətlərin təhlili, gələcək işlərin planlaşdırılması anlamında sözsüz ki, əhəmiyyətlidir. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
    30.06.10 Məqaləni oxumaq
     
    E.Məmmədyarov: “Rəsmi Bakı İranın nüvə məsələsi ilə bağlı Türkiyə-Braziliya təşəbbüsünü yüksək qiymətləndirir”
    Rəsmi Bakı İrana qarşı qəbul edilmiş sanksiyalardan sonra həyata keçə bilməyən İran İslam Respublikasının nüvə məsələsi ilə bağlı Türkiyə-Braziliya təşəbbüsünü yüksək qiymətləndirir. KƏLAMİNFO xəbər verir ki, bunları Almaniyada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin parlamentinin deputatları ilə görüşü zamanı bildirib. O, qeyd edib ki, İran ilə beynəlxalq cəmiyyət arasında etimad elementləri tapmaq lazımdır. Xatırladaq ki, İranın nüvə yanacağının mübadiləsi barədə üçtərəfli razılaşma mayın 17-də imzalanıb. Razılaşma, Braziliya prezidenti Luiq İqnasiu De Silva və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Tehranda imzalanıb.
    30.06.10 Məqaləni oxumaq
     
    İslam həmrəyliyi
    İmam Xomeyninin ictimai-siyasi düşüncələrində…

    2007-ci il iyunun 3-də İran İslam Respublikasının Culfa şəhərində - Azad Araz Zonasında İmam Xomeyninin mənəvi baxış və düşüncələrində beynəlxalq Qədir seminarı keçirilirdi. Seminarda İran, Azərbaycan, Gürcüstan və Dağıstandan alimlər, KİV nümayəndələri iştirak edirdilər. Tədbirdə çıxış edən natiqləri dinləyərkən belə nəticəyə gəldim ki, hər bir xalqı çətinliklərdən xilas edən bir lideri olub. Şərqdə biz bunu Türkiyədə Mustafa Kamalın, İranda İmam Xomeyninin, Azərbaycanda isə ümummilli lider Heydər Əliyevin nümunəsində görə bilərik.
    30.06.10 Məqaləni oxumaq
     
    DQDK-nin sədri Hidayət Orucov Astanada ATƏT-in yüksək səviyyəli konfransında iştirak edir
    Bu gün Astanada tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi ilə əlaqədar ATƏT-in yüksək səviyyəli konfransı öz işinə başlayıb. Konfransda ATƏT-in üzvü olan 56 ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edir. Tədbirdə ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun başçılığı ilə nümayəndə heyəti təmsil edir. Qazaxıstanın dövlət katibi, xarici işlər naziri Kanat Saudabayev çıxış edərək tolerantlıq və ayrı-seçkilik məsələləri ilə əlaqədar konfransın keçirilməsinin yüksək əhəmiyyət daşıdığını qeyd edib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirakçıları salamlayıb, dözümlülüyün Qazaxıstan modeli haqqında danışıb. Onun sözlərinə görə, ölkədə yaşayan xalqları və konfessiyaları birləşdirən Qazaxıstan Xalqları Assambleyası neçə illərdir uğurla fəaliyyət göstərir və sabitliyin qorunmasına öz töhfəsini verir.
    30.06.10 Məqaləni oxumaq
     
    Rusiya regionda öz imperiya iddialarını dəstəkələyə bilirmi?
    Rəsmi Moskva Qırğızıstanla bağlı imperiya iddialarının ardınca gedə bilmədi. Artıq sirr deyil ki, Kurmanbek Bakiyevi həm ABŞ-a, həm də Rusiyaya oynadığı üçün rəsmi Moskva devirdi. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, qərb politoloqları bu fikirdədir. K.Bakiyev ötən il Rusiyadan 2 mlrd. dollar kredit almaq müqabilində amerikalıları Manasdan çıxarmağı Moskvaya söz vermişdi. Lakin krediti alandan sonra K.Bakiyev amerikalılardan daha artıq icarə haqqı alaraq müqaviləni uzatdı. Politoloqların fikirincə, elə bu rəsmi Moskvanı çox məyus etdi. “Qırğızıstandakı son toqquşmaların, özbək-qırğız qırğınının qarşısını almaq üçün elə Moskvanın bu ölkədə gətirdiyi hakimiyyət Rusiyadan, MDB-nin yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından sülhməramlılarını göndərməyi istəyəndə, ruslar yardım etmədilər. Çünki bu təşkilat ancaq kağız üzərində nəyəsə yarayır. Yeganə hərbi qüvvəsi olan üzv elə Rusiyadır. Rusiyanın ordusu isə başıpozuq çağırışçılardan və təcrübəsiz zabitlərdən ibarətdir.
    30.06.10 Məqaləni oxumaq
     
    Almaniyada “Azərbaycan - Odlar Yurdu” adı altında Mədəniyyət Gecəsi təşkil olunub
    “İRƏLİ” İctimai Birliyinin Almaniya nümayəndiliyi, Almaniyanın Leypsiq Universiteti və azərbaycanlı tələbələrlə birgə ənənəvi olaraq həyata keçirilən “Kosmopolit Leypsiq!” adlı 16-cı Beynəlxalq Tələbə Həftəsi çərçivəsində “Azərbaycan - Odlar Yurdu” adı altında Mədəniyyət Gecəsi təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ” İctimai Birliyindən veriblər. 1994-cü ildən indiyədək təşkil olunan bu tədbirdə ilk dəfə Azərbaycan mədəniyyəti təmsil olunub. Gecənin təşkil olunmasında “İRƏLİ” İctimai Birliyinin Almaniya nümayəndiliyinə Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Leypsiq Universiteti və Leypsiq şəhərində təhsil alan və yaşayan azərbaycanlılar dəstək gostəriblər. Tədbiri Azərbaycanın Almaniyadakı səfirliyinin Birinci Katibi Fikrət Axundov açıb. F.Axundov Azərbaycanın keçdiyi inkişaf yolları, Azərbaycan-Almaniya əlaqələri haqqında dinləyicilərə geniş məlumat verib.
    30.06.10 Məqaləni oxumaq
     
    Həmsədrlər iyulun əvvəlində Azərbaycana gələcək
    Gələn ayın əvvəli ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana gələcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. İ.Popov Rusiya, Fransa və ABŞ prezidentlərinin Kanadada “Böyük səkkizliyin” sammitində Dağlıq Qarabağ üzrə bəyanatlarını şərh etmək istəməyib. O, qeyd edib ki, Minsk Qrupu prezidentlərin bəyanatına və danışıqlar prosesinə regiona gəldikdən sonra qiymət verəcək. Xatırladaq ki, Rusiya, ABŞ və Fransa prezidentləri şənbə günü Kanadada keçirilən “Böyük səkkizliyin” zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıb.
    30.06.10 Məqaləni oxumaq
     
    “Dövlət və Din” ictimai fikir toplusunun 3-cü sayı işıq üzü görüb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun 2010-cu ildə 3-cü sayı işıq üzü görüb. DQİDK-nin mətbuat xidmətindən verilən məlumata görə, toplu prezident İlham Əliyevin Roma Papası XVI Benediktə təbriki ilə açılır. “Rəsmi guşə”də Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin “Şərəf” ordeni ilə təltif edilməsi və Küveytin İslam İşləri və Vəqf nazirinin müavini Adil Abdulla əl-Fəlahın “Dostluq” ordeni ilə təltif olunması haqqında prezidentin Sərəncamları yer alıb.
    29.06.10 Məqaləni oxumaq
     
    BVF Ermənistana iri məbləğli kredit ayırdı
    Beynəlxalq Valyuta Fondu (BVF) Ermənistana iqtisadi böhrandan çıxmaq üçün növbəti kredit proqramını təsdiqləyib. KƏLAMİNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, 2 kredit tranşının hərəsi 3 il üçün nəzərdə tutulub və onların hər birinin məbləği 197,4 mln. dollardır. Qərara əsasən Yerevan dərhal 53,6 mln. dollar əldə edəcək.
    29.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    İyun.2010
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930