Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2010
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Bu gün Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günüdür
    Bu gün Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günü kimi qeyd olunur. KƏLAMİNFO xəbər verir ki, səhralaşma ilə bağlı qlobal ekoloji problemin ciddiliyi nəzərə alınaraq BMT-nin Baş Assambleyası tərəfindən 1994-cü ildə 17 iyun tarixi Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günü elan olunub. Azərbaycan ölkənin ekoloji durumunun yaxsılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq 1998-ci il 24 aprel tarixində “Səhralaşmaya qarşı mübarizə” Beynəlxalq Konvensiyasına qoşulub.
    17.06.10 Məqaləni oxumaq
     
    ADU-da Avstriya Kitabxanası fəaliyyət göstərəcək
    İyunun 17-də Azərbaycan Dillər Universitetində (ADU) Avstriya kitabxanasının açılmasilə bağlı müqavilə bağlanacaq. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, müqaviləni bu ali təhsil ocağının rektoru, professor Səməd Seyidov və Avstriyanın Azərbaycana yeni təyin olunan səfiri Silviya Mayer Kaybiç imzalayacaq. Müqaviləyə əsasən, kitabxananın fonduna 3000-dək kitab, müxtəlif materiallar daxil edilib. Qeyd edək ki, universitetdə Avstriya Mərkəzi fəaliyyət göstərir.
    17.06.10 Məqaləni oxumaq
     
    Respublika üzrə II Kukla Teatrları Həftəsi başlayır
    İyun 17-dən 23-dək Qax şəhərində II Kukla Teatrları Həftəsinin keçirilməsi planlaşdırılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Tədbirdə respublikamızda fəaliyyət göstərən Dövlət Kukla Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Kukla Teatrı iştirak edəcək, sənətsevərlərə 10 tamaşa təqdim olunacaq. Tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə kukla teatrının bu gününə, inkişaf problemlərinə həsr olunmuş Dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub. Gələn il Bakıda UNİMA-nın (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) iştirakı ilə kukla teatrları həftəsinin keçirilməsi planlaşdırılır. II Kukla Teatrları Festivalının keçirilməsinin məqsədi eyni zamanda həmin beynəlxalq tədbir ərəfəsində respublika kukla teatrlarında hazırlanmış tamaşalara ölkədaxili baxış mahiyyətini daşıyır.
    17.06.10 Məqaləni oxumaq
     
    Rusiya dünya okeanlarında mövqeyini gücləndirir
    Rusiya yeni atom sualtı qayığını dünya ictiamiyyətinə təqdim edib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, gəminin təhvili mərasimində prezident Dmitri Medvedev də iştirak edib. Rusiya prezidenti bildirib ki, yeni “Severodvinsk” atom sualtı qayığı Rusiyanın hərbi və dəniz qüdrətini artıracaq və ölkənin dünya okeanlarındakı mövqeyini daha da gücləndirəcək. 119 metr uzunluğundakı atom sualtı gəmisi uzun mənzilli nüvə raketləri və müasir torpedolarla silahlandırılıb. Gəminin inşası 17 il çəkib. Rusiya hərbi-dəniz donanması üçün daha 6 bu tipli müasir atom-sualtı qayığı inşa ediləcək.
    17.06.10 Məqaləni oxumaq
     
    Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti Azərbaycanda səfərdədir
    Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi və onu müşayiət edən nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Səfər çərçivəsində C.Ravazinin bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü planlaşdırılıb. Bundan basqa C.Ravazinini bir çox dini icmaların rəhbərləri ilə görüşləri də nəzərdə tutulub. Sabah qonaq Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək.
    17.06.10 Məqaləni oxumaq
     
    Deputat F.Muradov Parisdə Qərbi Avropa İttifaqı Assambleyasının 58-ci sessiyasında iştirak edir
    Milli Məclisin deputatı Fuad Muradov Qərbi Avropa İttifaqı Assambleyasının 58-ci sessiyasında iştirak etmək üçün Parisə səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentin mətbuat xidmətindən veriblər. Assambleyanın gündəliyinə qurumun sədr müavinlərinin seçilməsi, Lissabon razılaşması çərçivəsində əlaqələrin qurulması, Avropada silahlı qüvvələr arasında əməkdaşlıq və bir sıra digər məsələlər daxil edilib. Sessiyada həmçinin “Dondurulmuş münaqişələr və Avropanın təhlükəsizliyi” mövzusunda diskussiyalar keçiriləcək. Deputatımız müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini açıqlayacaq. Səfər iyunun 18-də başa çatacaq.
    17.06.10 Məqaləni oxumaq
     
    BAMM sədri: “Mətbuat xidmətlərinin ictimaiyyətlə əməkdaşlığı ənənə halını almayıb”
    Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin ictimaiyyətlə əməkdaşlığı sahəsində problemlərin olmasının başlıca səbəblərdən biri ölkədə bu sahədə ənənənin olmamasıdır. Bu barədə Beynəlxalq Mətbuat Klubunun (BMK) Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi” layihəsi çərçivəsində jurnalist təşkilatlarının rəhbərləri ilə aparılan sorğuya cavabında Beynəlaxlq Avrasiya Mətbuat Mərkəzinin (BAMM) sədri Umud Rəhimoğlu söyləyib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər.
    16.06.10 Məqaləni oxumaq
     
    Qırğızıstanda qırğızlarla özbəklər arasındakı qarşıdurmada ölənlərin sayı 180-ə çatıb
    Qırğızıstanın cənunubda qırğızlarla özbəklər arasındakı qarşıdurmada ölənlərin sayı 180-ə çatıb. KƏLAMİNFO xəbər verir ki, qarşıdurmalarda 2 min nəfərə yaxın insan yaralanıb. Ölənlərin sayı ilə bağlı müxtəlif mənbələr fərqli məlumatlar yayırlar. Özbəkistan təmsilçiləri ölənlərin sayının rəsmi rəqəmlərdən çox olduğunu bildirirlər. Türkiyədən sonra Pakistan və Çin də bölgədəki vətəndaşlarını evakuasiya edib. Beynəlxalq birliyin müdaxilə etməməsi və Qırğızıstan təhlükəsizlik qüvvələrinin çarəsizliyi hadisələrin qarşısını almağın asan olmadığını göstərir. Hökumət yetkililəri hadisələrin paytaxt Bişkekə sıçramasından narahatlıqlarını ifadə edirlər. Çoxu yaşlılar və uşaqlar olmaqla 100 min nəfər insan Özbəkistan sərhəddinə toplaşıb. Özbəkistan rəsmi dairələri indiyə qədər 45 min qaçqını qəbul etdiklərini bildiriblər.
    16.06.10 Məqaləni oxumaq
     
    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyəti ilə bağlı ingilis dilində kitab hazırlanıb
    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət və incəsənət sahəsindəki fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi əsasında ingilis dilində hazırlanan “Culture and cultural masterpieces of Azerbaijan are unique the message to the future generations” (“Azərbaycanın mədəniyyəti və mədəni inciləri gələcək nəsillərə bənzərsiz ərməğandır”) kitabında əksini tapıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Kitabda (8 fəsil) M.Əliyevanın 1995-2009-cu illərdə mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti əks olunur. Kitabın ön sözünün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir. Kitabda çoxlu sayda maraqlı və ilk dəfə oxuculara təqdim olunan şəkillər verilib. Yaxın günlərdə kitab geniş ictimaiyyətə təqdim olunacaq. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabın elektron versiyası hazırlanır.
    12.06.10 Məqaləni oxumaq
     
    YAP Xətai rayon təşkilatı 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirdi
    Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən YAP üzvü, parlamentin vitse-spikeri Bahar Muradova müstəqilliyin ilk illərində Azərbaycandakı vəziyyətdən bəhs etdi. B.Muradova bildirdi ki, 1993-cü ilə qədər ölkədə ictimai-siyasi, iqtisadi tənəzzül, xaos, Azərbaycanı çökdürmüşdü. Onun sözlərinə görə, müstəqilliyimizə qarşı əl uzadanların artması ilə paralel Ermənistanın Azərbaycana təcavüzü də xalqı çətin durum qarşısında qoymuşdu. B.Muradova qeyd etdi ki, bu vaxt xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev mövcud vəziyyəti təhlil etdi, xalqı ağır vəziyyətdən çıxarmaq üçün ciddi səy göstərdi və buna da nail oldu. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva isə bildirdi ki, o dövr hakimiyyətdə olanların siyasi iradələrindəki boşluqlar xalqı ağır durama salmışdı. Ümummlli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi isə xalq üçün böyük ümidlər oldu, bu günkü Azərbaycanın inkişafı və çiçəklənməsinə zəmin yaratdı.
    12.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyun.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930