|
Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
Bahar Muradova: “Türkiyənin regionda oynadığı rolu heç kəs inkar edə bilməz”
|
“İsrail və Türkiyənin məsələni sülh yolu ilə həll etməyə siyasi iradəsi çatacaq”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova verib.
B.Muradova Türkiyənin Azərbaycana qardaş və dost ölkə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Türkiyənin regionda oynadığı rolu heç kəs inkar edə bilməz. Türkiyənin dünyada olan qlobal təhlükələrə qarşı çox yüksək səslə öz mövqeyini bildirməsinin hər kəsə bəlli olduğunu diqqətə çatdıran vitse-spiker qardaş ölkənin yaxın qonşuları ilə hansısa bir problemi olmasını istəmədiyini vurğulayıb.
|
02.06.10 Məqaləni oxumaq
|
|
|
MM-in vitse-spikeri parlament seçkilərində YAP-ın daha çox üstünlük əldə edəcəyini düşünür
|
Hər kəsin gücü nədirsə, parlament seçkilərində ona da nail olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova payızda Azərbaycanda keçiriləcək parlament seçkilərinə münasibət bildirərkən verib.
B.Muradova parlament seçkilərində Yeni Azərbaycan Partiyasının daha çox üstünlük əldə edəcəyini düşündüyünü söyləyib.
B.Muradova parlament seçkilərinə qədər seçki qanunvericiliyində dəyişikliklər edilməsinə də münasibət bildirib. "Hər zaman seçkilər ərəfəsində Azərbaycan parlamenti seçki qanunvericiliyinə nəzər salıb, ola bilər ki, bu dəfə də bu məsələ gündəliyə daxil edilsin", - deyə B.Muradova əlavə edib.
|
01.06.10 Məqaləni oxumaq
|
|
|
Milli Məclisin növbədənkənar sessiyası iyunun 8-də keçiriləcək
|
Milli Məclisin növbədənkənar sessiyası iyunun 8-də keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən bildiriblər.
İclasda “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsi müzakirə olunacaq və bir sıra ölkələrlə Azərbaycan arasında imzalanmış Saziş və Bəyannamələr ratifikasiya ediləcək.
|
01.06.10 Məqaləni oxumaq
|
|
|
Qahirədə Ərəb liqası ölkələrinin fövqəladə toplantısı çağırılıb
|
Bu gün Qahirədə Aralıq dənizindəki faciəli hadisə ilə bağlı Ərəb liqası ölkələrinin fövqəladə toplantısı çağırılıb. KƏLAMİNFO xəbər verir ki, Liqanın Baş katibi Əmir Musanın sözlərinə görə, Ərəb liqasına daxil olan ölkələr İsrailin hərəkətini müzakirə etmək üçün xarici işlər nazirləri səviyyəsində Misirin paytaxtında toplaşacaqlar. Toplantıda İsrail hərbi dəniz qüvvələrinin humanitar yardım daşıyan beynəlxalq karvana hücumuna dair ərəb ölkələrinin “kollektiv mövqeyi”nin qəbul olunması gözlənilir.
Qeyd edək ki, altı gəmidən ibarət “Azadlıq karvanı” İsrailin blokadası altında olan Qəzza sektorundakı fələstinlilər üçün humanitar yardım aparırdı. Aksiyada 740 nəfər iştirak edirdi. Mayın 31-də gəmiyə hücum olub. İsrail xüsusi təyinatlılarının gəmi heyətinə qarşı odlu silah tətbiq etməsi nəticəsində 19 nəfər həlak olub, 30-dan çox insan isə xəsarət alıb.
|
01.06.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|