Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2010
    Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
    İsrail ordusu Qəzzaya girib
    Bu gün İsrail ordusu Qəzza zolağına girib. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, fələstinli mənbələr SAXAL-ın Qəzzaya tanklar yeritdiyini bildirir. Bölgənin cənub-şərq hissəsinin atəşə tutulduğu bildirilir. İlkin məlumata görə, xəsarət alan olmasa da bəzi tikililərə ziyan dəyib.
    03.06.10 Məqaləni oxumaq
     
    ABŞ-ın xarici borcu 13 trilyon dollar təşkil edir
    Son 10 ildə ABŞ-ın xarici borcu 13 trilyon dollar təşkil edib. Hazırki prezident Barak Obamanın 2009-cu ildə hakimiyyətə gəlməsindən sonra ölkənin xarici borcu 2.4 trilyon dollar artıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ölkənin Maliyyə Nazirliyi yayıb. Qeyd edək ki, nazirlikdən verilən məlumata əsasən, sabiq prezident Corc Buşun dönəmində ölkənin xarici borcu 4.9 trilyon dollar artmışdı.
    03.06.10 Məqaləni oxumaq
     
    Çin Ermənistana 20 mln. yuan vəsait və 88 ədəd təcili yardım maşını yardım edəcək
    Ermənistan hökuməti ilə Çin hökuməti arasında texniki və iqtisadi əməkdaşlığa dair müqavilə imzalanıb. KƏLAMİNFO xəbər verir ki, müqaviləni Ermənistan xarici işlər nazirinin müavini Qarine Qazinyan və Çinin kommersiya nazirinin müavini Fu Tszıi imzalayıblar. Sənəddə Çin hökuməti tərəfindən Ermənistana 20 mln. Çin yuanının yardım göstərilməsi nəzərdə tutulub. Müqavilədə qeyd olunub ki, bundan əlavə, Çin Ermənistana 88 ədəd təcili yardım maşını verəcək.
    03.06.10 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndə heyəti “İslam ölkələrində memarlıq irsi” mövzusunda I beynəlxalq konfransda iştirak edib
    Səudiyyə Ərəbistanının paytaxtı Əl-Riyad şəhərində Kral Abdullah bin Əbdüləzizin himayəsi altında və Ali Turizm və Abidələr Təşkilatının təşəbbüsü ilə “İslam ölkələrində memarlıq irsi” mövzusunda I beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
    03.06.10 Məqaləni oxumaq
     
    Politoloq: “Rusiyanın Azərbaycan üzərindən Ermənistanla əlaqə qurması spesifikdir, unikaldır”
    Hazırkı şəaritdə Qarabağ münaqişəsinin tənzimlənməsində ortada üç əsas variant var. Variantalrın üçündə də hesab etmək olar ki, Rusiya Azərbaycanın yanındadır. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında politoloq Mübariz Əhmədoğlu söyləyib.
    03.06.10 Məqaləni oxumaq
     
    Hüseyn Bağırov: “Təbii fəlakət zonasında böhran vəziyyəti aradan qalxır”
    Çayların ətrafında bəndlərin tikintisi olmasaydı, evlərin tikintisi və yaxud əkin sahələrinin ərazilərinin istifadəsi mümkünsüz olardı. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, çayların ətrafında sahil bərkitmə işləri aparılmasaydı, çaylar çoxdan məcrasından çıxıb ətrafı sel suları basardı. Ekologiya naziri söyləib ki, təbii fəlakət zonasında böhran vəziyyəti aradan qalxır. Nazir vurğulayıb ki, indi əsas amil dağlarda qalan qarın əriməsidir:
    03.06.10 Məqaləni oxumaq
     
    Bir sıra bölgələrin XI siniflərində buraxılış imtahanları keçirilib
    Bu gün Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, imtahan ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılıb. Xatırladaq ki, həmin bölgələr üzrə ötən tədris illərində attestat ala bilməyən 1874 nəfər XI sinif məzunu da bu gün 18 imtahan mərkəzində imtahan verib.
    03.06.10 Məqaləni oxumaq
     
    Nazir müavini: “Təbii fəlakət baş verən bölgələrdə turzimlə bağlı dəyişiklərin olması mümkündür”
    Ölkənin təbii fəlakət baş verən bölgələrində turzimlə bağlı hansısa dəyişiklərin olması mümkündür. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib. Nazir müavini qeyd etdi ki, bununla bağlı müvafiq tədbirlər də görülür. “Ötən bir il ərzində Azərbaycana 1 milyondan artıq turist gəlib. Cari ildə də planlaşdırırq ki, turizmin inkişafı ilə əlaqədar turistlərin ölkəyə gəlməsi artsın. Bununla əlaqədar olaraq təbii fəlakətin turizm sahəsinə təsir edən hissəsində də qabaqlayıcı tədbirlər görüləcək. Burada turistlər üçün tətbiq olunacaq qiymətlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyi qərar qəbul edəcək”,-deyə S.Məmmədəliyeva açıqlayıb.
    03.06.10 Məqaləni oxumaq
     
    UTQC “Qadın və bələdiyyə” mövzusuna aid 3-cü layihəsinin icrasına başlayır
    Universitet Təhsilli Qadınlar Cəmiyyəti (UTQC) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Yeni seçilmiş qadın bələdiyyə üzvlərinin peşəkarlığını artırmaq məqsədilə maarifləndirmə təlimlərinin keçirilməsi” adlı layihə həyata keçirməyə başlayıb. Cəmiyyətdən KƏLAMİNFO-ya verilən məlumata görə, layihə çərçivəsində yeni seçilən qadın bələdiyyə üzvləri üçün Bakı və bölgələrdə təlimlər keçiriləcək. İlk təlim 4-5 iyun tarixlərində Bakıda reallaşacaq. Layihənin məqsədi bələdiyyə üzvlərinin peşəkarlıqları və hüquqi biliklərinin artırılmasıdır. Xatırladaq ki, bu, qurumun “Qadın və bələdiyyə” mövzusunda keçirdiyi 3-cü layihəsidir.
    03.06.10 Məqaləni oxumaq
     
    Azəri-Türk Qadınlar Birliyi İsrailin ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb edir
    Azəri-Türk Qadınlar Birliyi Türkiyənin təşkilatçılığı ilə Qəzzaya humanitar yardım aparan yük gəmi karvanının İsrailin hərbi qüvvələri tərəfindən hücuma məruz qalması ilə bağlı bəyanat yayıb. KƏLAMİNFO xəbər verir ki, bəyanatda İsrailin Türk bayrağına və vətəndaşlarına qarşı sayğısızlığı, xüsusilə silahsız, insani yardım daşıyan insanlara qarşı qətliam törətməsinin qəbul edilməz olduğu vurğulanıb. Bəyanatda hadisə şiddətlə pislənir və canilərin ədalət məhkəməsi qarşısına çıxarılması, bütün əsirlərin tezliklə vətənlərinə qayıtmaları tələb edilir.
    03.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyun.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930