|
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
ABŞ və Rusiya prezidentləri birgə bəyanat verəcək
|
İyunun 24-də Vaşinqtonda aparacaqları danışıqların sonunda ABŞ və Rusiya prezidentləri Qırğızıstanda baş verən son hadisələrlə bağlı birgə bəyanat verəcəklər. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda birgə bəyanatın mətni üzərində iş gedir.
Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib ki, bəyanatda hər iki tərəfin Qırğızıstanda baş verənlərdən narahat olduğu, BMT, ATƏT və qonşu dövlətlərin ifadə etdiyi ümumi beynəlxalq reaksiyaya dəstəyi əksini tapacaq.
|
23.06.10 Məqaləni oxumaq
|
|
|
Bakıda “Fizika-2010” mövzusunda beynəlxalq konfrans keçiriləcək
|
Cari ilin 30 iyun-2 iyul tarixlərində AMEA Fizika İnstitutunda “Fizika-2010” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
AMEA Fizika İnstitutu və Türkiyənin Qazi və Aksaray universitetlərinin birgə təşkil etdikləri konfransda fizikanın müxtəlif sahələrinə dair 70-ə yaxın məruzə dinləniləcək, müzakirələr aparılacaq.
Konfransda Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak edəcəklər.
|
23.06.10 Məqaləni oxumaq
|
|
|
YUNESKO-nun Baş Qərargahında Baş Assambleyanın III sessiyası öz işinə başlayır
|
Bu gün Fransanın paytaxtı Parisdə, YUNESKO-nun Baş Qərargahında Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya iştirakçısı olan dövlətlərinin Baş Assambleyasının III sessiyası öz işinə başlayır. Tədbirdə Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyi və mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi altında nümayəndə heyəti iştirak edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Sessiya zamanı Konvensiyanın fəaliyyət qaydaları nəzərdən keçirilərək, üzv dövlətlər tərəfindən edilmiş dəyişiklikər müzakirə ediləcək. Eyni zamanda sessiyada Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə 12 yeni üzv seçiləcək. Azərbaycan da bu Komitəyə öz namizədliyini irəli sürüb. Namizədliyin dəstəklənməsi ilə bağlı Azərbaycanın bir sıra daxili dövlət qurumları və xarici ölkələrdə fəaliyyət göstərən səfirlikləri tərəfindən müvafiq təşviqat işləri aparılıb. Sessiya iyunun 24-dək davam edəcək.
|
23.06.10 Məqaləni oxumaq
|
|
|
Ombudsman “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Fəxri üzvü diplomu ilə təltif edilib
|
Bu günlərdə Ombudsman Elmira Süleymanova “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Fəxri üzvü diplomu ilə təltif edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər.
E.Süleymanova bu diploma Azərbaycanda ruhi-əqli, mənəvi və hüquqi mədəniyyətin inkişafına verdiyi töhfəyə, şəxsi mədəniyyətinə və bu assosiasiyanın fəaliyyətinə dəstəyinə görə layiq görülüb.
Xatırladaq ki, bundan əvvəl E.Süleymanova Azərbaycan və dünya mədəniyyətinin inkişafı, demokratiya, sülh və vətəndaş cəmiyyəti mədəniyyətinin tərəqqisində fəal iştirakına görə həmin qurumun “Mədəniyyət səfiri” ictimai fəxri adına və “Simurq” Xatirə medalına layiq görülüb.
|
23.06.10 Məqaləni oxumaq
|
|
|
Həmsədrlər birgə bəyanat yayıblar
|
ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən həftə qoşunların təmas xəttində baş vermiş hadisə ilə bağlı birgə bəyanat yayıb. KƏLAMİNFO ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, həmsədrlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində güc tətbiq etməsini qəti şəkildə pisləyib və mənasız itkilərə görə təəssüfləndiklərini bildirib. “Azərbaycan və Ermənistan Müdafiə Nazirliklərinin verdiyi məlumatda bildirilir ki, iyunun 18-dən 19-a keçən gecə təmas xəttinin şimal hissəsində ölümlə nəticələnən silahlı toqquşma baş verib. Bu hadisə tərəflər arasında 1994-cü ildə imzalanmış atəşkəs razılığının yolverilməz surətdə pozulmasıdır və tərəflərin sazişdə üzərilərinə götürdükəri öhdəlikərə tamamilə ziddir”,- deyə bəyanatda bildirilir.
Sənəddə həmçinin bu hadisənin Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirdikləri üçtərəfli görüşdən dərhal sonra baş verməsi önə çəkilib.
|
23.06.10 Məqaləni oxumaq
|
|
|
İşğalçı ölkə təşvişə düşüb
|
Cəbhə bölgəsində baş verən insidentdən sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rəsmi Bakını danışıqlar prosesini pozmaqda ittiham edib. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, E.Nalbəndyan bunu iyunun 18-də saat 23.30-a yaxın Qarabağın şimalında baş vermiş ciddi insidentdə münasibət bildirərkən söyləyib.
Erməni rəsmisinin versiyasına görə, Azərbaycanın 20 nəfərdən ibarət kəşfiyyat qrupu erməni tərəfə keçməyə cəhd göstərib. İnsident zamanı ermənilər tərəfindən 4 hərbçi öldürülüb və 4 nəfər yaralanıb. Ermənistanın XİN rəhbəri baş verənləri yüksək səviyyədə təxribat adlandırıb. E.Nalbəndyan insidentin Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinn üçtərəfli görüşündən bir neçə saat sonra baş verdiyini bildirib.
|
22.06.10 Məqaləni oxumaq
|
|
|
Sumqayıtda “Elm, Təhsil, İnformasiya Texnologiyaları” Festivalı işə başlayır
|
Bu gün Sumqayıtda “Elm, Təhsil, İnformasiya Texnologiyaları” Festivalı işə başlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən veriblər.
İki gün davam edəcək tədbirdə RİTN-nin, eləcə də digər dövlət qurumlarının əməkdaşları iştirak edəcəklər. Bundan əlavə festivala ali məktəblərin və İKT şirkətlərin nümayəndələrinin də qatılacağı gözlənilir. “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqaməti kimi”, “Dövlət idarəçiliyi yeni mərhələdə - elektron hökumət”, “Xalq kompüteri” layihəsi, “Təhsil müəssisələrinin idarə edilməsində İKT-nin rolu”, “Azərbaycanın təhsil sektorunda həyata keçirilən İKT layihələri”, “İnternetləşmə və Azərbaycan gənclərinin sosial şəbəkələşməsində rolu”, “Tədrisdə yeni imkanlar. Dünya təcrübəsindən istifadə” mövzularında məruzələr dinləniləcək.
|
22.06.10 Məqaləni oxumaq
|
|
|
Bu gün Strasburqda AŞ PA-nın yay sessiyası öz işinə başlayır
|
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası öz işinə başlayır. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aynur Quliyeva, Aydın Abbasov, Əkrəm Abdullayev və Sabir Hacıyev iştirak edirlər. Toplantıda Azərbaycanda demokratik təsisatların fəaliyyəti, Şimali Qafqazda insan hüquqlarının qorunması, Kosovoda vəziyyət, Avropada qaçqınların vəziyyəti, nizamsız miqrasiyanın qarşısının alınması, Avropada islam, ekologiyanın mühafizəsi, qadınların pensiya təminatının gücləndirilməsi və digər məsələlər müzakirə ediləcək.
Deputatlarımız müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.
Tədbirdə təşkilatın Hüquqi işlər və insan hüquqları üzrə komitəsinin məruzəçisi, millət vəkili Rafael Hüseynovun Avropada islam mədəniyyəti ilə bağlı çıxışı nəzərdə tutulur.
|
22.06.10 Məqaləni oxumaq
|
|
|
Rusiya SSRİ-nin borcunu qaytaracaq
|
Sankt-Peterburqda keçirilən iqtisadi forum çərçivəsində Rusiya ilə Makedoniya arasında razılaşma imzalanıb. Razılaşmada SSRİ-nin Makedoniyaya bu günədək ödənməmiş qalan 76 mln. dollar borcunun aradan qaldırılması nəzərdə tutulur. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, sənədə əsasən, pulun 16 mln dolları Rusiya tərəfindən nəğd şəkildə ödənəcək.
Qalan məbləğin əvəzində isə Rusiya şirkətləri Makedoniyaya məhsul və xidmətlər verəcək. Borcun 5 il ərzində tam ödənməsi nəzərdə tutulub.
|
22.06.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycan təbitənin müxtəlifliyində Hirkan möcüzəsi
|
Azərbaycan tarixən öz təbii müxtəlifliyinə görə də diqqət mərkəzində olub. Respublika ərazisində təşkil olunan qoruqların ciddi əhəhmiyyətliliyi də məhz ölkə təbitətinin zənginliyindən xəbər verir. KƏLAMİNFO xəbər verir ki, təbitəin belə zənginliklərindən biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) media nümayəndələri üçün ekskursiya təşkil etdiyi Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkıdır.
Lənkəran ovalıqlarının və Talış dağlarının meşə qurşaqlarında yerləşən Park 1936-cı ildə yerli landşaftın öyrənilməsi və qorunması məqsədi ilə sahəsi 2,91 min ha. olmaqla qoruq kimi yaradılıb. Ərazidə buzlaşmalar olmadığına görə, çoxlu miqdarda qədimi növlər mövcuddur. 2004-cü ildən etibarən isə, ərazi ETSN nəzdində Hirkan Milli Parkı kimi fəaliyyətə başlayır. Park yaranan zaman ərazisi 21435 ha olmuşdusa, hazırda parkın ərazisi genişləndirilərək 40358 ha-ya çatdırılıb.
|
22.06.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|