|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
Azərbaycanda 2600 nəfər üçüncü ölkədən olan qaçqın var
|
Azərbaycanda üçüncü ölkədən olanların sayı 2600 nəfərdir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.
Komitə sədri qeyd edib ki, 10 il bundan əvvəl isə bu rəqəm 10 minə yaxın olub. Ölkəmizdə olan üçüncü ölkədən olan qaçqınların əkəsəriyyətinin çeçenlərdən ibarət olduğunu diqqətə çatdıran Ə.Həsənov bildirib ki, bu qaçqınlar arasında əfqan, iraq, fələstinli və digər ölkələrin vətəndaşları da olub.
|
18.06.10 Məqaləni oxumaq
|
|
|
Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirildi
|
Bu gün Bakıda “Hyatt Regency” otelində 20 iyun-Ümumdünya Qaçqınlar Gününə həsr olunan “Onlar mənim evimi əlimdən aldılar, amma gələcəyimi ala bilməzlər” mövzusunda tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbir BMT-nin Azərbaycandakı nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub. Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonino Quterreşin, xoşməramlı səfir Anjelina Jolinin videomüraciətləri, Qaçqınkomun hazırladığı “Vətən həsrəti və sönməyən ümidlər” adlı 13 dəqiqəlik film nümayiş olunub.
|
18.06.10 Məqaləni oxumaq
|
|
|
SAM-da “Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu” mövzusunda Dəyirmi masa keçirildi
|
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu” mövzusunda Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən SAM-ın direktoru Elxan Nuriyev Türkiyə-Azərbayacan mətbuatının rolu və önəmindən danışıb. O bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, KİV-lər arasında da münasibətlər yüksək səviyyədədir. SAM rəhbəri Azərbaycan mətbuatında hər iki dövlətin siyasətinin düzgün qiymətləndirilməsi və işıqlandırılması, bu istiqamətdə mövcud problemlər, onların həlli yollarının media təmsilçiləri arasında əməkdaşlığın artırılması ilə həll olunmasının zəruriliyini vurğuladı.
Tədbirdə SAM-ın dəvəti ilə Azərbaycanda səfərdə olan Hürriyet Daily News & Esonomic Review qəzetinin baş redaktoru Devid Din Cadson Türkiyə-Azərbaycan mediasının oxşar və fərqli cəhətlərindən danışdı.
|
18.06.10 Məqaləni oxumaq
|
|
|
Komitə sədri Əli Həsənov: “Ermənilər işğal olunan ərazilərində terror qrupları yaradır”
|
Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində terror qrupları yaradılır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Bakıda 20 iyun-Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyəyib.
Komittə sədri bildirib ki, işğal altında olan Dağlıq Qarabağda ermənilər tərfindən narkotika əkilir, satılır və tranzit ərazi kimi istifadə olunur. Onun sözlərinə görə, narkotik maddələrin satışından əldə olunan gəlirlərin hesabına isə silah-sursat alınır, terror qrupları təşkil olunur. Ə.Həsənov ermənilərin Dağlıq Qarabağdakı nəzarətsiz ərazidə yeni beynəlxalq narkomarşrut da yaratdıqlarını vurğulayıb.
|
18.06.10 Məqaləni oxumaq
|
|
|
“İRƏLİ” İB Almaniyada “Azərbaycan - Odlar Yurdu” adı altında Mədəniyyət Gecəsi təşkil edəcək
|
“İRƏLİ” İctimai Birliyinin Almaniya nümayəndiliyi Almaniyanin Laypziq şəhərində, Laypziq Universiteti tərəfindən ənənəvi olaraq həyata keçirilən “Kosmopolit Laypziq?!” adlı 16-cı Beynəlxalq Tələbə Həftəsi çərçivəsində iyunun 23-də “Azərbaycan - Odlar Yurdu” adı altında Mədəniyyət Gecəsi təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”-dən veriblər.
Qeyd edək ki, 1994-cü ildən indiyədək təşkil olunan bu tədbirdə ilk dəfə Azərbaycan mədəniyyəti təmsil olunacaq. Gecənin təşkil olunmasinda “İRƏLİ” İB-nin Almaniya nümayəndiliyi Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Laypziq Universiteti ilə sıx əməkdaşliq edir. Tədbirə 200 nəfərə yaxın əcnəbi qonaq dəvət olunub. Qonaqlar əsasən alman və xarici tələbə və professorlardan, eləcə də Almaniya rəsmilərindən ibarət olacaq.
|
18.06.10 Məqaləni oxumaq
|
|
|
Hidayət Orucov arxiyepiskop Canfranko Ravazi və onu müşayiət edən şəxsləri qəbul edib
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan Roma Papası yanında Mədəniyyət Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi və onu müşayiət edən şəxsləri qəbul edib. Bu barədə məlumatı DQİDK-nin mətbuat xidmətindən veriblər.
Görüşdə H.Orucov bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı AR Konstitusiyasında və “Dini etiqad azadlığı haqqında” Qanunda öz əksini tapıb. Komitə sədri ölkəmizdə bütün dinlərə və onların mənsublarına eyni yanaşıldığını söyləyib. Tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişələrin baş vermədiyini diqqtə çatdıran H.Orucov bu ənənənin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir, respublika ərazisindəki mövcud olan xristian məbədləri planlı şəkildə təmir və bərpa olunur, yeniləri tikilir.
|
18.06.10 Məqaləni oxumaq
|
|
|
Qırğızıstanın sabiq prezidenti: “Növbə Gürcüstanındır”
|
Qırğızıstanın sabiq prezidenti Əskər Akayev ölkəsində baş verən hadisələrə istinadən maraqlı açıqlamalar verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, sabiq prezident Qırğızıstanda baş verənlərin bir neçə il əvvəl “rəngli inqilablar” yaşamış digər MDB dövlətlərində də təkrarlana biləcəyini israr edib.
Ə.Akayev qeyd edib ki, belə bir vəziyyətin Gürcüstanda eyni ssenari ilə baş verməsi ehtimalı daha güclüdür. O, növbədə Gürcüstan, yəni Mixail Saakaşvilinin olduğunu vurğulayıb. Sabir prezident ölkəsindəki vəziyyətin tezliklə düzələcəyinə inanmadığını da vurğulayıb.
|
18.06.10 Məqaləni oxumaq
|
|
|
Qubada 11 ölkə gənclərinin iştirakı ilə layihə həyata keçiriləcək
|
Gənclər və İdman Nazirliyi (GİN) və Avropa Şurasının Avropa Gənclər Fondu birgə “Dinc Yanaşı Yaşama üçün Gənclərin Həmrəyliyi” adlı Mədəniyyətlərarası və Dinlərarası Beynəlxalq tədbir təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər.
Layihə Gürcüstanın “Ertoba” İctimai Birliyi, Rumıniyanın “Gənclər və Regional İnkişaf Assosiasiyası” və İtaliyanın “Centro Solidarietà Terzo Settore” təşkilatı ilə partnyorluq çərçivəsində həyata keçirilir. Layihənin məqsədi Azərbaycan, Gürcüstan, Türkiyə, Estoniya, İtaliya, Rumıniya, Yunanınstan, Litva, Albaniya, Moldova və İsrail gəncləri arasında ictimai fəaliyyətin gücləndirilməsi, millətlər arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi və əlaqələrin gücləndirilməsidir.
|
18.06.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın parlament nümayəndə heyəti AŞ PA-nın yay sessiyasında iştirak edəcək
|
İyunun 21-dən 25-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası öz işinə başlayacaq. Tədbirdə iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov və Sabir Hacıyev Fransaya səfər edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentin mətbuat xidmətindən veriblər.
Toplantıda Azərbaycanda demokratik təsisatların fəaliyyəti, Şimali Qafqazda insan hüquqlarının qorunması, Kosovoda vəziyyət, Avropada qaçqınların vəziyyəti, nizamsız miqrasiyanın qarşısının alınması, Avropada islam, ekologiyanın mühafizəsi, qadınların pensiya təminatının gücləndirilməsi və digər məsələlər müzakirə ediləcək.
|
18.06.10 Məqaləni oxumaq
|
|
|
Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cəlal Cem Oğuz Bakıda səfərdədir
|
Ölkəmizdə səfərdə olan Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cəlal Cem Oğuz və “Hürriyyət Daily News” qəzetinin baş redaktoru Deyvid Cadson bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar. KƏLAMİNFO xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.
Sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyulublar.
Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.
|
17.06.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|