Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2010
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    ATƏT-in Bakı ofisinin rəhbəri səfir Əli Bilge Cankorel SAM-da olub
    Bu gün ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olub və mərkəzin direktoru Elxan Nuriyevlə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-ın mətbuat xidmətindən veriblər. Mərkəzin rəhbəri E.Nuriyev səfir Ə.B.Cankorelə SAM-ın fəaliyyəti, həyata keçirilən layihələr, həmçinin ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı rolu haqqında qısa məlumat verib. Ə.B.Cankorel Azərbaycan-ATƏT münasibətlərindən danışaraq, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olmasının ATƏT-in əsas prioritetlərindən olduğunu xüsusi qeyd edib və vətəndaş cəmiyyətinin inkişafı üçün əlindən gələn dəstəyi verəcəyini bildirib. Görüş zamanı həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun üzərinə düşən vəzifələr, regionda təhlükəsizlik məsələləri və digər mövzular ətrafında da geniş fikir mübadiləsi aparılıb.
    12.06.10 Məqaləni oxumaq
     
    IX siniflər üzrə buraxılış imtahanlarının vaxtı dəyişdirildi
    IX siniflər üzrə buraxılış imtahanlarının vaxtı dəyişdirildi. Təhsil Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yeri dəyişdirilib. Bununla əlaqədar Bakı və Sumqayıt şəhərləri və həmin ərazilərdə məskunlaşmış köçkün məktəblərinin IX sinifləri üzrə buraxılış imtahanları 14 iyun tarixindən 18 iyun tarixinə keçirilib.
    12.06.10 Məqaləni oxumaq
     
    “RESURS” İB “Bakı şəhərinin məhəllələrində ekoloji vəziyyətin monitorinqi” layihəsinin birinci mərhələsini başa çatdırıb
    “RESURS” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Bakı şəhərinin məhəllələrində ekoloji vəziyyətin monitorinqi” layihəsinin birinci mərhələsini uğurla başa çatdırıb. Bu barədə məlumatı “RESURS” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdi-zadə verib. S.Mehdi-zadə bildirib ki, layihənin başlıca məqsədi Bakı şəhərinin məhəllələrində ekoloji vəziyyətə təsir edən amillərin müəyyənləşdirilməsi, məişət tullantılarının toplanması və daşınması sahəsində həyata keçirilən fəaliyyətlərin dəstəklənməsidir.
    12.06.10 Məqaləni oxumaq
     
    TQDK sədri: “Ali məktəblərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elanın tam mətni hazırdır”
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sədr Məleykə Abbaszadə cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul ilə əlaqədar həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda M.Abbaszadə qəbul prosesinin hazırkı vəziyyəti haqqında məlumat verib. O, qeyd edib ki, artıq ali məktəblərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elanın tam mətni hazırdır. “Seçimdə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan və III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcəklər.
    12.06.10 Məqaləni oxumaq
     
    “Qızılbaş” GMİB “Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsi çərçivəsində idman yarışı təşkil edib
    “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi “Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsi çərçivəsində Füzuli və Beyləqan rayonlarında yerləşən məcburi köçkün qəsəbələrində məktəblilər arasında idman yarışı təşkil edib. Bu barədə məlumatı QGMİB-dən veriblər. Yarışmaya Füzuli rayonunun Qayıdış qəsəbəsində yerləşən 9 məktəbin və Beyləqan rayonunda yerləşən Xocavənd qəsəbəsinin orta məktəblərinin şagirdləri qatılıb.
    11.06.10 Məqaləni oxumaq
     
    Magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi üçün 5012 bakalavr ərizəsini təsdiqləyib
    Cari il iyunun 20-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi üçün iki imtahan keçiriləcək. Bunların biri Azərbaycan, digəri Rus bölməsi üçündür. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahanın ikinci mərhələsində 6861 bakalavrın iştirakı nəzərdə tutulsa da, indiyədək yalnız 5012 bakalavr ərizəsini təsdiqləyib. “Bakalavrların 1849-u hələ də ərizəsini təsdiqləməyib. Bu çox narahatedici haldır. Onlar nəzərə alsınlar ki, proqram seçiminin vaxtı sabah axşam bitir və uzadılmayacaq”-deyə, M.Abbaszadə vurğulayıb.
    11.06.10 Məqaləni oxumaq
     
    Qafqaz Universiteti 13-cü məzun buraxılışını qeyd edəcək
    Bu gün axşam Qafqaz Universitetində məzun gecəsi keçiriləcək. Qafqaz Universitetinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, məzun gecəsi “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında reallaşacaq. Qeyd edək ki, bu il Qafqaz Universtetinin 13-cü məzun buraxılışıdır. Bu ali təhsil ocağını 500-ə yaxın tələbə başa vurur.
    11.06.10 Məqaləni oxumaq
     
    Ali məktəblərə müsabiqədən kənar qəbul üçün 33 nəfər müraciət edib
    Ali məktəblərə müsabiqədən kənar qəbul üçün 33 yarış və müsabiqə qalibləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) müraciət edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə verib. M.Abbaszadənin sözlərinə görə, bunların böyük əksəriyyəti idmançılardır. “Müraciət edənlərdən 30-u idmançıdır və hazırda onların sənədləri araşdırılır. Eyni zamanda beynəlxalq müsabiqədə iştirak edən 1 rəssam və 2 pianoçudan da müraciət daxil olub. Xatırladaq ki, bu cür qaliblər ali məktəblərə imtahansız qəbul olunmaq üçün uyğun ixtisas seçməlidirlər.
    11.06.10 Məqaləni oxumaq
     
    “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda respublika elmi konfransı keçiriləcək
    İyunun 16-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda respublika elmi konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Tədbirdə respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları iştirak edəcəklər və mövzu ilə bağlı müzakirələr aparacaqlar.
    11.06.10 Məqaləni oxumaq
     
    “AZADİNFORM” İA “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsinin birinci mərhələsini başa çatdırıb
    “AZADİNFORM” İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsinin birinci mərhələsini uğurla başa çatdırıb. Bu barədə məlumatı “AZADİNFORM” İA-nın redaktoru, layihə rəhbəri Niyaz Niftiyev verib. N.Niftiyev bildirib ki, layihənin əsas məqsədi “Ekologiya ili” çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini təşkil etməkdən ibarət olub. Layihənin icrası çərçivəsində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş Dövlət və Milli proqramların yerinə yetirilməsi ilə bağlı görülən işlər və mövcud problemlərin mətbuatda təbliğ etdiklərini bildirən N.Niftiyev birinci mərhələdə AZADİNFORM İA-da 35 informasiya, digər KİV-lərdə isə 10-dan çox maarifçilik xarakterli məqalə yaydıqlarını bildirib.
    11.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    İyun.2010
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930