Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2010
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Milli Məclis “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliklə bağlı məsələyə aydınlıq gətirdi
    Milli Məclis son vaxtlar bəzi KİV-lərdə “Yol hərəkəti haqqında” AR Qanununa və AR “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanuna istinad edilərkən yanlışlıqlara yol verilməsi ilə bağlı açıqlama yayıb. Milli Məclisin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumatda bildirilir ki, qanunda nəzərdə tutulmadığı halda bəzi KİV-lər qeyd edirlər ki, guya avtobusların və minik avtomobillərinin arxa yan şüşələrinə pərdə və ya plyonka vurula bilər. Bu tam yanlış fikirdir. Belə bir hal qanunda nəzərdə tutulmayıb.
    25.06.10 Məqaləni oxumaq
     
    PA-nın şöbə müdiri: “Dövlətin QHT-lərə Dövlət Dəstəyi Şurasına lazımi dəstəyi davam etdiriləcək”
    Azərbaycan dövlətinin qeyri-hökumət təşkilatlarına yönəlik vahid siyasəti var və onun da mahiyyəti ölkədə QHT hərəkatının stimullaşması, getdikcə müstəqilləşməsi, vətəndaş təşəbbüslərinin daha dolğun əks etdirilməsindən ibarətdir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənov bildirib ki, hazırda dövlət QHT-lərə Dövlət Dəstəyi Şurasına lazımi dəstəyi verir və bundan sonra da bu dəstək davam etdiriləcək.
    25.06.10 Məqaləni oxumaq
     
    “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda respublika elmi konfransı işə başlayıb
    Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda respublika elmi konfransı işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransı giriş sözü ilə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Ağamusa Axundov və Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu açıblar. Tədbirdə Azərbaycanda mətbuat və dil xüsusiyyətləri, mediada söz yaradıcılığının inkişafı, kütləvi informasiya vasitələrində alınma sözlərin işlənmə məqamları, idman leksikası və digər məsələlərlə bağlı məruzələr dinlənilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Konfransda ölkədə KİV sahəsində fəaliyyət göstərən tanınmış alim və mütəxəssislər, media qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    25.06.10 Məqaləni oxumaq
     
    G.Hacıbəyli: “İnanırıq ki, Avropa Şurasının Azərbaycan üzrə təyin olunmuş yeni məruzəçisi öz fəaliyyətində obyektiv olacaq”
    “İnanırıq ki, Avropa Şurasının Azərbaycan üzrə təyin olunmuş yeni məruzəçisi öz fəaliyyətində obyektiv olacaq”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli söyləyib. G.Hacıbəyli bildirib ki, Azərbaycan Avropaya inteqrasiya yolunu seçib və bu istiqamətdə də əhəmiyyətli addımlar atıb. Onun sözlərinə görə, ölkəmizin inkişafı, Avropanın enerji təhlükəsizliyində oynadığı rol Avropa Şurasında da yüksək dəyərləndirilir. Azərbaycanın Avropa Şurası qarşısında götürdükləri öhdəlikləri yerinə yetirdiyni qeyd eden nümayəndə heyətinin üzvü yeni həmməruzəçinin ölkəmizdəki proseslərə obyektiv yanaşacağına ümid etdiyini bildirib.
    25.06.10 Məqaləni oxumaq
     
    Ali məktəblərin magistraturasına qəbulla bağlı bakalavrların ixtisaslaşma seçimi başa çatır
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sədr Məleykə Abbaszadə cari tədris ili üçün ali məktəblərə qəbulla bağlı həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda M.Abbaszadə bildirib ki, bu gün günün sonunda ali məktəblərin magistraturasına keçirilmiş imtahanın nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrların ixtisaslaşma seçimi başa çatır. M.Abbasazdə qeyd edib ki, hazırda 4453 nəfər bakalavr ixtisaslaşma seçimi edib. “Ümumilikdə imtahanın nəticələrinə uyğun olaraq 5238 bakalavr müsabiqəyə buraxılıb. Lakin nəzərə alsaq ki, günün sonuna qədər kifayət qədər vaxt var, ixtisaslaşma seçimi edən bakalavrların sayında da dəyişiklik olacaq. Magistraturaya qəbul imtahanın ikinci mərhələsi ilə bağlı müraciətlərə isə 23-25 iyun tarixində TQDK-da təşkil olunmuş apelyasiya komissiyasında baxılır”-deyə, TQDk sədri vurğulayıb. M.Abbaszadə onu da bildirib ki, sabah magistrlərin ali məktəblərə yerləşdirilməsinə başlanacaq. “İyunun 27-də günün II yarısında isə yerləşdirmənin nəticələri elan ediləcək”-deyə, M.Abbaszadə əlavə edib.
    25.06.10 Məqaləni oxumaq
     
    TQDK sədri: “Bu gündən III qrup üzrə abituriyentlər imtahana buraxılış vərəqələrini əldə etməyə başlayacaqlar”
    Cari il iyulun 4-də ali məktəblərə qəbulla bağlı III qrup üzrə imtahan keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bu gündən etibarən abituriyentlər imtahana buraxılış vərəqələrini TQDK-nın rəsmi internet portalı vasitəsilə əldə edə biləcəklər. “İmtahana buraxılış vərəqəsini əldə etmək üçün abituriyentlərin attestat ballarını ərizələrə daxil edib təsdiqlətdirməsi çox vacibdir. Buna görə də, orta məktəbin cari ilki məzunları iyulun 3-dək attestatlarını əldə edib, qiymətləri öz elektron ərizələrinə təsdiq elətdirməlidirlər”-deyə, TQDK sədri vurğulayıb.
    25.06.10 Məqaləni oxumaq
     
    Ə.Qarayev: “Azərbaycanın turizm obyektlərində xidmətlərin qiymətlərində müəyyən endirimlər müşahidə olunub”
    Cari il Azərbaycanda fəaliyyət göstərən turizm obyektlərində xidmətlərin qiymətlərində müəyyən endirimlər müşahidə olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, bu məqsədlə yaradılan monitorinq qrupu ötən həftə Xaçmaz, Quba rayonlarında olub və orada fəaliyyət göstərən turizm şirkətlərinin fəaliyyəti ilə tanış olub. Bu zaman yerli icra hakimiyyətlərinə bəzi iradlar bildirilib və hazırda həmin nöqsanlar aradan qaldırılmaqdadır. Nazir bildirib ki, bu kimi müəssisələrin çoxluğu rəqabət artımı ilə nəticələnir ki, bu da qiymətlərin formalaşmasına müsbət təsir göstərəcək.
    25.06.10 Məqaləni oxumaq
     
    SAM-da “Sosial nizam və demokratiya” mövzusunda konfrans keçiriləcək
    İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Sosial nizam və demokratiya” mövzusunda konfrans keçiriləcək. Mərkəzin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, konfransda Vaşinqton Universitetinin Siyasi İqtisad Mərkəzinin direktoru, professor Norman Skofild, Esseks Universitetinin İqtisadiyyat kafedrasının professoru Laurens Ezrou və Vilfrid Laurier Universitetinin Dövlət Qquruculuğu kafedrasının professoru Maria Qalleqo tərəfindən aparılmış tədqiqatların təqdimatı keçiriləcək.
    25.06.10 Məqaləni oxumaq
     
    GVB Silahlı Qüvvələr Günü münasibətilə elmi konfrans keçirib
    Gənc Vətənpərvərlər Birliyi (GVB) 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə “Güclü Azərbaycan Ordusu ölkədə həyata keçirilən dövlət quruculuğunun ən böyük uğurlarından biridir” mövzusunda elmi konfrans keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. Tədbirdə GVB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələri, müxtəlif idman federasiyalarının məşqiçiləri, idmançılar və QHT nümayəndələri iştirak ediblər.
    25.06.10 Məqaləni oxumaq
     
    Bakıda yarimkeçiricilər fizikası üzrə beynəlxalq konfrans təşkil olunacaq
    Cari ilin 27-30 sentyabr tarixlərində Bakıda yarimkeçiricilər fizikası üzrə beynəlxalq konfrans (International Conference on Ternary and Multinary Compounds - ICTMC-17) təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər. İki ildən bir dünyanın tanınmış elmi mərkəzlərində keçirilən bu konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda təşkil olunacaq. Tədbirin sponsorları qismində Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu çıxış edirlər.
    25.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    İyun.2010
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930