ATƏT-in Bakı ofisinin rəhbəri səfir Əli Bilge Cankorel SAM-da olub
|
Bu gün ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olub və mərkəzin direktoru Elxan Nuriyevlə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-ın mətbuat xidmətindən veriblər.
Mərkəzin rəhbəri E.Nuriyev səfir Ə.B.Cankorelə SAM-ın fəaliyyəti, həyata keçirilən layihələr, həmçinin ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı rolu haqqında qısa məlumat verib.
Ə.B.Cankorel Azərbaycan-ATƏT münasibətlərindən danışaraq, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olmasının ATƏT-in əsas prioritetlərindən olduğunu xüsusi qeyd edib və vətəndaş cəmiyyətinin inkişafı üçün əlindən gələn dəstəyi verəcəyini bildirib.
Görüş zamanı həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun üzərinə düşən vəzifələr, regionda təhlükəsizlik məsələləri və digər mövzular ətrafında da geniş fikir mübadiləsi aparılıb.
|
12.06.10 Məqaləni oxumaq
|
|
|
IX siniflər üzrə buraxılış imtahanlarının vaxtı dəyişdirildi
|
IX siniflər üzrə buraxılış imtahanlarının vaxtı dəyişdirildi. Təhsil Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yeri dəyişdirilib. Bununla əlaqədar Bakı və Sumqayıt şəhərləri və həmin ərazilərdə məskunlaşmış köçkün məktəblərinin IX sinifləri üzrə buraxılış imtahanları 14 iyun tarixindən 18 iyun tarixinə keçirilib.
|
12.06.10 Məqaləni oxumaq
|
|
|
“RESURS” İB “Bakı şəhərinin məhəllələrində ekoloji vəziyyətin monitorinqi” layihəsinin birinci mərhələsini başa çatdırıb
|
“RESURS” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Bakı şəhərinin məhəllələrində ekoloji vəziyyətin monitorinqi” layihəsinin birinci mərhələsini uğurla başa çatdırıb. Bu barədə məlumatı “RESURS” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdi-zadə verib.
S.Mehdi-zadə bildirib ki, layihənin başlıca məqsədi Bakı şəhərinin məhəllələrində ekoloji vəziyyətə təsir edən amillərin müəyyənləşdirilməsi, məişət tullantılarının toplanması və daşınması sahəsində həyata keçirilən fəaliyyətlərin dəstəklənməsidir.
|
12.06.10 Məqaləni oxumaq
|
|
|
TQDK sədri: “Ali məktəblərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elanın tam mətni hazırdır”
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sədr Məleykə Abbaszadə cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul ilə əlaqədar həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda M.Abbaszadə qəbul prosesinin hazırkı vəziyyəti haqqında məlumat verib.
O, qeyd edib ki, artıq ali məktəblərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elanın tam mətni hazırdır. “Seçimdə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan və III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcəklər.
|
12.06.10 Məqaləni oxumaq
|
|
|
|
Magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi üçün 5012 bakalavr ərizəsini təsdiqləyib
|
Cari il iyunun 20-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi üçün iki imtahan keçiriləcək. Bunların biri Azərbaycan, digəri Rus bölməsi üçündür. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, imtahanın ikinci mərhələsində 6861 bakalavrın iştirakı nəzərdə tutulsa da, indiyədək yalnız 5012 bakalavr ərizəsini təsdiqləyib. “Bakalavrların 1849-u hələ də ərizəsini təsdiqləməyib. Bu çox narahatedici haldır. Onlar nəzərə alsınlar ki, proqram seçiminin vaxtı sabah axşam bitir və uzadılmayacaq”-deyə, M.Abbaszadə vurğulayıb.
|
11.06.10 Məqaləni oxumaq
|
|
|
Qafqaz Universiteti 13-cü məzun buraxılışını qeyd edəcək
|
Bu gün axşam Qafqaz Universitetində məzun gecəsi keçiriləcək. Qafqaz Universitetinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, məzun gecəsi “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında reallaşacaq.
Qeyd edək ki, bu il Qafqaz Universtetinin 13-cü məzun buraxılışıdır. Bu ali təhsil ocağını 500-ə yaxın tələbə başa vurur.
|
11.06.10 Məqaləni oxumaq
|
|
|
Ali məktəblərə müsabiqədən kənar qəbul üçün 33 nəfər müraciət edib
|
Ali məktəblərə müsabiqədən kənar qəbul üçün 33 yarış və müsabiqə qalibləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) müraciət edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə verib.
M.Abbaszadənin sözlərinə görə, bunların böyük əksəriyyəti idmançılardır. “Müraciət edənlərdən 30-u idmançıdır və hazırda onların sənədləri araşdırılır. Eyni zamanda beynəlxalq müsabiqədə iştirak edən 1 rəssam və 2 pianoçudan da müraciət daxil olub.
Xatırladaq ki, bu cür qaliblər ali məktəblərə imtahansız qəbul olunmaq üçün uyğun ixtisas seçməlidirlər.
|
11.06.10 Məqaləni oxumaq
|
|
|
|
“AZADİNFORM” İA “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsinin birinci mərhələsini başa çatdırıb
|
“AZADİNFORM” İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsinin birinci mərhələsini uğurla başa çatdırıb. Bu barədə məlumatı “AZADİNFORM” İA-nın redaktoru, layihə rəhbəri Niyaz Niftiyev verib.
N.Niftiyev bildirib ki, layihənin əsas məqsədi “Ekologiya ili” çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini təşkil etməkdən ibarət olub. Layihənin icrası çərçivəsində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş Dövlət və Milli proqramların yerinə yetirilməsi ilə bağlı görülən işlər və mövcud problemlərin mətbuatda təbliğ etdiklərini bildirən N.Niftiyev birinci mərhələdə AZADİNFORM İA-da 35 informasiya, digər KİV-lərdə isə 10-dan çox maarifçilik xarakterli məqalə yaydıqlarını bildirib.
|
11.06.10 Məqaləni oxumaq
|
|
|
|