Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    Elmar Məmmədyarov və Edvard Nalbandyan Qazaxıstanda görüşə bilərlər
    Cari il iyulun 16-17-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Qazaxıstanda görüşə bilərlər. KƏLAMİNFO xəbər verir ki, görüş ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-formal toplantısı çərçivəsində baş tuta bilər. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər. Qeyd edək ki, nazirlərin belə bir görüşünün planlaşdırıldığı barədə xəbərlər hələlik rəsmən təsdiqlənməyib.
    29.06.10 Məqaləni oxumaq
     
    Politoloq M.Əhmədoğlu: “Ermənistan prezidenti xalqı müharibə xofu ilə qorxudur”
    Ermənistan prezidenti və onun komandasının Azərbaycanın müharibə məsələsini ortaya atmaqla əsas məqsədi erməni ictimaiyyətinə ciddi təsir etməkdir. Yəni, erməni xalqı müharibədən qorxsun və Serj Sarkisyan münaqişənin dinc yolla həlli üçün ona olan təzyiqlərə real cavab verə bilsin. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu söyləyib.
    29.06.10 Məqaləni oxumaq
     
    “Əkinçi” ilə başlanan yol
    Milli Mətbuatımızın yaradılmasından 135 il keçir. Azərbaycan dilində işıq üzü görən ilk milli qəzet olan “Əkinçi”nin 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər ümumilikdə 56 sayı işıq üzü görüb. Ayda iki dəfə 300-400 tirajla nəşr olunmasına baxmayaraq, "Əkinçi"nin çapdan çıxması və iki illik fəaliyyəti milli mətbuatımızın ömürlük təməlini qoyub. “Əkinçi”nin qısa mövcudluğu ana dilində qəzet çıxarmağın mümkünlüyü və gərəkliyini ictimai düşüncəyə yeridə bilib.
    29.06.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Beynəlxalq təşkilatların seçki praktikasının yaxşılaşmasına yönələn bütün təklifləri nəzərə alınacaq”
    Azərbaycan dövləti ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla mütəmadi dialoq aparır və bundan sonra da bu proses davam etdiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənov bildirib ki, bu il keçiriləcək parlament seçkilərində də onların bu və ya digər tövsiyyələri dəyərləndiriləcək. Onun sözlərinə görə, sözügedən qurumların seçki praktikasının yaxşılaşmasına yönələn bütün təklifləri nəzərə alınacaq və Azərbaycanda getdikcə seçki prosesinin beynəlxalq standartlara tam uyğunlaşıdırılması təmin olunacaq.
    26.06.10 Məqaləni oxumaq
     
    ATƏT-in Bakı ofisi parlament seçkilərinə həsr olunan tədbir keçirib
    Bu gün ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə quruma üzv ölkələrin Bakıda akkreditə olunan səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə parlament seçkilərinə həsr olunan tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel deyib ki, növbəti parlament seçkiləri Azərbaycanın demokratik inkişafında böyük rol oynayacaq. O, qeyd edib ki, qarşıdan gələn parlament seçkiləri ilə bağlı təmsil etdiyi qurum seçki komissiyalarının tərkibini, azad toplaşma ilə bağlı vəziyyəti və seçkilərin, o cümlədən namizədlərin kütləvi informasiya vasitələrində geniş təbliğ olunması ilə bağlı olan məsələri diqqətdə saxlayır. Hazırda Azərbaycan höküməti ilə demokratik seçkinin keçirilməsi ilə bağlı intensiv dialoqun aparıldığını xatırladan Ə.B.Cankorel intensiv dialoqun davam etdirildiiyni söyləyib. O, həmçinin bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılıb və nəticədə ATƏT-in Bakı ofisi ilə birlikdə işçi qrupu yaratmağa qərar verilib.
    26.06.10 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Ali məktəblərə imtahansız qəbul olmaq üçün müraciət edən çempionların diplomları yoxlanılacaq”
    Cari tədris ili üçün ali məktəblərə imtahansız qəbul olunmaq üçün indiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) 50-dən çox dünya və Avropa çempionu və musiqi müsabiqələri üzrə 3, rəsm üzrə isə 1 nəfər qalib müraciət edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK-nın sədri Məleykə Abbaszadə bildirib. TQDK-nın araşdırmalarında idmançıların komissiyaya təqdim etdiyi diplomların surətlərində göstərilən yarışların beynəlxalq əhəmiyyətli hesab edilib-edilməyəcəyi yoxlanılacaq. “Ona görə də həmin idmançıların iştirak etdiyi yarışların siyahısı Gənclər və İdman Nazirliyinə göndəriləcək. Onların sənədlərinə idman sahəsi üzrə mütəxəssislər rəy verəcək. Sənədləri müsbət qəbul edilənlər ali məktəblərin müsabiqədənkənar dövlət sifarişli plan yerlərinə yerləşdiriləcək. Ali məktəblərə müsabiqədənkənar yerləşdirmə üçün iyunun 1-dən başlayan sənəd qəbulu sabah axşam yekunlaşacaq. Musiqi və rəsm sahəsi üzrə müraciət edənlərə III ixtisas qrupu üzrə imtahan başlayanadək, idmançılara isə IV qrup üzrə imtahanlar başlayanadək cavab veriləcək”-deyə, TQDK sədri vurğulayıb.
    26.06.10 Məqaləni oxumaq
     
    Ötən il Azərbaycanda lisenziyasız fəaliyyət göstərən 40 otel qapadılıb
    Bu günə qədər Azərbaycanda fəaliyyət göstərən 70-ə qədər otel ulduz dərəcəsini müəyyənləşdirərək əldə edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Ə.Qarayevin sözlərinə görə, ölkə mehmanxanalarının lisenziyalaşdırma prosesi davam edir. Dünən daha üç otel lisenziya əldə edib. Nazir lisenziyalaşdırmanın qanunvericiliyə uyğun olaraq məcburi olduğunu deyib. “Bu qaydalara və tələblərə riayət edə bilməyən otellər nəyə qadir olduqlarının bildiklərinə görə bizə müraciət etmirlər. Ötən il 40-a qədər otel lisenziyasız fəaliyyət göstərdiyi üçün qapadılıb”,-deyən Ə.Qarayev otellərin lisenziyalaşdırılması prosesinin dayandırılmayacağını bəyan edib. Nazir öz işini düzgün qurmayan və xidmətləri düzgün təqdim etməyən şirkətlərin odduğunu və onların nəzarətdə saxlanıldığını bildirib. Ə.Qarayev həmçinin qeyd edib ki, iyulun 13-də Turizm İnstitutunun ilk buraxılışı olacaq. O, bunun yerlərdə peşəkarlığın səviyyəsinə müəyyən qədər təsir edəcəyinə ümidvar olduğunu vurğulayıb.
    26.06.10 Məqaləni oxumaq
     
    B.Muradova Silahlı Qüvvələr Günü münasibətilə Füzuli rayonundakı “N” saylı hərbi hissədə olub
    Milli Məclis sədrinin müavini Bahar Muradova 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Füzuli rayonundakı “N” saylı hərbi hissədə olub. KƏLAMİNFO xəbər verir ki, B.Muradova 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətdə müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, hazırda ölkə başçısı tərəfindən ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Vitse-spiker əsgərləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirib. Tədbirdə iştirak edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov əsgər və zabitləri bayram münasibətilə təbrik edib. Tədbir konsert proqramı ilə davam edib.
    26.06.10 Məqaləni oxumaq
     
    Vatikan Papalığı Mədəniyyət Şurasının prezidenti AMEA-nın Əlyazmalar İnstitutunda olub
    Vatikan Papalığı Mədəniyyət Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi Vatikanın Qafqaz üzrə nümayəndəsi ilə birlikdə AMEA-nın Əlyazmalar İnstitutunda olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Qonaqlar institutun fəaliyyəti, eləcə də burada saxlanılan Azərbaycan yazılı abidələri və onların mühafizə şəraiti ilə tanış olublar. Qonaqlar bildiriblər ki, onlar Vatikan Apostol Kitabxanası ilə AMEA Əlyazmalar İnstitutu arasında əlaqələrin yaradılmasında maraqlıdırlar. Görüşdə qonaqlara Vatikanda mühafizə edilən Azərbaycan əlyazmaları barədə məlumat verilib, onların surətlərinin əldə edilməsi yolları haqqında fikir mübadiləsi aparılıb.
    26.06.10 Məqaləni oxumaq
     
    Bakıda GÜAM üzvü olan ölkələrin turizm üzrə qurum rəhbərləri səviyyəsində V iclası keçirilib
    Bu gün Bakıda GÜAM üzvü olan ölkələrin turizm üzrə qurum rəhbərləri səviyyəsində V iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkənin turizm sektorunda aparılan islahatlar barəsində danışaraq görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, bu günkü iclas GUAM ölkələri tərəfindən hazırlanmış yeni layihəyə həsr olunub. Onun sözlərinə görə, layihə məhz Yaponiya turistlərinin mütəşəkkil şəkildə GUAM ölkələrinə gətirilməsi və onlar üçün lazımi xidmətlərin səviyyəsini təmin etməklə yanaşı, hər bir ölkənin mədəniyyəti, adət-ənənələri, mətbəxi ilə tanış etməkdən ibarətdir. Nazir bildirib ki, bu gün respublikada eyni zamanda 5 ədəd 5 ulduzlu beynəlxalq otel tikilir.
    26.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « İyun.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930