Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2010
    Səhifələr : 1 2 3 4 5  #
    Cari tədris ilində ADU-nu 1034 nəfər tələbə bitirir
    Sabah Azərbaycan Dillər Universitetində (ADU) “Məzun Günü” keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova verib. Tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun açılış nitqi ilə çıxışı nəzərdə tutulur. “Məzun günü”ndə universiteti fərqlənmə ilə bitirmiş tələbələrə diplomlar veriləcək. Tədbirin sonunda tanınmış və populyar incəsənət nümayəndələrinin iştirakı ilə konsert keçiriləcək. Qeyd edək ki, 2009-2010-cu tədris ilində ADU-nu 1034 nəfər tələbə bitirir. Onlardan 910 nəfəri bakalavr, digərləri isə magistratura təhsil pilləsini başa vurur.
    01.07.10 Məqaləni oxumaq
     
    İstanbulda “Minilliyin inkişaf sammiti: Ana və uşaq ölümünün azaldılması” mövzusunda II Parlament Forumu keçirilir
    Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Minilliyin inkişaf sammiti: Ana və uşaq ölümünün azaldılması” mövzusunda II Parlament Forumunda iştirak etmək üçün İstanbulda səfərdədir. Bu barədə məlumatı KƏLAMİNFO-ya MM-in mətbuat xidmətindən veriblər. Tədbirdə ana və uşaq ölümünün səviyyəsinin azaldılması, gələcək nəsillərin sağlam böyüməsi üçün görülən tədbirlər, bu sahədə parlamentlərin rolu, informasiya, təcrübə mübadiləsi və digər məsələlər ətrafında diskussiyalar aparılacaq. Deputatımız müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini açıqlayacaq, ölkəmizdə ana və uşaq sağlamlığının mühafizəsi sahəsində görülən işlər barədə məlumat verəcək. Səfər iyulun 1-də başa çatacaq.
    01.07.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin bəyanatı Azərbaycanı tamamilə qane edir”
    ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin son bəyanatı Azərbaycanı tamamilə qane edir. KƏLAMİNFO xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənovun sözlərinə görə, bəyanatda hər üç həmsədr ölkə Azərbaycan ərazilərinin işğal olunması faktını qəbul edirlər. “Bəyanatda işğal olunmuş ərazilərdən Ermənistan Silahlı Qüvvələrinin çıxarılması tələbi yer alır. Həmsədr ölkələrin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı iradəsi ortaya qoyulur”-deyə, Ə.Həsənov vurğulayıb. Xatırladaq ki, ABŞ, Rusiya və Fransa prezidentlərinin “böyük səkkizlər”in Kanada sammiti zamanı yaydığı bəyanatda Azərbaycan və Ermənistan fikir ayrılıqlarını aradan qaldırmağa, münaqişənin həllinin baza prinsiplərini razılaşdırıb sülh müqaviləsi layihəsinin müzakirəsinə keçməyə çağırılır. Bəyanatda bildirilir ki, münaqişə Dağlıq Qarabağ ətrafında olan ərazilərin geri qaytarılması, Dağlıq Qarabağa keçid statusu verilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması, Dağlıq Qarabağın yekun statusunun yerli əhalinin iradəsini bildirməsi yolu ilə müəyyən olunması, məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnun tanınması, sülhməramlı əməliyyatlar da daxil olmaqla təhlükəsizliyə beynəlxalq təminat verilməsi prinsipləri əsasında həllini tapmalıdır.
    01.07.10 Məqaləni oxumaq
     
    Yaxın günlərdə I ixtisas qrupu üzrə ərizə vermiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi” əldə edə biləcəklər
    Yaxın günlərdə ali məktəblərə qəbulla bağlı I ixtisas qrupu üzrə ərizə vermiş abituriyentlərin “İmtahana buraxılış vərəqəsi” də Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın (TQDK) internet saytında yerləşdiriləcək. Hər bir ixtisas qrupu üzrə qəbul imtahanına bir neçə gün qalmış müvafiq qrup üzrə ərizə vermiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın unternet saytından çap edə biləcəklər. Cari ildə attestat alan abituriyentlər “İmtahana buraxılış vərəqə”sini əldə etmək üçün təhsil haqqında sənədinin seriyasını, nömrəsini və verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməli, attestatı elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasına (Sənəd Qəbulu Komissiyalarının siyahısı əlavə edilir) təqdim edib attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidir.
    01.07.10 Məqaləni oxumaq
     
    Dövlət Kamera Orkestri “Expo -2010” beynəlxalq musiqi festivalında iştirak edəcək
    Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Şanxayda keçiriləcək “Expo -2010” beynəlxalq musiqi festivalında iştirak edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə orkestrin bədii rəhbəri Teymur Göyçayev məlumat verib. O bildirib ki, cari ilin oktyabr ayında keçiriləcək festivala Azərbaycanın Kamera Orkestri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə qatılacaq. Festivalda iştirak etmək üçün orkestrin 20 nəfərdən ibarət heyəti Şanxaya səfər edəcək. T.Göyçayevin sözlərinə görə, festival üçün xüsusi proqram hazırlanır.
    01.07.10 Məqaləni oxumaq
     
    Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi istefaya göndərilir
    Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlker Başbuq istefaya göndəriləcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk hərbçilərinin rəhbəri avqustun 30-da istefaya göndəriləcək. Mənbələr bildirir ki, İ.Başbuğun təqaüdə çıxmasında qeyri-adi heç bir şey yoxdur. Onun yerini Türkiyənin Quru Qoşunları komananı İşık Koşaner tutacaq.
    01.07.10 Məqaləni oxumaq
     
    Hillari Klintonun köməkçisi: “Prezidentlərin bəyanatındakı elementlər Dövlət Katibinin səfəri zamanı Bakıda və İrəvanda müzakirə ediləcək”
    ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkə prezidentlərinin müştərək bəyanatında qeyd olunan elementlər ABŞ Dövlət Katibi Hillari Klintonun səfəri zamanı Bakıda və İrəvanda müzakirə ediləcək. KƏLAMİNFO xəbər verir ki, bunları ABŞ Dövlət Katibinin köməkçisi Filip Qordon Dövlət katibinin qarşıdakı səfərinə dair təşkil edilmiş xüsusi brifinqdə deyib. Onun sözlərinə görə, prezidentlər tərəflər arasında bu vaxta qədər müşahidə olunan tərəqqini və müzakirələrə bələdçilik edən və prinsipləri qeyd edib. “ABŞ o prinsiplərə etibar edir və tərəflərlə işləmək qərarına gəlir. Böyük səkkizlik liderləri ötən il L’Aquilada olduğu kimi, ATƏT Minsk Qrupunun bu prosesə yüksək səviyyədə hazır olması və bizim bu məsələnin həllində tərəqqini görməyə dair arzumuzu nümayiş etdirərək bəyanat qəbul ediblər.
    01.07.10 Məqaləni oxumaq
     
    YAP-ın Nəsimi rayon təşkilatı “İnsanlara sayğı, təbiətə qayğı” adlı kampaniya keçirir
    Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “İnsanlara sayğı, təbiətə qayğı” adlı kampaniya keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın Nəsimi rayon təşkilatından veriblər. YAP-ın Nəsimi rayon təşkilatı “Ekologiya ili” çərçivəsində həm təbiətimizə, həm də ruhi xəstəlikdən əziyyət çəkən insanlarımıza qayğı göstərmək məqsədi ilə “İnsanlara sayğı, təbiətə qayğı” adlı kampaniyaya start verib. Rayon təşkilatından verilən məlumata görə, kampaniya ərzində artıq bir neçə tədbir keçirilib, Maştağa qəsəbəsində yerləşən Ruhi Əsəb Xəstəxanasında 40 hektardan artıq həyətyanı sahədə ağaclar əkilib və orada müalicə alan insanlarla bədii və sosial proqramlı görüşlər keçirilib.
    30.06.10 Məqaləni oxumaq
     
    BDU-nun tələbəsi “Novruz-1” I fars dili və ədəbiyyatı olimpiadasının qalibi olub
    Bakı Dövlət Universiteti (BDU) Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Novruz-1” I fars dili və ədəbiyyatı olimpiadasında iştirak ediblər. BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimovanın KƏLAMİNFO-ya veridiyi məlumata görə, olimpiadada universitetin tələbələri ilə yanaşı, Xəzər və Bakı İslam universitetlərinin, eyni zamanda, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhriyar adlı məktəbin tələbələri də iştirak ediblər.
    30.06.10 Məqaləni oxumaq
     
    TQDK: “Magistraturalara qəbul olanlar iyulun 12-dək qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər”
    Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanlar iyulun 1-dən iyulun 12-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bu barədə KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən bildiriblər. Cari ilin məzunları digər sənədlərlə birlikdə ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcəkdir.
    30.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    İyun.2010
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930