Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2010
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    Gürcüstan ordusuna yeni komandan təyin olunub
    Gürcüstanda yeni komandan təyin olunub. Müdafiə nazirinin əmri ilə Gürcüstan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı vəzifəsinə Gigi Kalandadze təyin olunub. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, 4-cü piyada briqadasının komandiri olan Gigi Kalandadze komandanın vəzifələrini yanvarın 27-dən icra edib. Sabiq komandan Şmaqi Teliya Silahlı Qüvvələrdə qalmaqdadır. Aprel ayında Gürcüstan parlamenti qanunvericiliyə düzəliş edib. Bu düzəlişə əsasən ölkənin Hərbi Hava Qüvvələri Quru Qoşunların strukturuna daxil olub.
    21.05.10 Məqaləni oxumaq
     
    Rusiyanın Azərbaycanla sərhəddinə yaxın hissəsində qaz kəməri partlayıb
    Rusiyanın Azərbaycanla sərhəddinə yaxın hissəsində Mozdok-Qazıməmməd qaz kəməri partlayıb. Partlayış Dağıstanın Kizlər şəhərindən bir qədər aralıda, Çeçenistan ərazisində baş verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayışdan dərhal sonra yanğın olub. Hadisə yerinə yanğınsöndürən briqada cəlb olunub. İlkin məlumata görə, insident nəticəsində ölən və yaralanan yoxdur. Partlayışın səbəbi hələ ki müəyyənləşdirilməyib.
    21.05.10 Məqaləni oxumaq
     
    ATƏT-in Bakı ofisinin rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb
    Bu gün ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb. Məlumatı KƏLAMİNFO-ya ATƏT-in Bakı ofisinin mətbuat xidmətindən veriblər. Görüşdə ATƏT-in Bakı ofisinin fəaliyyəti və qarşıdan gələn parlament seçkiləri müzakirə olunub. Qeyd edək ki, görüşdə Prezident Administrasiyasının şöbə müdirləri Novruz Məmmədov, Şahin Əliyev və Əli Həsənov da iştirak edib.
    21.05.10 Məqaləni oxumaq
     
    Bakıda Azərbaycan hökumətinin təşəbbüsü ilə “Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu” keçiriləcək
    Gələn ilin aprel ayında Bakıda Azərbaycan hökumətinin təşəbbüsü ilə “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir qeyd edib ki, Forum “Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi”nin davamı olaraq keçiriləcək. “Bu tədbirin keçirilməsi bizim üçün müstəsna əhəmiyyət daşıyacaq. Forum çərçivəsində Bakı şəhərinin “Ümumdünya dilaoq Paytaxtı” elan olunması da gözlənilir”,-deyə Ə.Qarayev vurğulayıb.
    21.05.10 Məqaləni oxumaq
     
    Qazaxıstan Qırğızıstanla sərhəddini açdı
    Bu gün Qazaxıstan Qırğızıstanla sərhəddini açıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər ki, iki ölkə arasında sərhəd apreldə Qırğızıstanda prezident K.Bakiyevin devrilməsi ilə başa çatan iğtişaşlardan sonra bağlanmışdı. Qazaxıstan Xarici İşlər Nazirliyi bildirib ki, sərhəd Qırğızıstandakı mürəkkəb sosial-iqtisadi vəziyyətin ağır olmasına görə açılır.
    21.05.10 Məqaləni oxumaq
     
    Milli Məclisin növbəti iclasında Azərbaycanın 2009-cu il dövlət büdcəsinin icrası müzakirə olunacaq
    Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda ”Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi müzakirə olunub. Komitə sədri Ziyad Səmədzadə dünyanı bürümüş iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycanda həyata keçirilmiş düşünülmüş siyasət tədbirləri nəticəsində ötən il əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Maliyyə naziri Samir Şərifov 2009-cu il dövlət büdcəsinin icrası ilə bağlı geniş məlumat verib. Çıxış edən deputatlar və aidiyyatı nazirliklərin nümayəndələri qanun layihəsi ilə əlaqədar təkliflərini verib və sənədin Milli Məclisin mayın 25-də keçiriləcək iclasında müzakirəyə çıxarılmasını tövsiyə edib.
    21.05.10 Məqaləni oxumaq
     
    SİTM sədri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirdi
    Bu gün Bakıda Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu “Dağlıq Qarabağ münaqişəsinin ilkin və indiki dövrlərində Ermənistanın vəziyyətinin müqayisəli təhlili” mövzusunda mətbuat konfransı keçirdi. KƏLAMİNFO xəbər verir ki, M.Əhmədoğlu dedi ki, Dağlıq Qarabağ (DQ) münaqişəsi keçmiş SSRİ-ni dağıtmaq məqsədilə ortalığa atılmışdı.
    20.05.10 Məqaləni oxumaq
     
    Qırğızıstanda müdafiə naziri girov götürülüb
    Qırğızıstanda vəziyyət yenidən nəzarətdən çıxıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, devrilmiş prezident Kurmanbek Bakiyevin tərəfdarları ölkənin hazırkı müdafiə naziri İsmail İsakovu və Cələlabad vilayətinin qubernatorunu girov götürüblər. Qeyd edək ki, müdafiə naziri bir neçə gündür vəziyyətə nəzarət etmək üçün Cələlabada yollanmışdı. Vilayətdə qubernatorun möhkəm döyüldüyü, nazirə isə xəsarət yetirilmədiyi bildirilir. Bəzi şahidlər isə nazirin də döyüldüyünü söyləyir.
    20.05.10 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “Ermənstan parçalanma vəziyyətindədir”
    Ermənistanda mövcud vəziyyət kifayət qədər gərgindir və bu ölkə ikrah yuvasına çevrilib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında söyləyib. Dünya ermənilərinin də parçalanma vəziyyətində olduğunu vurğulayan M.Əhmədoğlu deyib ki, indi qərbi erməni dili ilə şərqi erməni dili tərcüməsiz başa düşülmür. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ və Ermənistan erməniləri arasında gərgin münasibətlər var, bu ölkənin gəncləri orduda xidmət etmək istəmirlər, ölkədə demoqrafiq böhran böyüyür.
    20.05.10 Məqaləni oxumaq
     
    GTM “Ekoloji yay məktəbləri” təşkil edəcək
    Gənclər üçün Təhsil Mərkəzi cari ilin iyul və avqust aylarında “Ekoloji yay məktəbləri” təşkil edəcək. Mərkəzdən KƏLAMİNFO-ya verilən məlumata görə, əsas məqsəd gənclərin ekoloji biliklərinin artmasını və tərbiyə olunmasını təşviq etməkdir. Yay məktəbləri zamanı gənclərə ətraf mühitlə bağlı praktiki biliklər veriləcək, onlarla birgə müxtəlif ekoloji aksiyalar, ekskursiyalar və digər tədbirlər təşkil olunacaq.
    20.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « May.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31