|
Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
Qəzəl
|
Neçə müddətdi Pünhansan nədən biganə oldun sən Çəkildin bir xərabatə məgər divanə oldun sən
|
17.05.10 Məqaləni oxumaq
|
|
|
Qəzəl
|
Gedib canım-canımdan sanki canda dərdi-sər qalmış, Nə təndə bir dözüm qalmış nə candan bir əsər qalmış.
|
17.05.10 Məqaləni oxumaq
|
|
|
Qəzəl
|
Yollarında gözlərim həsrətdə qaldı, hardasan? Hicranından gül üzüm soldu-saraldı hardasan?
|
17.05.10 Məqaləni oxumaq
|
|
|
Qəzəl
|
Qalmışam cansız yenə əldən gedib can neyləyim, Aşiqəm canım alıbsa dərdi hicran neyləyim.
|
17.05.10 Məqaləni oxumaq
|
|
|
Ulu heydər
|
Bilməyənlər bilsin Heydər deməkdir, Batində mənası Ulu Öndərin. Azərbaycan idi, azadlıq idi, Ən böyük sevdası Ulu Öndərin.
|
17.05.10 Məqaləni oxumaq
|
|
|
|
“EKO-2010” Ekologiya Koalisiyası Nizami rayonunda ilk tədbirini keçirib
|
“EKO-2010” Ekologiya Koalisiyası Nizami rayon Gənclər və İdman İdarəsi ilə birgə, “Azərsun Holdinq” və “Mətanət A“ şirkətinin maliyyə dəstəyi ilə Nizami rayonunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “EKO – 2010” Ekologiya Koalisiyasından veriblər.
Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə reallaşıb. Aksiya yarış marafonu çərçivəsində keçirilib. Yarış orta məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 200-300 gənc arasında təşkil olunub. Aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin ekologiyamızın qorunması ilə bağlı dediyi kəlamlardan ibarət şüarlar yazılmış köynəklər geyiniblər.
|
17.05.10 Məqaləni oxumaq
|
|
|
“İRƏLİ” İtaliyada gənclər mübadiləsi və təlim proqramında iştirak edəcək
|
18-28 may tarixləri arasında İRƏLİ İctima Birliyinin Gənclər Fəaliyətdə proqramı üzrə koordinatoru Nərmin Əhmədli Avropa Şurası, Gənclər Fəaliyyətdə proqramı, Genti de Mesu, İmpronta Giovani və “Youth for Exchanging and Understanding” beynəlxalq gənclər təşkilatlarının dəstəyilə İtaliyanın Bari şəhərində keçiriləcək “Konfliktlərin həlli” üzrə beynəlxalq gənclər mübadiləsi və təlim proqramında iştirak edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”-dən veriblər.
Təlim proqramı gənc transformatorlar müxtəlifliyin və gənc liderlər müxtəlif mədəniyyətlərə mənsub olan gənclər işində konfliktlərin idarə olunması istiqamətlərində aparılacaq. Tədbirdə Albaniya, Azərbaycan, Belarus, Bosniya və Hersoqovina, Kipr, Çexiya, Misir, Estoniya, Fransa, Makedoniya, Almaniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Moldova, Malta, Mərakeş, Fələstin, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya, Tunis, Ukrayna, Birləşmiş Krallıq, Avstriya və Niderlanddan 60 gənc iştirak edəcək.
|
17.05.10 Məqaləni oxumaq
|
|
|
Mayın 17-i Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
|
Mayın 17-i Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə əlaqədar BMT-nin Baş katibi Pan-Gi-Munun müraciəti olub. BMT-nin Azərbaycan nümayəndəliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu əlamətdar günlə əlaqədar Baş katib müasir dünyamızda İKT-in vacibliyini vurğulayıb. “Birləşmiş Millətlər Təşkilatının əsas vəzifələrindən biri də dünyanın hər bir yerində yaşayan insanların informasiya və kommunikasiya texnologiyalarından bərabər istifadə etmə imkanı ilə təmin olunmasıdır. Bu beynəlxalq gündə gəlin “rəqəmsal inqilabın” bütün potensialını insan həyatını xilas olunması, davamlı inkişaf və sülh üçün istifadə etməyə çalışaq”,-deyə Baş katib bildirib.
Qeyd edək ki, 2006-cı ildən bəri hər il qeyd olunan bu beynəlxalq günün təyin olunmasında məqsəd internet də daxil olmaqla İKT-nin cəmiyyətin inkişafında olan mühüm rolunun işıqlandırılmasıdır.
|
17.05.10 Məqaləni oxumaq
|
|
|
İran nüvə məsələsi ilə bağlı tarixi addım atıb
|
İran uranın Türkiyə ərazisində zənginləşdirilməsinə razılıq verib. Bu nüvə məsələsi ilə bağlı tarixi addım kimi dəyərləndirilib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə uranın Türkiyəyə göndərilməsi barədə razılıq dünən İran, Türkiyə və Braziliyanın xarici işlər nazirləri arasında Tehranda keçirilən danışıqlar zamanı əldə olunub.
Bu istiqamətdə danışıqlar haqqında ətraflı detallar hələlik açıqlanmayıb. Son detallar İran prezidenti Mahmud Əhmədinejad, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Braziliya prezidenti İnasiu Lula da Silva arasında bu gün Tehranda keçiriləcək görüşdə rəsmən elan olunacaq.
Xatırladaq ki, danışıqlarda Türkiyə və Braziliya vasitəçi ölkələr kimi iştirak edib.
|
17.05.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|