Kür və Araz çaylarında monitorinq keçirilib
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə may ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər.
Cari ayın I ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının III ongünlüyünə nisbətən 11 m3/san artaraq 915 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
|
18.05.10 Məqaləni oxumaq
|
|
|
Avropada hava reysləri yenidən tamamilə dayandırılır
|
Dünən İslandiyada vulkanın kəskin fəallaşması Avropanın hava məkanında yenidən ciddi problemlər yaradıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bir sıra aviaşirkətlər reysləri təxirə salmağa məcbur olub.
Hollandiyada Amsterdam və Rotterdamın hava limanlarının fəaliyyəti tamamilə dayandırılıb. Digər ölkələrdə də təxirə salınan reyslərin sayı getdikcə artır.
|
18.05.10 Məqaləni oxumaq
|
|
|
“Eurovision-2010” təmsilçimiz Səfurə Əlizadə Oslodadır
|
“Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə yarışmanın keçiriləcəyi Oslo şəhərindədir. KƏLAMİNFO xəbər verir ki, Səfurə Əlizadə yarışmanın keçiriləcəyi şəhərin hava limanında təntənəli qarşılanıb.
Norveçdə yaşayan həmvətənlərimiz, eləcə də Norveçdəki Azərbaycan Gənclər Təşkilatının üzvləri əllərində Azərbaycan bayraqları, gül dəstələri və S.Əlizadənin şəkillərini tutublar. Soydaşlarımız gənc müğənniyə inandıqlarını, onun müsabiqədə ölkəmizə layiqli yer qazandıracağına əmin olduqlarını bildiriblər. S.Əlizadə isə Azərbaycanı müsabiqədə layiqincə təmsil edəcəyini bildirib.
Qeyd edək ki, mayın 16-da Oslonun xüsusi olaraq müsabiqə üçün hazırlanmış “Telenor Arena”sında müsabiqə təmsilçilərinin ilk məşqi keçirilib. Azərbaycan təmsilçisi mayın 27-də keçiriləcək II yarımfinalda “Drip ” mahnısı ilə çıxış edəcək. Onu səhnədə ukraynalı rəqqaslar müşayiət edəcək. Müsabiqənin final mərhələsi mayın 29-da keçiriləcək.
|
18.05.10 Məqaləni oxumaq
|
|
|
Cari ildə növbəti 1500 şagirdə netbuk veriləcək
|
Cari ilin sonunadək daha 400 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov söyləyib.
M.Mərdanov bildirib ki, bundan əlavə cari ilin sonunadək 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər “Elektron məktəb” layihəsinə qoşulan məktəblərin, 23000 isə digər pedaqoji heyətin təlimlərə cəlb olunması, Bakı və Sumqayıt şəhərləri məktəblərinə 2005-ci ildə verilən kompüterlərin 1500-nün moderinizasiya edilərək bölgələrə göndərilməsi, eləcə də “Elektron məktəb” layihəsinə regionlardan daha 10 məktəbin əlavə olunması nəzərdə tutulub.
Onun sözlərinə görə, “1 şagird 1 kompüter” layihəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə əlavə 1500 netbukun verilməsi planlaşdırılıb.
|
18.05.10 Məqaləni oxumaq
|
|
|
Afət Aygül. İlahi
|
Bir cövhərdən yaranmışdır fəza da, Mən yox ikən, ruhum vardır fəzada. İlk sevgini oğlana da, qıza da, Verən sənsən, alan da sən, İlahi!
|
17.05.10 Məqaləni oxumaq
|
|
|
|
|
|
|
Dözə bilmirəm
|
Ağ bulud arasında yerə enmiş mələksən, Sən nə bəla imişsən, sən başıma kələksən. Dünya qədrini bilməz təkcə mənə gərəksən, Hicran yaman uzandı sənsiz dözə bilmirəm.
|
17.05.10 Məqaləni oxumaq
|
|
|
|