Türklər ABŞ-da erməniləri növbəti dəfə ifşa ediblər
|
Türklər ABŞ-da ermənilər ifşa edəcək növbəti sənədlə ictimaiyyət qarşısına çıxıblar. KƏLAMİNFO xəbər verir ki, “Türk-Amerika Assosiasiyası Assambleyası” bununla bağlı üç səhifəlik broşür hazırlayıb.
Broşür ABŞ konqresini və eləcə də Amerika ictimaiyyətini həqiqətlə tanış etmək missiyasını həyata keçirir. “Erməni Soyqırımı İttihamı - Faktlar” (The Armenian Allegation of Genocide – Facts) adlı broşür artıq Vaşinqtonda əhaliyə paylanmağa başlayıb. Bu materilada "erməni soyqırımı" ilə bağlı iddialara yeddi mərhələdə cavab verilib.
|
13.05.10 Məqaləni oxumaq
|
|
|
Prezidentin müşaviri öldürülüb
|
Qonşu Rusiyanın Çerkessk şəhərində Qaraçay-Çərkəz respublikası prezidentinin müşaviri Fral Zül-Qərneyeviç Şebzuxov öldürülüb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, 3 nəfər naməlum şəxs müşavirə hücum edərək ona beysbol ağacına bənzər əşya ilə zərbə endirməyə başlayıblar.
Zərbədən canını qurtarmaq istəyən Şebzuxov qaçmağa cəhd edərkən ona tapançadan atəş açılıb. Müşavir aldığı güllə yarasından keçinib. Cinayətkarlar nömrəsiz minik avtomobilində hadisə yerindən qaçıblar.
|
13.05.10 Məqaləni oxumaq
|
|
|
BMT Baş katibi dünya ictimaiyyətinə müraciət ünvanlayıb
|
Mayın 17-i Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günüdür. Bununla əlaqədar BMT baş katibi Pan Gi Mun dünya ictimaiyyətinə müraciət ünvanlayıb. KƏLAMİNFO xəbər verir ki, müraciətdə informasiya cəmiyyətinin inkişafının zəruruliyindən bəhs edilib.
Baş katib bildirir ki, hazırda dünyada telekommunikasiya sadəcə xidmət sahəsi olmaqla bərabər həmçinin cəmiyyəti inkişaf etdirən, təkmilləşdirən və insanların həyatını xilas edən bir vasitədir. Onun vacibliyi gələcək dünyada daha da artacaq.
|
13.05.10 Məqaləni oxumaq
|
|
|
Liviyada təyyarənin qəzaya uğraması nəticəsində 104 nəfər ölüb
|
Bu gün səhər Liviyanın paytaxtı Tripoli şəhərində Afriqiyah Airways aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. KƏLAMİNFO xarici xəbər agentliklərinə istinadən məlumat verir ki, qəza nəticəsində 104 nəfərin həlak olduğu bildirilir. Həlak olanlardan 93-nün sərnişin, 11-nin isə ekipaj üzvü olduğu bildirilir. Qəza zamanı 8 yaşlı uşaq möcüzə nəticəsində sağ qalıb. Hadisənin təfərrüatı barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, qəzaya uğrayan təyyarə Cənub Afrika Respublikasından havaya qalxıb.
|
13.05.10 Məqaləni oxumaq
|
|
|
Qızıl Aypara Cəmiyyəti zərərçəkənlərə humanitar yardım etməyi qərara alıb
|
Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakət nəticəsində zərər çəkən insanlara yardım göstərilməsi üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) rəhbərliyi və yerli bölmələri tərəfindən qiymətləndirmə işləri aparılaraq, fövqəladə vəziyyətdən zərər çəkən insanlara humanitar yardım edilməsi qərara alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan QAC-dan veriblər.
Bu gün QAC-ın nümayəndə heyəti Zərdab rayonuna səfər edib.
Səfərin məqsədi təbii fəlakətin baş verdiyi ərazidə zərər çəkən insanlara humanitar yardım göstərməkdir.
|
13.05.10 Məqaləni oxumaq
|
|
|
Bu gün Ümumdünya Tibb Bacıları Günüdür
|
Bu gün Ümumdünya Tibb Bacıları Günüdür. KƏLAMİNFO xəbər verir ki, 12 may 1971-ci ildən etibarən bu gün İngilis tibb bacısı Florens Naytinqeylin şərəfinə Tibb Bacıları Günü kimi qeyd olunur.
Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin qərarına əsasən təsis olunub. Həmçinin, komitənin 1912-ci ildə keçirilən 9-cu konfransında yaralı əsgərlərə kömək edən tibb bacılarını təltif etmək üçün təsis edilmiş medala “Florens Naytinqeyl” adı verilib. Həmin konfransdan bəri səhiyyə sahəsində 40 ildən çox təcrübəsi olan, Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti ilə fəal əməkdaşlıq edən, xüsusən döyüş bölgələrində çalışan tibb bacıları “Florens Naytinqeyl” medalı ilə təltif olunur.
|
13.05.10 Məqaləni oxumaq
|
|
|
Bu gün Gürcüstanın birinci ledisi Sandra Elizabet Rulovs Azərbaycana səfərə gəlir
|
Bu gün Gürcüstanın birinci ledisi Sandra Elizabet Rulovsun Azərbaycana səfəri başlayır. KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində Sandra Elizabet Rulovs Heydər Əliyev Fondunda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşəcək. Bundan başqa, S.Rulovs Bakıdakı yeni Talassemiya Tibb Mərkəzinə baş çəkəcək, səhiyyə naziri Oqtay Şirəliyevlə görüşəcək, Azərbaycan həbsxanalarında vərəmlə mübarizə sahəsində vəziyyətə dair müzakirələr aparacaq.
Gürcüstanın birinci ledisi Milli Məclisdə də olacaq, burada Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri ilə görüşəcək. Səfər zamanı Rulovsun Mstislav Rostropoviçin Ev Muzeyinə, Müasir İncəsənət Muzeyinə baş çəkməsi nəzərdə tutulub.
Qeyd edək ki, S.Rulovsun jurnalistlər üçün mətbuat konfransı keçirməsi də nəzərdə tutulub.
Səfər mayın 14-də başa çatacaq.
|
12.05.10 Məqaləni oxumaq
|
|
|
SAMF “Həsənbəy Zərdabi və “Əkinçi” adlı yeni kitab hazırlayır
|
Söz Azadlığını Müdafiə Fondu (SAMF) milli mətbuatımızın qaranquşu sayılan “Əkinçi”nin çapdan çıxmasının 135 illiyi münasibətilə “Həsənbəy Zərdabi və “Əkinçi” adlı yeni kitabı çapa hazırlayır. SAMF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, kitabda xalqımızın qiraət müəllimi kimi yaddaşlarda yaşayan H.Zərdabi haqqında ayrı-ayrı mənbələrdən toplanan məlumatlar, xatirələrlə yanaşı, “Əkinçi” haqqında da indiyədək Azərbaycan dilində çap olunmayan yazılar oxucuların ixtiyarına veriləcək.
Kitabın ön sözünün müəllifi Fodun sədri, şair Musa Yaqub, redaktoru əməkdar jurnalist Tahir Aydınoğlu, tərtibçiləri Vüqar Tofiqli və Nəzirməmməd Quliyevdir.
Kitabda Zərdabi haqqında ötən əsrdə yazılanlarla bərabər, ədibin müasir tədqiqatçıları - professor İzzət Rüstəmov və Vəli Məmmədovun da araşdırmaları yer alıb.
|
12.05.10 Məqaləni oxumaq
|
|
|
Bakıda “Xan Karvansarası” adlanan tarixi abidə yenidən təmir olunub
|
“İçəri Şəhər”də “Xan Karvansarası” adlanan abidədə əsaslı şəkildə bərpa-konservasiya işləri aparılıb. Bununla əlaqədar olaraq bu gün abidənin açılış mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğundan məlumat veriblər.
Açılış mərasiminə qatılanlara “Kiçik Karvansara” və “İncəsənət Bağı” haqqında ətraflı məlumat verilib və xalq sənətkarlığının müxtəlif nümunələri təqdim olunub. Açılışda müasir kuklaçı-rəssam Elmira Abbaslının “İçərişəhərin obrazları” sərgisi nümayiş etdirilib. “İncəsənət Bağı”nın da yaxın iki həftə ərzində tamaşaçılar üçün açıq olacağı vurğulanıb.
|
12.05.10 Məqaləni oxumaq
|
|
|
Bu gün Serbiya prezidenti Boris Tadiç Azərbaycana rəsmi səfərə gəlir
|
Bu gün Serbiya prezidenti Boris Tadiç Azərbaycana rəsmi səfərə gəlir. KƏLAMİNFO xəbər verir ki, ikigünlük səfər çərçivəsində Serbiya prezidenti Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rasi-zadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.
Görüşlərdə ikitərəfli münasibətlər, müxtəlif sahələr üzrə əlaqələrin genişlənməsi və inkişafı perspektivləri, regional məsələlər, beynəlxalq arenada əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlərin müzakirə olunacağı nəzərdə tutulur.
|
12.05.10 Məqaləni oxumaq
|
|
|
|