Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2010
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    “Azərbaycan İncəsənəti” adlı ensiklopedik məlumat kitabı nəşr olunub
    Sabah Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaybaycan İncəsənəti” adlı uşaqlar üçün ensiklopedik məlumat kitabının 1-ci cildi ictimaiyyətə təqdim olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incəsənətinin təsviri sənəti, dekorativ tətbiqi sənəti və memarlığı haqqında məlumatlar öz əksini tapıb. Uşaqlar üçün ensiklopediya xarakteri daşıyan kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunmuş görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir. Kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr olunmuş ayrıca bölmələr daxil edilib. Kitabın Bakı və regionlarda olan kitabxanalara və məktəblərə pulsuz paylanması nəzərdə tutulub.
    13.05.10 Məqaləni oxumaq
     
    BDU-da “Ekologiya ili” çərçivəsində görüş keçirilib
    Ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji maarifləndirmə istiqamətində müəyyən tədbirlər həyata keçirilir. KƏLAMİNFO xəbər verir ki, bu tədbirlərin davamı olaraq Bakı Dövlət Universitetinin müəllim və tələbə kollektivi ilə nazirliyin mütəxəssislərinin görüşü keçirilib.
    13.05.10 Məqaləni oxumaq
     
    Akademik Milli Dram Teatrının direktoru dəyişdirilib
    Dövlət Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyatov və teatrın baş rejissoru Mərahim Fərzəlibəyov tutduqları vəzifədən azad edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Qərar teatr rəhbərliyinin bu gün keçirdiyi yığıncaqda qəbul olunub. Teatrın direktoru vəzifəsinə Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov təyin olunub, baş rejissor vəzifəsi isə hələlik boş qalıb. Digər qərara əsasən teatrın baş rejissoru vəzifəsində çalışan Mərahim Fərzəlibəyov bundan sonra rejissor vəzifəsini tutacaq.
    13.05.10 Məqaləni oxumaq
     
    Gədəbəydə “Qızıl Gədəbəy” adlı III Kitab bayramı keçirilib
    Bu gün Gədəbəy rayonunda “Qızıl Gədəbəy” başlığı altında III Kitab bayramı keçirilir. Kitab bayramı ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təşkil olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Kitab bayramında rayonda yaşayan uzunömürlülər haqqında “Gədəbəyin 100 yaşlıları” sərgisi, habelə rayonun Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan maraqlı, qədim, tarixi eksponatlar nümayiş etdirilib. Rayon Mədəniyyət evinin musiqi kollektivlərinin və rayondakı aşıq kollektivlərinin çıxışları bayram iştirakçılarının alqışları ilə qarşılanıb. Tədbirdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları da iştirak ediblər.
    13.05.10 Məqaləni oxumaq
     
    “Azərbaybaycan İncəsənəti” adlı ensiklopedik məlumat kitabı nəşr olunub
    Sabah Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaybaycan İncəsənəti” adlı uşaqlar üçün ensiklopedik məlumat kitabının 1-ci cildi ictimaiyyətə təqdim olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incəsənətinin təsviri sənəti, dekorativ tətbiqi sənəti və memarlığı haqqında məlumatlar öz əksini tapıb. Uşaqlar üçün ensiklopediya xarakteri daşıyan kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunmuş görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir. Kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr olunmuş ayrıca bölmələr daxil edilib. Kitabın Bakı və regionlarda olan kitabxanalara və məktəblərə pulsuz paylanması nəzərdə tutulub.
    13.05.10 Məqaləni oxumaq
     
    Rusiya ali təhsil müəssisələrinə qəbul imtahanlarına 110 Azərbaycan vətəndaşı qeydiyyatdan keçib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il mayın 15-də Rusiya Federasiyasının (RF) ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirir. Bu barədə məlumatı TQDK-nın mətbuat xidmətindən veriblər.
    İmtahan Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ), həmçinin bu ölkənin digər ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. MDBƏİ-yə qəbul imtahanında iştirak etmək üçün 12 və RF-nin digər ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 98 nəfər qeydə alınıb. Ümumilikdə isə 110 abituriyent qeydiyyatdan keçib. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 13-dən etibarən TQDK-nın internet saytından götürməlidirlər.
    13.05.10 Məqaləni oxumaq
     
    Ekoloji gərginlik qlobal problem kimi
    Son illər planetimizi narahat edən problemlərdən biri də dünyada ekoloji gərginliyin artması, ekoloji tarazlığın pozulmasıdır. Qlobal problemə çevrilən mövcud durum dünyanın düşünən beyinlərini olduqca diqqətli və həssas olmağa çağırır.
    13.05.10 Məqaləni oxumaq
     
    Adət-ənənələr öz çevrəsindən çıxır
    Milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sistemindəki rolunun tədqiqi həmişə aktualdır. Çünki milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpır. Cəmiyyət dəyişdikcə adət və ənənələr də dəyişmələrə məruz qalır. Bu dəyişmələr millətin, xalqın yaradıcılıq nümunələrində yaşayır və elə bu şəkildə də nəsildən-nəsilə ötürülür. Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapır. Bu səbəbdən də bütün dövrlərin adət və ənənələrində baş verən yeniliklərin öyrənilməsinə böyük ehtiyac var.
    13.05.10 Məqaləni oxumaq
     
    İçməli su
    Ekologiyanın ən başlıca komponentlərindən biri kimi…

    Prezident İlham Əliyev 2010-cu il Azərbaycanda “Ekologiya ili” edib. İçməli su amili isə ekologiyanın ən başlıca komponentlərindən biridir. İçməli su neftdən sonra ilahi varlığın insanlara verdiyi ən qiymətli nemətdir. Bu isə təbii ki, tükənmək üzrədir. Bunun qarşısını almaq üçün ilk növbədə şirin yeraltı sulardan içmək və məişətdə işlətmək üçün istifadə olunmalıdır. İnsanlar əsrlər böyü bizə gəlib çatmış bu neməti dəyərləndirməli və gələcək nəsillər üçün qoruyub saxlamalıdılar. Bu gün təbii nemətlərin qorunması və balanslaşdırılmış istifadəsi üçün güclü ictimai nəzarətə ehtiyac duyulur. Lakin respublikada istismarda olan yeraltı suların 70-75% suvarma üçün istifadə edilir. Bundan başqa, təəssüf ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və bir sıra iri şəhər və qəsəbələrdə içməli su ilə avtomobil yuyulur.В 
    13.05.10 Məqaləni oxumaq
     
    Dmitri Medvedevə Ankarada xüsusi hədiyyə verilib
    Rusiya prezidenti Dmitri Medvedevin Türkiyəyə səfəri zamanı ona xüsusi hədiyyə təqdim olunub. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, türklər Medvedevə xüsusi avtomobil hədiyyə ediblər. Rusiya prezidentinə Ankarada qara rəngli zirehli “Jeep” hədiyyə olunub. Hədiyyə Ankarada Rixos Otel qarşısında jurnalistlərə də göstərilib. Qara “Jeep” özünün daxili dizayn tərtibatı ilə diqqəti cəlb edib.
    13.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « May.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31