Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2010
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Türk xalqlarının mədəni irsinin qorunması sahəsində 3000 dollarlıq xüsusi mükafat təsis olunub
    Cari il 18 may tarixində Moldovanın Qaqauz Yerinin Komrat şəhərində TÜRKSOY-un Mədəniyyət Nazirlərinin Daimi Şurasının 27-ci Dönəm Toplantısı keçirilib. KƏLAMİNFO xəbər verir ki, toplantıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın Moldovadakı səfiri İsfəndiyar Vahabzadə də iştirak ediblər. Toplantıda Ə.Qarayevin təklifi ilə Türk xalqlarının mədəni irsin qorunması sahəsində 3000 dollar məbləğində xüsusi mükafat təsis olunub və “Şərq-Qərb” kinofestival çərçivəsində Bakı şəhərində Türk dünyasına həsr olunmuş beynəlxalq film festivalının keçirilməsi qərara alınıb. Ə.Qarayev Qaqauziya elinin mədəniyyətinə daimi dəstək göstərdiyinə görə Qaqauziya medalı ilə təltif edilib.
    20.05.10 Məqaləni oxumaq
     
    Növbəti tədris ilində ümumtəhsil məktəblərinin I sinfinə 123 844 şagirdin qəbul olunacağı gözlənilir
    Növbəti-2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərinin I sinfinə 123 844 şagirdin qəbul olunacağı nəzərdə tutulub. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, 2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı isə 118 581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117921, 2008-ci ildə isə 119600 nəfər təşkil edib. 2009-2010-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərində 104037 şagird təhsil alır. Bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2007-ci ildə 524, 2008-ci ildə 311, 2009-cu ildə 637 nəfər olduğu halda, bu il onların sayı 720 nəfər təşkil edir. Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 95145 tələbə təhsil alır. Onlardan 88023 nəfər bakalavr, 7122 nəfər magistr pilləsində oxuyur.
    20.05.10 Məqaləni oxumaq
     
    Ermənistan parlamentinin spikeri hökumətdən narazılığını açıqlayıb
    Ermənistan parlamentinin spikeri Ovik Abramyan yerli hökumətin fəaliyyətindən narazılığını açıqlayıb. KƏLAMİNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, xüsusilə hökumətin qanun layihələri üzərində işləmə üslubu spikerin ciddi narazılığına səbəb olub. O.Abramyan son zamanlar hökumətin qanun layihələrini diqqətlə öyrənmədiyini, tələsik parlamentin müvafiq komissiyalarının müzakirəsinə verdiyini bəyan edib.
    20.05.10 Məqaləni oxumaq
     
    MŞ-da informasiya almaq və yaymaq hüququnu məhdudlaşdıran qanunvericilik aktları ilə bağlı seminar keçirildi
    Bu gün Mətbuat Şurasında (MŞ) Jurnalistlərin Həmkarlar İttifaqı (JHİ) KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşən “İnformasiya almaq və yaymaq hüququnu məhdudlaşdıran qanunvericilik aktları barədə jurnalistlərin məlumatlandırılması” layihəsi çərçivəsində seminar keçirdi. KƏLAMİNFO xəbər verir ki, seminarda çıxış edən JHİ-nin sədri Müşfiq Ələsgərli layihənin həyata keçirilməsini zəruri edən səbəblərdən bəhs etdi. O qeyd etdi ki, Azərbaycanda jurnalistlərin sərbəst şəkildə informasiya toplaması və yayması üçün müvafiq qanunvericilik bazası yaradılsa da, ölkədə bu sahədə problemlər hələ də qalmaqdadır. Ay ərzində MŞ-nin Şikayətlər üzrə Komissiyasına 30-a yaxın şikayətin daxil olduğunu vurğulayan M.Ələsgərli qeyd etdi ki, bunun da 60 faizi şəxsi həyatın toxunulmazlığı ilə bağlıdır. Bəzən jurnalistlərin fəaliyyəti zamanı yanlışlığa yol verildiyini diqqətə çatdıran M.Ələsgərli bunun da müəyyən problemlər və məhkəmə çəkişmələrinə gətirib çıxardığını söylədi.
    20.05.10 Məqaləni oxumaq
     
    Sumqayıtda III Ümumrespublika Kitab bayramı keçirilir
    Bu gün Sumqayıt şəhərində Nizami meydanında III Ümumrespublika Kitab bayramı keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, Kitab bayramında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhər ictimaiyyəti, ziyalıları, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Tədbirdə Sumqayıt şəhər mədəniyyət müəssisələrinin hazırladığı musiqi, rəqs nömrələri, habelə balaca fidanların iştirakı ilə nağıl qəhrəmanlarının paradı bayram iştirakçılarına təqdim olunacaq. Kitab bayramında Sumqayıt şəhərində fəaliyyət göstərən nəşriyyatlar kitab satışı həyata keçirəcək, “Sumqayıt nəşriyyatlarının yeni nəşrləri”, “Ümummilli lider Heydər Əliyev – 87”, “Bizim şəhər”, “Qələbə - 65” və s. kitab sərgiləri təşkil olunacaq. Tədbirdə H.Ərəblinski adına Sumqayıt Dövlət Teatrı, Sumqayıt Mədəniyyət Evinin iştirakı ilə müxtəlif tamaşalar və səhnəciklər nümayiş etdiriləcək.
    20.05.10 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Azərbaycanla Ermənistan arasında sərhədlərin açılacağı dövr çox uzaqda deyil”
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycanla Ermənistan arasında sərhədlərin açılacağı dövrün yaxında oduğunu açıqlayıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, keçirdiyi brifinqdə buna nail olunması üçün ölkəsinin fəal şəkildə işlədiyini və səylərinin məhsuldar olacağını bildirib. Nazir Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistanla Türkiyə arasında da bütün ədavətə son qoyacağını vurğulayıb. “O vaxt çox uzaqda deyil ki, biz Ermənistandan keçərək Bakıya gedəcəyik.
    20.05.10 Məqaləni oxumaq
     
    Səfir Hulusi Kılıc: “Türkiyə-Azərbaycan strateji iş birliyi Şurasının iclası 5-6 aya baş tutacaq”
    Türkiyə ilə Azərbaycan arasında hökmətlərarası komissiyanın iclası yaxın 5-6 aya baş tutacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc söyləyib. Onun sözlərinə görə, Türkiyə İraq, Suriya, Yunanıstan və Rusiya ilə sözügedən komissiyanı formalaşdırıb və bu sahədə strateji iş birliyi qurub. “Hazırda Türkiyə-Azərbaycan hökmətlərarası starteji Şurasının yaradılması istiqamətində iş gedir. Cari ilin sonuna kimi bu komissiyanın ilk iclası keçiriləcək”,- deyə səfir vurğulayıb. Onun sözlərinə görə, hazırda Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2-3 mlrd. ABŞ dolları arasındadır.
    19.05.10 Məqaləni oxumaq
     
    Ə.Davudoğlu: “Türkiyə-Ermənistan normallaşma prossesi Azərbaycanın mövqeyi və istəkləri ilə üst-üstə düşən bir mahiyyət daşıyır”
    Dağlıq Qarabağ müzakirələrinin son dövrdə qazandığı sürət məsələnin həllinə istiqamətlənmiş ümidləri gücləndirib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Əhməd Dovudoğlu Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) rəsmi orqanı olan “EcoVision” jurnalına eksklüziv müsahibəsində bildirib. “Türkiyə müzakirələrin ən qısa vaxtda konkret nəticə verməsi və problemin sülh yolu ilə həll olmasını arzulayır. Ölkəmiz, ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq, həll müddətindəki aktivliyi yaxından müşahidə etməkdə, həmsədrlərin bu istiqamətdəki səylərinə dəstək verməkdə və problemin ən qısa zamanda həll olunması istiqamətindəki istəyini hər vaxt həmsədrlərlə təmaslarda dilə gətirməkdədir”,-deyə Ə.Davudoğlu vurğulayıb.
    19.05.10 Məqaləni oxumaq
     
    Türkiyə XİN başçısı: “Cənubi Qafqazın sülh hövzəsinə çevrilməsi və bütün sərhədlərin açılması səmimi arzumuzdur”
    Türkiyə və Azərbaycan həm regional, həm də qlobal problemlərin həllində yaxın əməkdaşlığı olan iki ölkədir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Əhməd Dovudoğlu Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) rəsmi orqanı olan “EcoVision” jurnalına eksklüziv müsahibəsində bildirib. Ə.Davudoğlu qeyd edib ki, hər iki ölkə xarici siyasət prioritetlərini və meyillərini müəyyənləşdirərkən digərinin mənfəət və həssas olduğu cəhətləri də nəzərə almaqdadır. Onun sözlərinə görə, iki ölkə xarici işlər nazirlikləri arasında davam edən sıx görüş və razılıqlara əlavə olaraq, bir çox quruluşların nəzdində də Türkiyə və Azərbaycan bir-birinin mövqelərinə dəstək verməkdədirlər.
    19.05.10 Məqaləni oxumaq
     
    Əfqanıstandakı təyyarə qəzasında 43 nəfər itkin düşüb
    Bu gün səhər saatlarında Əfqanıstan sərnişin təyyarəsi dağlara düşüb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, 38 sərnişin və 5 heyət üzvü olan təyyarənin HinduQuş dağlarına düşdüyü və qalıqlarının hələ də tapılmadığı bildirilir. Ümumilikdə 43 nəfər itkin düşüb. Göyərdtədəki sərnişinlərin çoxu xaricilər olub. Qeyd edək ki, Əfqanıstandakı NATO qüvvələri də təyyarənin qalıqlarının axtarışına yardım edir.
    19.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « May.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31