Gürcüstan ordusuna yeni komandan təyin olunub
|
Gürcüstanda yeni komandan təyin olunub. Müdafiə nazirinin əmri ilə Gürcüstan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı vəzifəsinə Gigi Kalandadze təyin olunub. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, 4-cü piyada briqadasının komandiri olan Gigi Kalandadze komandanın vəzifələrini yanvarın 27-dən icra edib.
Sabiq komandan Şmaqi Teliya Silahlı Qüvvələrdə qalmaqdadır. Aprel ayında Gürcüstan parlamenti qanunvericiliyə düzəliş edib. Bu düzəlişə əsasən ölkənin Hərbi Hava Qüvvələri Quru Qoşunların strukturuna daxil olub.
|
21.05.10 Məqaləni oxumaq
|
|
|
Rusiyanın Azərbaycanla sərhəddinə yaxın hissəsində qaz kəməri partlayıb
|
Rusiyanın Azərbaycanla sərhəddinə yaxın hissəsində Mozdok-Qazıməmməd qaz kəməri partlayıb. Partlayış Dağıstanın Kizlər şəhərindən bir qədər aralıda, Çeçenistan ərazisində baş verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayışdan dərhal sonra yanğın olub.
Hadisə yerinə yanğınsöndürən briqada cəlb olunub. İlkin məlumata görə, insident nəticəsində ölən və yaralanan yoxdur. Partlayışın səbəbi hələ ki müəyyənləşdirilməyib.
|
21.05.10 Məqaləni oxumaq
|
|
|
ATƏT-in Bakı ofisinin rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb
|
Bu gün ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb. Məlumatı KƏLAMİNFO-ya ATƏT-in Bakı ofisinin mətbuat xidmətindən veriblər.
Görüşdə ATƏT-in Bakı ofisinin fəaliyyəti və qarşıdan gələn parlament seçkiləri müzakirə olunub.
Qeyd edək ki, görüşdə Prezident Administrasiyasının şöbə müdirləri Novruz Məmmədov, Şahin Əliyev və Əli Həsənov da iştirak edib.
|
21.05.10 Məqaləni oxumaq
|
|
|
Bakıda Azərbaycan hökumətinin təşəbbüsü ilə “Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu” keçiriləcək
|
Gələn ilin aprel ayında Bakıda Azərbaycan hökumətinin təşəbbüsü ilə “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazir qeyd edib ki, Forum “Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi”nin davamı olaraq keçiriləcək. “Bu tədbirin keçirilməsi bizim üçün müstəsna əhəmiyyət daşıyacaq. Forum çərçivəsində Bakı şəhərinin “Ümumdünya dilaoq Paytaxtı” elan olunması da gözlənilir”,-deyə Ə.Qarayev vurğulayıb.
|
21.05.10 Məqaləni oxumaq
|
|
|
Qazaxıstan Qırğızıstanla sərhəddini açdı
|
Bu gün Qazaxıstan Qırğızıstanla sərhəddini açıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər ki, iki ölkə arasında sərhəd apreldə Qırğızıstanda prezident K.Bakiyevin devrilməsi ilə başa çatan iğtişaşlardan sonra bağlanmışdı.
Qazaxıstan Xarici İşlər Nazirliyi bildirib ki, sərhəd Qırğızıstandakı mürəkkəb sosial-iqtisadi vəziyyətin ağır olmasına görə açılır.
|
21.05.10 Məqaləni oxumaq
|
|
|
Milli Məclisin növbəti iclasında Azərbaycanın 2009-cu il dövlət büdcəsinin icrası müzakirə olunacaq
|
Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda ”Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi müzakirə olunub.
Komitə sədri Ziyad Səmədzadə dünyanı bürümüş iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycanda həyata keçirilmiş düşünülmüş siyasət tədbirləri nəticəsində ötən il əldə olunmuş nailiyyətlər barədə məlumat verib.
Maliyyə naziri Samir Şərifov 2009-cu il dövlət büdcəsinin icrası ilə bağlı geniş məlumat verib.
Çıxış edən deputatlar və aidiyyatı nazirliklərin nümayəndələri qanun layihəsi ilə əlaqədar təkliflərini verib və sənədin Milli Məclisin mayın 25-də keçiriləcək iclasında müzakirəyə çıxarılmasını tövsiyə edib.
|
21.05.10 Məqaləni oxumaq
|
|
|
SİTM sədri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirdi
|
Bu gün Bakıda Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu “Dağlıq Qarabağ münaqişəsinin ilkin və indiki dövrlərində Ermənistanın vəziyyətinin müqayisəli təhlili” mövzusunda mətbuat konfransı keçirdi. KƏLAMİNFO xəbər verir ki, M.Əhmədoğlu dedi ki, Dağlıq Qarabağ (DQ) münaqişəsi keçmiş SSRİ-ni dağıtmaq məqsədilə ortalığa atılmışdı.
|
20.05.10 Məqaləni oxumaq
|
|
|
Qırğızıstanda müdafiə naziri girov götürülüb
|
Qırğızıstanda vəziyyət yenidən nəzarətdən çıxıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, devrilmiş prezident Kurmanbek Bakiyevin tərəfdarları ölkənin hazırkı müdafiə naziri İsmail İsakovu və Cələlabad vilayətinin qubernatorunu girov götürüblər.
Qeyd edək ki, müdafiə naziri bir neçə gündür vəziyyətə nəzarət etmək üçün Cələlabada yollanmışdı. Vilayətdə qubernatorun möhkəm döyüldüyü, nazirə isə xəsarət yetirilmədiyi bildirilir. Bəzi şahidlər isə nazirin də döyüldüyünü söyləyir.
|
20.05.10 Məqaləni oxumaq
|
|
|
Mübariz Əhmədoğlu: “Ermənstan parçalanma vəziyyətindədir”
|
Ermənistanda mövcud vəziyyət kifayət qədər gərgindir və bu ölkə ikrah yuvasına çevrilib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında söyləyib.
Dünya ermənilərinin də parçalanma vəziyyətində olduğunu vurğulayan M.Əhmədoğlu deyib ki, indi qərbi erməni dili ilə şərqi erməni dili tərcüməsiz başa düşülmür. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ və Ermənistan erməniləri arasında gərgin münasibətlər var, bu ölkənin gəncləri orduda xidmət etmək istəmirlər, ölkədə demoqrafiq böhran böyüyür.
|
20.05.10 Məqaləni oxumaq
|
|
|
GTM “Ekoloji yay məktəbləri” təşkil edəcək
|
Gənclər üçün Təhsil Mərkəzi cari ilin iyul və avqust aylarında “Ekoloji yay məktəbləri” təşkil edəcək. Mərkəzdən KƏLAMİNFO-ya verilən məlumata görə, əsas məqsəd gənclərin ekoloji biliklərinin artmasını və tərbiyə olunmasını təşviq etməkdir.
Yay məktəbləri zamanı gənclərə ətraf mühitlə bağlı praktiki biliklər veriləcək, onlarla birgə müxtəlif ekoloji aksiyalar, ekskursiyalar və digər tədbirlər təşkil olunacaq.
|
20.05.10 Məqaləni oxumaq
|
|
|
|