Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2010
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    BMK yerli İcra Hakimiyyətlərində apardığı monitorinqi başa çatdırıb
    Beynəlxalq Mətbuat Klubu (BMK) Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi” layihəsinin icrasını davam etdirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. 
    Layihə çərçivəsində yerli İcra Hakimiyyətlərində internet xidmətlərinin fəaliyyəti ilə bağlı aparılan monitorinq başa çatıb. Monitorinqin əhatə dairəsinə Bakı şəhərinin rayonları daxil edilib. Veb-səhifəsi olmayan və yaxud da olub vaxtında yenilənməyən İcra Hakimiyyətlərinə tövsiyələr verilib.
    17.05.10 Məqaləni oxumaq
     
    Naxçıvanın memarlıq inciləri
    Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin yadigarları

    “Elə XX əsri götürün. Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur”- bu sözlər xalqımızın ümümmilli lideri Heydər Əliyevə məxsusdur. O, Naxçıvan şəhərində  Mömünə xatun məqbərəsini ziyarət edərkən bu sözləri söyləyib. Dahi öndər “bizlər çox vaxt bu abidəni gözəl memarlıq abidəsi kimi təbliğ edirik” deyərək bu sənət əsərinin  çoxəsrlik dövlətçilik ənənələrimizin yaşadılması istiqamətində oynadığı rola da toxunub: “Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün  bəlkə daha da böyük qiyməti  Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir. Əgər dövlətçilik  o qədər yüksək səviyyədə olmasaydı, onlar bu cür abidənin yaradılması barədə qərar qəbul edə bilərdilərmi?”.
    17.05.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev “Fatimeyi-Zəhra” məscidinin QMİ-nin sərancamına verilməsi barədə göstəriş verib
    “Fatimeyi-Zəhra” məscidi adlandırılan yarımçıq tikinti ətrafında yaranmış problemlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə prezident İlham Əliyevə müraciət edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətindən veriblər. Müraciətdə tikintinin sökülməsi barədə mövcud məhkəmə qərarının dayandırılması xahişi ifadə olunub, yaranmış vəziyyətin ən məqbul həll yolu kimi həmin tikilinin Qafqaz Müsəlmanları İdarəsinə verilməsi təklif irəli sürülüb. Buna cavabı olaraq prezidenti İlham Əliyev mövcud dövlət-din münasibətlərini nəzərə alaraq, sözügedən obyektin QMİ-nin sərancamına verilməsi barədə göstəriş verib. Prezident eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti başçısına bu məsələnin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
    15.05.10 Məqaləni oxumaq
     
    "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" mövzusunda regional seminarlar keçirilir
    Mədəniyyət və Turizm Nazirliyi sistemində çalışan əməkdaşların nəzəri hazırlıq səviyyəsinin artırılması məqsədilə respublikanın tanınmış alimlərinin iştirakı ilə "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" mövzusunda mədəniyyət müəssisələrinin əməkdaşları üçün regional seminarlar davam edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" adlı seminarlar Gəncə, Lənkəran, Şirvan və Mingəçevir şəhərlərində, habelə Ağdaş və Şamaxı rayonlarında artıq təşkil olunub.
    15.05.10 Məqaləni oxumaq
     
    Cari il ali məktəblərin bakalavr pilləsinə 30810 ümumi plan yeri ayrılıb
    Cari il ali təhsil müəssisələrinə qəbulla bağlı plan yerlərini və dövlət sifarişini Nazirlər Kabineti artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) göndərib. KƏLAMİNFO xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. M.Abbazadə qeyd edib ki, nəticə etibarı ilə cari il ali məktəblərin bakalavr pilləsinə 30810 ümumi plan yeri ayrılıb. “Bunların 10529-u dövlət sifarişli yerlərdir. Bu yerlərin də daha çoxunu I ixtisas qrupunun plan yerləri təşkil edir. Bu il I ixtisas qrupuna cəmi 9639 ümumi plan yeri ayrılıb.
    15.05.10 Məqaləni oxumaq
     
    Lənkəranda region jurnalistləri üçün İnformasiya Mübadilə Şəbəkəsi yaradılıb
    Lənkəranda Azərbaycan Jurnalistlər Birliyinin Media Resurs Mərkəzi nəzdində “Jurnalistlərin İnformasiya Mübadilə Şəbəkəsi” fəaliyyətə başlayıb. Lənkəran Media Resurs Mərkəzindən KƏLAMİNFO-ya bildiriblər ki, şəbəkə Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi verdiyi “Jurnalistlərin İnformasiya - Mübadilə Şəbəkəsi” layihəsi çərçivəsində fəaliyyət göstərəcək. Layihənin koordinatoru, Media Resurs Mərkəzinin rəhbəri Xaqani İbadov Azərbaycan Jurnalistlər Birliyinin yeni layihəsi barədə məlumat verib. Bildirib ki, İnformasiya-Mübadilə Şəbəkəsinin yaradılması cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər ücün faydalı olacaq. Onun sözlərinə görə, layihənin əsas məqsədlərindən biri bölgədə baş verən hadisələrin, prosseslərin işıqlandırılması üçün birgə informasiya mübadilə şəbəkəsinin qurulmasına nail olmaqdır. “Mübadilə şəbəkəsinə qoşulan yerli jurnalistlər regional, ölkə əhəmiyyətli məlumatların əldə edilməsi və mübadiləsi üçün vacib meydan əldə edəcəklər.
    15.05.10 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: “Həmsədr ölkələrdən yalnız birinin sərt mövqe tutması kifayətdir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin”
    “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Brüsseldə Ermənistanın xarici işləri naziri ilə görüşündə müsbət nəticələrin əldə edilməsi yaxşı olardı. Amma belə görüşlər sanki Ermənistandan xahiş etmək təəssüratı yaradır”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə həmsədrlərlə Ermənistan XİN rəhbərinin görüşünü şərh edərkən bildirib.
    A.Mirzəzadə qeyd edib ki, həmsədr olan üç böyük dövlətin siyasi yükü dünyanın siyasi yükünə bərabərdir. “Amma onlar Ermənistanın nazı ilə oynayırlar, işğalçı ölkəni sadəcə olaraq “yola gətirməyə” çalışırlar. Əslində, bu dövlətlərdən yalnız birinin Ermənistana qarşı sərt mövqe tutması, onu beynəlxalq hüquq normalarına əməl etməyə çağırması kifayətdir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin. Çünki Ermənistanın diplomatiyası, resursları, maliyyəsi və s. imkanları yoxdur”,-deyə A.Mirzəzadə vurğulayıb.
    15.05.10 Məqaləni oxumaq
     
    Naxçıvan MR Ali Məclisinin deputatı: “Bəzi qəzetlər Naxçıvan adı altında “alver” edirlər”
    Mətbuat Şurası tərəfindən “reketçilik” fəaliyyətlərinə görə adları “qara siyahıya” düşən mətbu orqanları sırasında “Böyük Naxçıvan”, “Naxçıvan press”, “Müasir Naxçıvan”, “Naxçıvanın səsi” qəzetləri də var. Bu qəzetlərin Naxçıvan Muxtar Respublikası ilə heç bir əlaqəsi olmayıb. Sadəcə bir qrup “mətbuat dəllalı” bu adda qəzetlər təsis etməklə öz çirkin məqsədlərini həyata keçirməyə çalışıblar. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya Naxçıvan MR Ali Məclisinin deputatı, əməkdar jurnalist Məmməd Məmmədov verib. 
    M.Məmmədov bildirib ki, bu günədək Naxçıvan adı ilə bağlı 15-ə yaxın adda qəzet rəsmi qeydiyyatdan keçib, ara-sıra mətbu bazarımızdakı çoxçeşidli məhsullar sırasında  görünə biliblərsə, onda onu necə də qınayasan? Onun sözlərinə görə, “Ulu Naxçıvan”, “Böyük Naxçıvan”, ”Müasir Naxçıvan”, “Yeni Naxçıvan”, “Naxçıvanın səsi”, “Naxçıvan bu gün”, “ Naxçıvan press” və s. adda qəzetlərin hansı amal və məzhəbə qulluq etmələri də heç kəsə aydın olmayıb.
    15.05.10 Məqaləni oxumaq
     
    Binəqədidə “Ailə, sağlamlıq və məktəb” mövzusunda tədbir keçirilib
    Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Beynəlxalq Ailə Günü münasibətilə “Ailə, sağlamlıq və məktəb” mövzusunda tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbənin müdri Natiq Əliyev verib.
    Tədbir YAP-ın Binəqədi Raoynu təşkilatında baş tutub.
    Təbiri giriş sözü ilə rayon İcra başçısının müavini Eldar Ağayev açıb. O qeyd edib ki, Ailə cəmiyyətin əsas təsisatlarından biri olaraq bəşəri dəyərlərin, mədəniyyətin  və nəsillərin tarixi varisliyinin qoruyucusudur. “İnsan həyatı ailədən başlayır. Burdan da onun bir vətandaş kimi formalaşması prossesi baş verir. Ailənin müvəffəqiyyəti, firavanlığı və xöşbəxtliyi ölkənin tərəqqisisinin əsas göstəricisidir. Azərbaycanda bu gün ailə dəyərlərinə böyük önəm verilir. Məhz bu problemlərlə məşğul olmaq üçün Ailə, qadın və uşaqlara dair dövlət siyasətinin daha mütəşəkkil həyata keçiriliməsi məqsədilə ölkə prezidentin Sərancamı ilə Dövlət Komitəsi yaradılıb”,-deyə E.Ağayev vurğulayıb.
    15.05.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyində kadr dəyişikliyi olub
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Çingiz Əbdülməcid oğlu Fərzəliyev Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru vəzifəsinə təyin edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
    Muzeyinin direktoru vəzifəsində işləmiş İsrafil Ramazan oğlu İsrafilov isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə keçirilib.
    15.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    May.2010
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31