|
Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
Çiçəklənən Azərbaycan
|
Mayın 10-u ümmilli lider Heydər Əliyevin doğum günüdür
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
|
07.05.10 Məqaləni oxumaq
|
|
|
Məktəb harayı
|
Azərbaycan Respublikası “2009-2013-cü illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası yerlərdə davam etdirilir. Bütün sahələrdə olduğu kimi təhsillə, xüsusilə məktəb tikintisi və təmiri ilə bağlı regionda görülən işlərin bəzisi artıq başa çatdırılıb. Tikilən məktəblər arasında Azərbaycanın subtropik iqlim qurşağına malik cənub bölgəsi də var. Bildiymiz kimi, təhsil sektorunun qarşısında duran əsas məsələ müxtəlif ailələrdən olan uşaqlar üçün bərabər təhsil imkanlarının, o cümlədən regionlar üzrə bərabər keyfiyyətli təhsil xidmətlərinin təmin edilməsindən ibarətdir. Belə ki, təhsil almaq imkanları və onun keyfiyyətində olan fərqlər müxtəlif amillərlə bağlıdır. Təhsil almaq imkanlarına təsir edən əsas amillərdən biri valideynlərin tədris materiallarını ala bilməməsi, digəri isə bəzi regionlarda məktəb binalarının yararsız vəziyyətdə olmasıdır. Belə məktəblərdən biri də Cəlilabadda şəhid Nahid Qurbanov adına 9 illik Uzuntəpə kənd orta məktəbidir.
|
07.05.10 Məqaləni oxumaq
|
|
|
Prezident əyalətlərdə oldu
|
Dövlət başçısının əyalətlərə səfəri xeyir-bərəkət gətirər…
Son illər Salyan rayonunun sosial-iqtisadi inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu rayonun inkişafı ilə bağlı nəzərdə tutulan mühüm tədbirlər uğurla icra edilir. Ötən il rayonda bir çox yeni layihələr həyata keçirilib, ümumi məhsul istehsalının həcmi 2003-cü illə müqayisədə 2 dəfə artaraq 125,3 milyon manata çatıb. Bu dövrdə sənaye məhsulunun həcmi 6,6 dəfə, kənd təsərrüfatı məhsulunun istehsalı isə 4,1 dəfə çox olub.
|
07.05.10 Məqaləni oxumaq
|
|
|
Naxçıvanda mətbuat
|
Həyata keçirilən tədbirlər mətbuatın daha sürətlə inkişaf edəcəyini düşünməyə əsas verir
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun “Mətbuatın dostu” adına layiq görülməsi xəbərini eşidəndə düzü sevindim, “buВ onun halal haqqıdır”-dedim. Elə o an da muxtar respublikanın gündəlik ictimai-siyasi qəzeti olan “Şərq qapısı” qəzetində işlədiyim dövrü xatırlayası oldum. Çünki birgə fəaliyyətimiz dövründə onun nə dərəcədə mətbuat adamı olduğunu yaxından duymuşdum. Elə bu mənada ürəyimdən keçənləri qələmə almağa çalışdım. Baxmayaraq ki, ondan əvvəlki illərdə böyük mətbuatda-“Sovet kəndi”, “Həyat” və “Azərbaycan” qəzetlərində peşəkar qələm sahibləri ilə birgə çalışmışdım, onlardan xeyli təcrübə toplamışdım, amma bölgədəki 7 illik baş redaktorluq fəaliyyətim mənim üçün həqiqi mənada birВ məktəb oldu.
|
07.05.10 Məqaləni oxumaq
|
|
|
Tolerantlığın Azərbaycan modeli
|
Azərbaycanda milli və dini azlıqların sosial-mədəni inkişafı
Öz coğrafi və strateji mövqeyi, iqlim şəraiti, təbii ehtiyatları, yeraltı və yerüstü sərvətləri baxımından çox əhəmiyyətli olan Azərbaycan bütün dövrlərdə diqqət mərkəzində olub. Ayrı-ayrı dövrlərdə Azərbaycanın feodal dövlətləri öz ərazilərini genişləndirərkən Yaxın və Orta Şərqin, Şimali Qafqazın və Orta Asiyanın bir sıra xalq və etnik azlıqları qrup halında ölkəmizə köçürülmüşlər. Eləcə də, istər Azərbaycana sasanilərin, ərəblərin və monqolların yürüşləri, Orta Asiya türklərinin növbəti gəlişi, istərsə də Azərbaycanın Rusiya tərəfindən işğalından sonra bu əraziyə köçürülmüş tayfalar və etnoqrafik qruplar talelərini əbədi olaraq bu torpağa bağlamışlar.
|
07.05.10 Məqaləni oxumaq
|
|
|
Ədəbiyyatın döyüşkən siması
|
“Söz ən böyük silah, söz sahibi isə ən güclü əsgərdir” (Şərq fəlsəfəsi)
Qüdrətli və lütfikar Ulu Yaradan kainatı və bəşəriyyəti tam harmoniyada yaradıb. Bu ilahi yaradıcılıgın çələngi olan bəşər övladına isə saysız-hesabsız xüsusiyyətlər və duyumlar bəxş edib. Bu xüsusiyyətlər, duyumlar hər bir insanın xarakterindən asılı olaraq özünü biruzə verir. O, insan xoşbəxtdir ki, o yaradıcıdır. Yaradanın ona bəxş etdiyi mənəvi məqamlar onun yaradacılığında özünü göstərir. Yaradıcı şəxsiyyətlər həyatın bütün sevincini istedadın onları məhkum etdiyi ağır zəhmətdən alırlar. Həyat onların ömür tablosunu sanki sonu görünməyən mübarizə boyaları ilə işləyib. Bu onları qəhrəmanlığa aparan şərəfli yoldur.
|
07.05.10 Məqaləni oxumaq
|
|
|
Kirill ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
|
Azərbaycanda rəsmi səfərdə olan Moskva və Bütün Rusiyanın patriarxı Kirill Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydu. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü.
|
07.05.10 Məqaləni oxumaq
|
|
|
Prezident Adel Abdulla Əl-Fələhi qəbul etdi
|
Prezidenti İlham Əliyev Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhi qəbul edib. KəlamİNFO xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına Küveytin İslam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhin verdiyi töhfənin önəmini vurğulayıb, ölkəmizdə onun fəaliyyətinə böyük diqqət və qiymət verildiyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanla Küveyt Dövləti arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Adel Abdulla Əl-Fələhin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladığını söyləyib.
|
07.05.10 Məqaləni oxumaq
|
|
|
Prezident ermənilərin katolikosu ıı Qaregini qəbul edib
|
Prezident İlham Əliyev aprelin 26-da bütün ermənilərin katolikosu II Qaregini qəbul edib. KəlamİNFO xəbər verir ki, görüşdə dünya dini liderlərinin və müxtəlif dini konfessiya rəhbərlərinin iştirak etdiyi Bakı sammitinin əhəmiyyəti qeyd olunub, bu tədbirin dinlərarası dialoqun möhkəmlənməsi və dini liderlər arasında təmasların genişlənməsi baxımından önəmi vurğulanıb.
|
07.05.10 Məqaləni oxumaq
|
|
|
Üç dini liderin görüşü oldu
|
Bakıda, “Gülüstan” sarayında keçirilən dünya dini liderlərinin sammiti çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill və Bütün ermənilərin katolikosu II Qaregin arasında görüş oldu. KəlamİNFO xəbər verir ki, sammit çərçivəsində bu görüşün xüsusi əhəmiyyətini vurğulayan patriarx Kirill bildirib ki, son illər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda xeyli irəliləyiş var. Patriarx bu məsələdə Azərbaycanın və Ermənistan dövlət başçılarının səylərini, Rusiya Prezidentinin vasitəçiliyini xüsusi qeyd edib. Bildirilib ki, bu cür görüşlər siyasi liderlərin səylərinə dəstək verir. A.Paşazadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində üzərinə vasitəçilik missiyası götürən Rus Pravoslav kilsəsinə təşəkkür edərək, problemin ədalətli və beynəlxalq hüquq prinsipləri çərçivəsində nizamlanacağına ümidvar olduğunu vurğulayıb.
|
07.05.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|