Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2010
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Çexiyanın xarici işlər naziri: “Çexiya Azərbaycana əsas strateji tərəfdaşı kimi baxır”
    Çexiya Azərbaycana əsas strateji tərəfdaşlarından biri kimi baxır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Çexiyanın xarici işlər naziri Yan Kohout bildirib. Onun sözlərinə görə, ölkədəki iqtisadi problemlərə baxmayaraq, Çexiyanın Azərbaycanda səfirliyini açması buna sübutdur. “Çexiya və Azərbaycan bir çox sahələrdə, energetika sahəsində uğurla əməkdaşlıq edir. Çexiyanın istifadə etdiyi neftin 25 faizi bu gün Azərbaycandan alınır",-deyə Y.Kohout vurğulayıb. Nazir Çexiyanın Azərbaycanla infrastrukturun inşası, turizm, suyun təmizlənməsi, eləcə də elm və təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib.
    14.05.10 Məqaləni oxumaq
     
    ABŞ-dakı səfirliyimiz “Azərbaycan: ən cəlbedici faktlar və nailiyyətlər” adlı inşa müsabiqəsi keçirib
    Prezident İlham Əliyev tərəfindən ölkədə elan olunmuş “Ekologiya ili” çərçivəsində Azərbaycanın ABŞ-dakı səfirliyi Merilend Universitetində “Azərbaycan: ən cəlbedici faktlar və nailiyyətlər” adlı inşa müsabiqəsi keçirib. Müsabiqənin məqsədi Azərbaycanın zəngin təbiəti, ətraf mühiti, ekologiyası, həmçinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri ilə bağlı araşdırmalara amerikalı tələbələri sövq etmək olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya ABŞ-dakı səfirliyimizdən veriblər.
    14.05.10 Məqaləni oxumaq
     
    “EKO 2010” Ekologiya Koalisiyası ilin sonuna kimi müxtəlf səpkili layihələr həyata keçirəcək
    “EKO 2010” Ekologiya Koalisiyası ilin sonuna kimi müxtəlf səpkili layihələr həyata keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində “EKO 2010” Ekologiya Koalisiyasının koordinatoru Ramiz Alıyev verib. O, bildirib ki, layihənin yaradılmasının əsas səbəbi, ölkə prezidentinin Səracamı ilə 2010-ci il ölkəmizdə “Ekologiya ili” elan olunmasıdır. “Cənab Prezidentin dövlətimizin çiçəklənməsi üçün apardığı hərtərəfli uğurlu siyasətin tərkib hissəsi olan insan kapitalı, ekoloji problemlərin həlli üçün apardığı məntiqli siyasət gənclər və ictimaiyyət tərəfindən dəstəklənir. Məhz elə bu məqsədlə Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə dövlət, özəl və QHT-lərdən ibarət “EKO 2010” Ekologiya Koalisiyası yaradılıb”,-deyə R.Alıyev bildirib.
    14.05.10 Məqaləni oxumaq
     
    Mətbu bazarımızda “bolluqdur”
    Bəzi qəzetlər isə Naxçıvan adı altında “alver” edirlər

    Bakıda yaşayan jurnalist həmkarlarımdan birisi  məndən soruşdu:
    -Müəllim, bu gün ölkəmizdə Naxçıvan adında neçə qəzet çıxır?
    Düzü dolğun cavab verə bilmədim. Dedim ki, bu gün muxtar respublikada gündəlik “Şərq qapısı” qəzeti ilə yanaşı, 7 rayon(şəhər) qəzeti və “Naxçıvan” adlı elmi, ədəbi və publisistik jurnal nəşr olunur.
    Həmkarım yenə də sorğusundan qalmadı. Bu dəfə sualına bir balaca “siyasi” don da geydirdi:
    14.05.10 Məqaləni oxumaq
     
    Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 239 akt və protokol tərtib olunub
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 239 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 102 göstəriş verilib. Ümumilikdə 43 iş üzrə 46900 manat məbləğində cərimə tətbiq edilib, ondan 7562,54 manat ödənilib.
    14.05.10 Məqaləni oxumaq
     
    Milli Fəaliyyət Planının ötən ilki yekunlarına həsr olunan hesabatı keçirilib
    Bu gün Ombdsman Aparatında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) ötən ilki yekunlarına həsr olunan hesabat konfransı keçirildi. KƏLAMİNFO xəbər verir ki, yığıncaqda çıxış edən ombudsman Elmira Süleymanova MFP-nin  tətbiqini sürətlə inkişaf etməkdə olan Azərbaycan dövlətinin öz insanlarına qayğısının təzahürü, ölkəmizin beynləxalq imicinin artmasının ifadəsi, insan hüquqlarının qorunmasına olan diqqətinin nümunəsi kimi dəyərləndirib.  E.Süleymanova insan hüquqlarının təmini özündə əks etdirən 5 hissə və 48 bənddən ibarət MFP çərçivəsində görülən işlərlə bağlı məlumat verib.
    14.05.10 Məqaləni oxumaq
     
    Hesabat verməyə hazıram
    Son günlər azad mətbuata özünü bu ad altında sığortalayan bir qrup insan tərəfindən basqılar var. Onların böyük əksəriyyəti QHT təmsilçiləridir. Amma təbii ki, aralarında bizdən olub bizlə olmayanlar da var. Onlar İşçi Qrupu adı altında toplaşaraq milli donorların fəaliyyətini hədəf seçiblər. İstər KİV-ə Dövlət Dəstəyi Fondu, istərsə də QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətinə gölgə salacaq bəyanatları isə sadəcə gülüş doğurur. Çünki, hər iki qurum – biri ölkədə mətbuatın inkişafına, digəri isə vətəndaş cəmiyyətinin formalaşmasına xidmət göstərir. 
    14.05.10 Məqaləni oxumaq
     
    Azərbaycan Tələbələr Birliyi ATB-ə üzv olub
    Avropa Tələbələr Birliyinin (ATB) İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən 58-ci toplantısında Azərbaycan Tələbələr Birliyinin quruma üzvlük məsələsinə baxılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Tələbələr Birliyindən veriblər. Məlumata görə, 66 səs leyhinə və 4 səs əleyhinə olmaqla Azərbaycan Tələbələr Birliyinin ATB-ə müşahidəçi üzv olmaqla bağlı qərar qəbul edilib. Bununla da Azərbaycan ATB-ə üzvlükdə 39-cu ölkə olub. Qeyd edək ki, Azərbaycanın qurumda təmsilçiliyi ilə bağlı məsələlər Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən həyata keçirilib. ATB 1982-ci ildə yaradılıb və hazırda özündə 39 ölkədən 47 üzv tələbə birliyini birləşdirən beynəlxalq təşkilatdır. Mərkəzi ofisi Brüselldə yerləşən təşkilatın tərəfdaşları Avropa Şurası, Avropa Komissiyası, UNİCEF, ATƏT və başqa nüfuzlu qurumlardır. ATB ümumilikdə 11 milyondan artıq tələbənin təmsil olunduğu platformadır.
    14.05.10 Məqaləni oxumaq
     
    Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
    Belçikanın paytaxtı Brüsseldə səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie, Robert Bradtke və İqor Popovla görüşüb. KƏLAMİNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, erməni nazir həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə də görüş keçirib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında nizamlanmasına tərəflərin münasibət məsələləri müzakirə olunub. Görüşdə Türkiyədə səfərdə olan Rusiya prezidentinin münaqişə ilə bağlı verdiyi bəyanata da toxunulub.
    14.05.10 Məqaləni oxumaq
     
    DQİDK N.M.Şirazinin açıqlamasına münasibət bildirib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ayətullah Nasir Məkarim Şirazinin açıqlaması ilə bağlı məlumat yayıb. DQİDK-dən KƏLAMİNFO-ya verilən məlumata görə, açıqlamada N.M.Şirazinin Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı əsassız fikirlər söyləməsinin təəssüf doğurduğu bildirilir. “Din xadiminə yaraşdırılmayan və böhtan xarakterli olan bu cür fikirlər qəbul edilməzdir. Məscid adı altında aparılmış qanunsuz tikililərin sökülməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən qəbul edilib. Bu qərarlara siyasi don geyindirmək yolverilməzdir. Hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Eyni zamanda, heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana idxal etmək fikrinə düşməməlidir. Azərbaycan müsəlmanlarını, ümumiyyətlə, müsəlmanları məzhəblərə bölmək, onlar arasında ayrı-seçkilik aparmaq, başqa sözlə, müsəlmanları üz-üzə qoymaq isə heç kimə başucalığı gətirməz”,-deyə məlumatda vurğulanıb.
    13.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « May.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31