Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2010
    Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
    YUNESKO yanında Din Xadimləri Məşvərət Qrupunun ilk iclası keçirilib
    Bakıda, “Gülüstan” sarayında keçirilən dünya dini liderlərinin sammiti çərçivəsində YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk iclası keçirilib. KəlamİNFO xəbər verir ki, iclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill, bütün ermənilərin katolikosu II Qaregin, digər ölkələrin din xadimləri, eləcə də YUNESKO-nun regional nümayəndəsi Dendev Badarç iştirak edib.
    Tədbirdə YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun fəaliyyəti və nizamnaməsi ilə bağlı təkliflər irəli sürülüb. Bu təkliflər YUNESKO-nun nümayəndəsinə təqdim olunub. Təkliflərə tez bir vaxtda YUNESKO-da baxılacaq və onlara cavab veriləcək.
    07.05.10 Məqaləni oxumaq
     
    Tolerant ölkə
    Azərbaycan tolerant ölkə kimi bütün ölkələrə nümunə göstərilə bilər.
    KəlamİNFO xəbər verir ki, bu fikri Bakıda keçirilən dünya dini liderlərinin sammitinin iştirakçısı Astana və Almatı arxiyepiskopu, MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin üzvi Aleksandr jurnalistlərə açıqlamasında deyib.
    Qonaq bildirib ki, bu tədbir dinlərarası sammit kimi çox əhəmiyyətlidir. Burada müxtəlif dinləri, müxtəlif mədəniyyətləri təmsil edən insanlar birlikdə sülh, dostluq barədə danışırlar. Bu dünyada ağıllı insanların can atdığı ümumbəşəri dəyərlərdir.
    Azərbaycanda doğrudan da müxtəlif dinləri, müxtəlif mədəniyyətləri təmsil edən insanlar bir yerdə yaşayır, işləyirlər. Bütün bunlar isə Azərbaycan qanunları ilə tənzimlənir. Bu bir daha Azərbaycan rəhbərliyinin apardığı müdrik siyasətin göstəricisidir.
    07.05.10 Məqaləni oxumaq
     
    Tarixi hadisənin şahidi olduq
    Dünya dini liderlərinin toplantısı tarixi hadisədir. KəlamİNFO xəbər verir ki, bu fikri Bakıda keçirilən dünya dini liderlərinin sammitinin iştirakçısı Rusiya Prezidenti Yanında Dini Qurumlarla iş üzrə Şuranın üzvi Ravil Qaynutdin jurnalistlərə açıqlamasında bildirib.
    Dünyada sivilizasiya, mədəniyyət, ənənə və dinlər arasında dialoqun olmasının zəruriliyini vurğulayan qonaq deyib ki, Azərbaycanın bu ideyanı dünya səviyyəsinə qaldırması fərəhli haldır. Azərbaycan prezidenti İlham Əliyevə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə bu tədbirin yüksək səviyyədə keçirilməsinə və bizi dəvət etdiklərinə görə dərin minnətdarlığımızı bildiririk.
    07.05.10 Məqaləni oxumaq
     
    Azərbaycan digər ölkələrə nümunədir
    Belə tədbirlərin keçirilməsində Azərbaycan həmişə olduğu kimi indi də digər ölkələrə nümunədir. KəlamİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Bakıda keçirilən dünya dini liderlərinin sammitində iştirak edən Rusiyanın ali müftisi Talqat Tadjuddinov jurnalistlərə açıqlamasında bildirib.
    T.Tadjuddinov deyib: “Bu işdə Azərbaycan prezidenti İlham Əliyevin xüsusi əməyini qeyd etmək istərdim. Burada təşkilatçılıq çox yüksək səviyyədədir. Azərbaycan tolerant ölkə kimi çoxdan dünyada tanınır. Sizin ölkədə tolerantlıqla yanaşı, insanlara qarşı hörmət və sevgi də yüksək səviyyədədir”.
    07.05.10 Məqaləni oxumaq
     
    Azərbaycanın tolerant bir ölkədir
    Heç bir şübhəm yoxdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində sizin ölkədə bütün insanlar kimi yəhudilər də özlərini harmoniya və sülh içərisində hiss edirlər. KəlamİNFO xəbər verir ki, bu fikri Bakıda keçirilən dünya dini liderlərinin sammitinin iştirakçısı Rusiyanın baş ravvini Berl Lazar bildirib.
    “Bakıdakı yəhudi məktəbində də oldum. Mən bilirəm ki, Azərbaycanda olan yəhudi icmasına böyük diqqət və qayğı göstərilir. Azərbaycanın tolerant bir ölkə kimi dünyada tanınmasında dünya şöhrətli siyasətçi Heydər Əliyevin rolunu xüsusi qeyd etmək istərdim. Təqdirəlayiqdir ki, indi bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir”,-deyə Berl Lazar bildirib.
    07.05.10 Məqaləni oxumaq
     
    Azərbaycan sülhsevər bir ölkədir
    Biz Azərbaycanda yüksək inkişafın şahidi olduq. Ölkəniz çox sürətlə inkişaf edir.
    KəlamİNFO xəbər verir ki, bu fikirləri Bakıda keçirilən dünya dini liderlərinin sammitində iştirak edən Rusiya buddistləri ənənəvi sanqhisi sədrinin müavini Andrey Dondukbayev jurnalistlərə açıqlamasında deyib.
    A.Dondukbayev qeyd edib ki, bugünkü tədbir çox yüksək səviyyədə təşkil edilib. Burada yaradılan hərtərəfli şərait bizə daha səmərəli danışıqlar aparmağa imkan verir. Azərbaycan sülhsevər bir ölkədir.
    07.05.10 Məqaləni oxumaq
     
    Seyyid Həsən Amili hər il Qədr gecəsi ermənilərə lənət oxuyur
    Yaxın Şərqin nüfuzlu din xadimlərindən olan Ərdəbilin imam-cüməsi Seyyid Həsən Amili Ermənistanı kəskin ittiham edib. O, ermənilərdən Qarabağı dərhal tərk etmələrini tələb edib. KəlamİNFO xəbər verir ki, bu fikirləri S.H.Amili öz növbəti xütbəsində bəyan edib.
    O, qeyd edib ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində heç bir uğur əldə edə bilmir. Bununla yanaşı, alim xatırladıb ki, Ermənistan müraciətə heç bir reaksiya verməsə də, qonşu Azərbaycan İranın bu münaqişəsinin həlli istiqamətində vasitəçiliyini qəbul etməyə razılaşıb. “Müsəlmanlar yenidən Qarabağ məscidlərindən “Allahu əkbər” sədaları eşitməlidir. Dağlıq Qarabağ yenidən Azərbaycanın tərkibinə qaytarılmalı, Ermənistan isə Qarabağ ərazisindən rədd olmalıdır”, - deyə alim bildirib.
    07.05.10 Məqaləni oxumaq
     
    Ermənistana təzyiq olmalıdır
    “Dinlərarası qarşıdurmanı aradan qaldırmaq və qarşılıqlı anlaşmanı dərinləşdirmək üçün dünya dini liderləri daha güclü mövqe nümayiş etdirməlidirlər ki, bu da dinlərarası dialoqun yaxşılaşdırılmasına gətirib çıxarsın”. KəlamİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə İSESCO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tuveycri bildirib.
    “Ekstremis quruplar dini dözümlükdən istifadə edərək cinayətlər törədirlər. Ancaq bu o demək deyil ki, hər hansısa bir din buna razılıq verir, bu cür terror hallarını dəstəkləyir”,-deyə İSESCO-nun Baş direktoru vurğulayıb.
    07.05.10 Məqaləni oxumaq
     
    Ermənistan Türkiyə arasında sərhədlərin açılması mümkünsüzdür
    Dini liderlərin ümumdünya sammiti çərçivəsində Bakıda bir araya gəlməsi çox mühüm hadisədir. KəlamİNFO xəbər verir ki, bu barədə Avropa-Türk İslam Birliyinin sədri Serdar Çələbi bildirib.
    O, Bakıda keçirilən konfransın çox yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. S.Çələbi vurğulayıb ki, erməni dini liderinin burada iştirakı çox mühüm hadisədir. “Azərbaycan torpaqları uzun illərdən bəri erməni işğalı altındadır. Bu məsələnin siyasi həllinə, dini yolla da dəstək vermək mümkündür. Sammit çərçivəsində Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bütün ermənilərin katalikosu II Qareginlə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi buna misal ola bilər. Türkiyə bir dövlət olaraq hər zaman Azərbaycanın yanındadır. Ermənistan Türkiyə arasında imzalanmış protokolarda əsas şərtlərindən biri də Azərbaycan torpaqlarını işğaldan azad edilməsidir. Əgər bu cəhtlər baş tutmazsa Ermənistanla Türkiyə arasında sərhədlərin açılması mümkünsüzdür”,-deyə İslam Birliyinin sədri bildirib.
    07.05.10 Məqaləni oxumaq
     
    Toy və yas
    Hər ikisində adət-ənənələr unudulur

    “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində Bakı kəndlərində adət-ənənələrin yaşadılması ilə bağlı araşdırma aparmışıq.В 
    Uzun illər ərzində müstəqilliyini itirmiş xalqın milli-mənəvi dəyərləri deformasiyaya məruz qalmış, tarixin yalnız şifahi yaddaşına çevirilmişdir. Bu ənənələrin şifahi daşıyıcılarının böyük əksəriyyəti dünyadan köçmüş, bəziləri isə unutmuşlar. İndi biz keçmiş ənənələri ən yaxşı halda kitablarda, bu və ya digər tədqiqatçıların əsərlərindən oxuya bilirik.В В В 
    07.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « May.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31