|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 #
TQDK nəşr etdiyi vəsaitlərin elektron satışına başlayıb
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) nəşr etdiyi “Abituriyent” jurnallarını, metodiki vəsaitləri qurumun internet saytındakı “TQDK-nın nəşrlərinin satışı sistemi”ndən əldə etmək olar. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs Komissiyanın internet saytında yaradılmış http://tqdk.gov.az/ejurnal bölməsinə daxil olaraq əldə etmək istədiyi vəsaiti seçir və onun hesabından vəsaitin qiymətinə uyğun məbləğ ödənir.
|
25.05.10 Məqaləni oxumaq
|
|
|
Türkiyə parlamentinin deputatları Azərbaycanda səfərdədir
|
Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müavini Nevzat Paktilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. TBMM-in sədr müavini və onu müşayiət edən şəxslər bu gün Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Şəhid Türk əsgərlərinin xatirəsinə ucaldılmış memorialı ziyarət ediblər. KƏLAMİNFO xəbər verir ki, nümayəndə heyətinə TBMM-in baş katibi Sadettin Kalkan, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı, eləcə də TBMM-in ATƏT PA və QİƏT PA-dakı nümayəndə heyətlərinin başçıları Alaatdin Böyükqaya, Kəmaləddin Göktaş və digər rəsmi şəxslər daxildir.
Səfərin məqsədi Bakıda keçiriləcək “TBMM- 90 il, Parlament diplomatiyası - TürkPA” beynəlxalq konfransda və Türkdilli Ölkələrin Parlament Assambleyasının ofisinin rəsmi açılışında iştirak etməkdir. Qardaş ölkənin deputatlarının Azərbaycanda bir sıra görüşləri də nəzərdə tutulub.
|
25.05.10 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: “Separatçı rejimin məlum hərəkətləri beynəlxalq hüququn normalarına ziddir”
|
Əhalisinin yarıdan çoxu qaçqın və məcburi köçkün olan bir ərazidə seçki keçirmək mümkün deyil. Bu separatçı rejimin ömrünü uzutmaq və onun qeyri-qanuni fəaliyyətinə qanuni don geydirmək məqsədi daşıyır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Prezident Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib.
Azərbaycanın bu məsələdə mövqeyinin bəlli olduğunu vurğulayan Ə.Həsənov bildirib ki, sülh sazişi imzalanmadan bölgədə seçkilərin keçirilməsi qeyri qanunidir. Ə.Həsənov separatçı rejimin məlum hərəkətlərini beynəlxalq hüququn normalarına zidd adlandırıb.
|
25.05.10 Məqaləni oxumaq
|
|
|
|
Hillari Klintonun Şərqi Asiya ölkələrinə 6 günlük səfəri başlayıb
|
ABŞ-ın dövlət katibi Hillari Klintonun Şərqi Asiya ölkələrinə 6 günlük səfəri başlayıb. KƏLAMİNFO xəbər verir ki, H.Klinton ilk olaraq Yaponiyanın baş naziri Yukio Hatoyama və xarici işlər naziri Katsuya Okada ilə görüşəcək.
Bundan sonra xanım Klintonun Çinə səfəri planlaşdırılıb ki, o, şənbə günü Birləşmiş Ştatların Şanxayda nümayiş etdirdiyi sərgidə iştirak edəcək. H.Klinton Çində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Daha sonra H.Klinton Cənubi Koreyaya yollanacaq.
|
22.05.10 Məqaləni oxumaq
|
|
|
“Sənətşünaslıq və fəlsəfə: fənlərarası metodologiya” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
|
Mayın 25-26-da AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə “Sənətşünaslıq və fəlsəfə: fənlərarası metodologiya” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, konfransda Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan, Misir və digər ölkələrin alimləri mövzu ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Beynəlxalq konfransda “Etika və estetika ümumi əsaslar axtarışında”, “Türkoloji sənətşünaslıq və ənənəçilik fəlsəfəsi”, “Nastolgiya və proqnoz – Qazaxıstan rəngkarlığında milli identiklik təzahürlərinin iki istiqaməti kimi”, “Mədəniyyət sahəsində müqayisə metodu: sistemli informasiya yanaşması”, “Türkmənistan xalq arxitekturasında bədii ənənələr” və digər mövzularda məruzələr dinləniləcək.
|
22.05.10 Məqaləni oxumaq
|
|
|
Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti Danimarkada səfərdə olacaq
|
Mayın 24-dən 27-dək Milli Məclis sədrinin müavini, parlamentin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti Danimarkada səfərdə olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər.
Deputatlarımız Kopenhagen şəhərində təşkilatın mənzil qərargahında olacaq, Katibliyin iş prinsipləri ilə maraqlanacaq, bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə Azərbaycan parlamenti ilə ATƏT PA arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılacaq.
|
22.05.10 Məqaləni oxumaq
|
|
|
“Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan olunub
|
Bakı İslam Universitetinə 2010/2011-ci tədris ili üçün “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra cari il mayın 31-dək Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənədin əslini, sağlamlıq haqqında arayış, 4 ədəd 3x4 ölçüdə fotoşəkil və təsdiq olunmuş elektron ərizənin surəti tələb olunur.
|
22.05.10 Məqaləni oxumaq
|
|
|
III Ümumrespublika Kitab bayramı Qusarda davam etdirilib
|
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Qusar rayonunda III Ümumrespublika Kitab bayramı keçirilib. KƏLAMİNFO nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, kitab bayramı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təşkil olunub.
Bayram münasibətilə rayon istirahət parkında müxtəlif mövzularda kitab sərgiləri və fotosərgilər təşkil olunub. Tədbir zamanı cari ilin Azərbaycan Prezidenti tərəfindən “Ekologiya ili” elan edilməsi ilə əlaqədar müxtəlif viktorinalar keçirilib. Tədbirdə həmçinin rayon İcra Hakimiyyət Başçısının müavini Elman Mustafayev, Qusar rayon mədəniyyət və turizm şöbəsinin müdiri David İbramxəlilov çıxış ediblər.
Bayram tədbirinə rayon ziyalıları, ictimaiyyətin nümayəndələri, mədəniyyət müəssisələrinin əməkdaşları, məktəblilər, habelə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları da qatılıblar.
|
22.05.10 Məqaləni oxumaq
|
|
|
Mənəviyyatsız verilişlər bizləri hara sürükləyir…
|
Hər bir ölkədə müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı nə qədər müsbət keyfiyyətlər əxz etsə də, onun mənfi təsirlərindən də yan keçmək olmur. İnsanlar öz mənəvi dəyərlərini və mental əxlaqi prinsiplərini müasirliklə əvəzləyərək zamanın acımasız qasırğasına qurban veririrlər.
Tarixə ekskurs etsək heç zaman adət ənənələrimizin və milli mənəvi dəyərlərimizin son illərdəki kimi sürətlə müasirləşməyə meyilləndiyini müşahidə edə bilmərik. Bəlkə də bu daha çox keçmişdə informasiya-kommunikasiya texnologiyalarının olmaması ilə əlaqədar idi. Əlbətdə, indi gözəl zamanda yaşayırıq. Zamanın günahı nədir ki? İnsan yalnız aciz olanda uğursuzluğunu zamanın, mühitin və nə bilim daha nələrin üzərinə atır. Amma... Hə, deyirəm, kaş bu əmma olmasaydı…
|
22.05.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|