Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2010
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    NATO Baş katibi Anders Foq Rasmussen Azərbaycanın qrumdakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyevlə görüşüb
    NATO-nun Baş katibi Anders Foq Rasmussen Azərbaycanın qrumun yanındakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyevlə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Görüşdə Azərbaycan-NATO tərəfdaşlığı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoq və praktiki əməkdaşlığa dair məsələləri müzakirə edib, tərəfdaşlığın inkişaf etdirilməsində Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı mexanizminin rolunu yüksək qiymətləndiriblər. Baş katib F.Rasmussen Azərbaycanın NATO-nun ISAF əməliyyatında iştirakı və Əfqanıstanda sabitlik və inkişafa töhfələrini alqışlayıb. Görüş zamanı həmçinin, NATO-nun tərəfdaşlıqlarının inkişafı, Avro-Atlantik və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
    07.05.10 Məqaləni oxumaq
     
    Milli Məclisdə “Ailə həkimi haqqında” AR Qanun layihəsi hazırlanır
    Milli Məclisdə “Ailə həkimi haqqında” AR Qanun layihəsi hazırlanır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev verib. M.Quliyev bildirib ki, məqsəd əhalini daha keyfiyyətli tibbi xidmətlə təmin etməkdir. Komitə sədrinin müavini sənədin ucqar bölgələrdə yaşayan insanlarla əlaqədar olduğunu söyləyib. Onun sözlərinə görə, bu qanunun qəbul olunması həmin bölgələrdə yaşayan insanlara tibbi xidmətin keyfiyyətini yüksəldəcək.
    07.05.10 Məqaləni oxumaq
     
    Tələbələr arasında “Breyn-rinq” intellektual oyunu keçirilir
    Bu gün “Hyatt-Regency” otelində faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Breyn-rinq” intellektual oyunu keçirilir. KƏLAMİNFO xəbər verir ki, tədbirdə 10-a yaxın Böyük Vətən Müharibəsi iştirakçısı, gənclər və idman nazirinin müavini İntiqam Babayev və gənclər iştirak edir. İntellektual oyunda iştirak üçün 8 ali məktəbin eyni sayda komandası seçilib. İntellektual oyunun sualları Böyük Vətən müharibəsində ölkəmizin və azərbaycanlıların xidmətindən bəhs edir. Suallar “Atəşgah İntellektual Oyunu” İctimai Birliyi tərəfindən hazırlanıb. Qeyd edək ki, tədbirin açılışında bildirilib ki, oyunda iştirak edəcək ali məktəb komandasının biri qeyri-müəyyən səbəbdən oyuna qatılmayıb. Oyun davam edir. Nəticədə 3 komanda seçiləcək. Qaliblərə diplom və hədiyyələr təqdim olunacaq.
    07.05.10 Məqaləni oxumaq
     
    Mayın 16-da keçiriləcək sınaq imtahanı respublikanın 27 şəhərində baş tutacaq
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən cari il mayın 16-da keçiriləcək sınaq imtahanı respublikanın 27 şəhərində baş tutacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə TQDK-nın Təşkilat şöbəsinin müdüri Arzu Bağırov məlumat verib. A.Bağırov bildirib ki, bu imtahanda 31 mindən artıq abituriyentin iştirakı nəzərdə tutulub. Onun sözlərinə görə, qeyd olunan növbəti sınaq imyahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Oğuz, Bərdə, Tərtər, Ucar, Ağdaş, Ağsu, Beyləqan, Lerik, Neftçala, Quba və Xaçmaz şəhələrində, həmçinin Naxçıvan MR-nın 6 rayonunda keçiriləcək. A.Bağırov onu da əlavə edib ki, imtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramına uyğundur.
    07.05.10 Məqaləni oxumaq
     
    Bu günədək ali və orta ixtisas məktəblərinə qəbulla bağlı 43 809 abituriyent ərizə doldurub
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) cari il ali və orta ixtisas məktəblərinə qəbul kampaniyasının gedişi ilə bağlı mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda TQDK-ın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov cari tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrinə sənəd qəbulunun mayın 31-dək davam edəcəyini bildirib. O, xatırladıb ki, abituriyentlər internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. “Bu günə olan statistik məlumata əsasən hazırda 43 809 abituriyent elektron ərizə doldurub. Bunlardan 35 247 nəfər Azərbaycan, 8562 nəfər isə Rus bölməsidir. Ərizələrini dolduran abituriyentlərdən 23 985 nəfər isə ərizəsini təsdiq etdirib.
    07.05.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi ümummilli liderə həsr olunan inşa yazı müsabiqəsi qaliblərini mükafatlandırdı
    Bu gün “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasnın 87-ci ildönümü münasibətilə orta məktəblilər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, mərasim Yeni Azərbaycan Partiyası (YAP), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
    07.05.10 Məqaləni oxumaq
     
    Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv olunacaq
    “Yaxın vaxtlarda Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv olunacaq”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Türkiyənin “Cihan” agentliyinə müsahibəsində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məlumat verib. Ə.Həsənov bildirib ki, viza rejiminin ləğvi məsələsini rəsmi Bakı müsbət qarşılayır və bütün bu məsələlər tezliklə həll olunacaq. "Hər iki ölkənin XİN-i bu istiqamətdə iş aparır və inanıram ki, yaxın vaxtlarda məsələ həll olunacaq",-Ə.Həsənov vurğulayıb. Ə.Həsənov Türkiyə ilə Rusiya arasında vizaların qaldarılması məsələsinə də münasibət bildirib. “Əgər Rusiya bunu istəyirsə, biz bunu daha çox istəyirik”,-deyə PA rəsmisi əlavə edib.
    07.05.10 Məqaləni oxumaq
     
    Nigeriya prezidenti ölüb
    Nigeriya prezidenti Umaru Yar`Adua ürək çatışmazlığından vəfat edib. KƏLAMİNFO xəbər verir ki, ürək xəstəliyindən əziyyət çəkən Nigeriya prezidenti bir neçə ay idi ki, siyasi fəaliyyətlə məşğul olmurdu. Qeyd edək ki, Umaru Yar`Adua 2007-ci ilin may ayında prezident seçilmişdi.
    07.05.10 Məqaləni oxumaq
     
    Avropa Şurası parlament seçkiləri ilə bağlı yardım planı hazırlayıb
    Avropa Şurası tərəfindən Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müxtəlif sahələri əhatə edən yardım planı hazırlanıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Avropa Şurası Baş katibinin Azərbaycandakı nümayəndəsi Veronika Kotek söyləyib. Təmsil olunduğu qurumun qanunvericiliyin təkmilləşdirilməsi, media, vətəndaş cəmiyətini təmsil edən qurumlarla münasibətlər, seçkilərdə seçicilərin iştirakı məsələsinə diqqət yetirdiklərini vurğulayan V.Kotek əlavə edib ki, bir sıra tədbirlər də nəzərdə tutulub və bunlar konkretləşəndə elan oluncaq.
    07.05.10 Məqaləni oxumaq
     
    Milli Məclisin növbəti iclası mayın 11-də keçiriləcək
    Milli Məclisin mayın 7-də keçirilməsi nəzərdə tutulan iclası təxirə düşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentin mətbuat xidmətindən veriblər. Milli Məclisdən bildiriblər ki, parlamentin növbəti iclası mayın 11-də keçiriləcək. Qeyd edək ki, iclasda “Fərdi məlumatlar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bundan əlavə, iclasın gündəliyinə “Pambıqçılıq haqqında” qanun layihəsi (ikinci oxunuş), “Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi və “Bakı şəhərinin Əzizbəyov rayonu Xəzər rayonu adlandırılması haqqında” qanun layihəsinin müzakirəsi daxildir. İclasının gündəliyinə həmçinin, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, eləcə də, bəzi beynəlxalq konvensiyalara qoşulmaq barədə məsələlər daxildir.
    07.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    May.2010
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31