Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2010
    Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
    Özümüz
    Axı biz meymun deyilik…

    Hər bir insan özünü ağıllı hesab edir. Bu təbii prossesdir. Heç kim özünə dəli demir və yaxud da kimsənin onun haqqında bu cür mənfi ifadələr işlətməsilə qətiyyən razılaşmır. Amma təvazökar insanlar və daha çox ağıllı olanlar bu barədə danışmaqdan ümumiyyətlə  çəkinirlər. Çünki, onları ağılları idarə edir, bəzilərini isə hissləri…
    07.05.10 Məqaləni oxumaq
     
    Nuhun gəmisi Türkiyədə tapıldı
    Alimlər ehtimalın 99.9 faiz doğru olduğuna əmindirlər


    Çin alimləri Nuh peyğəmbərin gəmisinin qalıqlarını tapdıqlarını elan ediblər. Arxeoloqlar gəminin qalıqlarını Türkiyə ərazisindəki Ağrı dağda 4 min metr hündürlükdə aşkar ediblər.
    Analiz göstərib ki, gəminin hazırlandığı material təxminən 4 min 800 il əvvəl hazırlanıb. Amma tədqiqatçılar gəminin həqiqətən də əfsanəvi Nuhun gəmisi olduğuna tam əmin deyillər:“Biz 100 faiz əmin deyilik. Biz 99,9 faiz əminik”.
    07.05.10 Məqaləni oxumaq
     
    Azərbaycan-Türkiyə əlaqələri konteksində Naxçıvan
    Naxçıvan Ali Məclisi sədrinin ötən ayın axırlarında Türkiyənin dövlət, hökumət  başçıları, Türk Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi və digər şəxslərlə səmimi görüşlərini, xoş münasibətlərini müxtəlif telekanallarda izləyəndə, düzü bir vətən övladı kimi qəlbim iftixar hissi ilə doldu. Təkcə o mənada yox ki, Türkiyə-Azərbaycan münasibətləri dərin tarixi köklərdən qaynaqlanır, müasir mərhələdə də daha geniş xarakterli miqyas alıb. Avropanın böyük və qüdrətli dövlətlərindən, səlahiyyətli söz sahiblərindən biri sayılan Tükiyədə məmləkətimizin ayrılmaz bir parçası olan, iyirmi ilə yaxın bir müddətdə məkrli erməni qonşularımızın taqsırları ucbatından iqtisadi blokada şəraitində yaşayan bölgəyə bu qədər sevgi və məhəbbətin olması da qururvericidir. 
    07.05.10 Məqaləni oxumaq
     
    Xeyirxah insan - böyük alim
    Elə insanlar var ki, onların keçdiyi çətin və məşəqqətli ömür yolu sonradan minlərə, milyonlara örnək olmaqla yanaşı, bir həyat dərsinə, əsl nümunəyə çevrilir. Bu, bir daha göstərir ki, böyük şəxsiyyətlərin qazandığı və xalqına bəxş etdiyi əbədi sənət nümunələri bir növ onların ömür yolu və tale qisməti ilə üst-üstə düşür. Çətin, məşəqqətli, eyni zamanda olduqca şərəfli yolun yolçuları sırasında Azərbaycan elminə, incəsənətinə olduqca böyük dəyərlər verən simaların sayı heç də az deyil.
    07.05.10 Məqaləni oxumaq
     
    Cənnət xanımlarının seyyidəsi
    Əxlaqı, yüksək təqvası, daxili və xarici gözəlliyi ilə müsəlmanlara örnək olan qadınlardan biri şübhəsiz ki, peyğəmbərimiz Həzrət Məhəmmədin (s.ə.s.) qızı Fatimeyi-Zəhradır (r.a.). Bunu təsdiqləyən Quran ayələri və hədislər mövcuddur. Məsələn: Həzrət Fatimə (r.a.) ilə onun həyat yoldaşı Həzrət Əli (ə.s.), övladları Həsən (ə.s.) və Hüseyn (ə.s.) xəstələndiyi zaman, onların sağalacaqları təqdirdə oruc tutacaqlarını nəzir etmişdilər. Uşaqlar sağalanda Həzrət Fatimə (r.a.) ilə Həzrət Əli (ə.s.) qapılarına gələn yetim, miskin və əsirə bütün yeməklərini verərək üç gün ərzində tutduqları orucu iftarda yalnız su ilə açmışdılar. Onların bu təqdirəlayiq əməllərilə əlaqədar olaraq “əl-İnsan” surəsinin 7-9 ayələri nazil edilmişdir. Qurani-Kərimdə bəyan edilir:
    07.05.10 Məqaləni oxumaq
     
    Azərbaycan arxeologiyası
    Əsədulla Cəfərovun elmi redaktorluğu ilə Azərbaycanının ən qədim tarixinə aid dəyərli əsər ərsəyə gəlib
    Tarix elmləri doktoru Əsədulla Cəfərovu tələbəlik illərimdən tanıyıram. Onun hələ 10-15 il bundan əvvəl qələmə aldığı “Quruçay dərəsi” kitabını çox həvəslə oxuyur, imtahanlara hazırlaşırdıq.
    AMEA-da Arxeologiya və Etnoqrafiya İnstitutunun aspiranturasında təhsil aldığım illərdə bu böyük alimlə tanış olmaq, söhbətləşmək fürsətini əldə etdim. Daha doğrusu bu fürsəti Ə.Cəfərovun özü bütün gənc elmi işçilər kimi mənə də yaratdı. Etiraf edim ki, Əsədulla müəllimlə görüşüm çox gərgin keçdi. Görüşdən əvvəl düşünürdüm ki, bu gözəl alimlə dünyanın düzənindən danışacağıq. Amma heç də belə olmadı.
    07.05.10 Məqaləni oxumaq
     
    Dini liderlərin Baki sammiti
    Sammitə dünyanın 33 ölkəsindən 200-dən çox yüksək səviyyəli nümayəndə, 14 nüfuzlu beynəlxalq təşkila, eləcə də Rusiyanın 11 subyektinin dini rəhbərləri və nümayəndələri qatılmışdır.

    Aprelin 26-da “Gülüstan” sarayında dünya dini liderlərinin ikigünlük Bakı sammiti işə başladı. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sammitin açılış mərasimində iştirak etdilər.
    07.05.10 Məqaləni oxumaq
     
    Sərhəd: Ümidin qırıldığı yer
    Türkiyənin tanınmış jurnalistlərindən biri, Kanal D TV-nin Xəbər Departamentinin rəhbəri Mehmet Ali Birandın aprelin ikinci ongunluyündə işıq üzü görən “Türkiye çırpınıyor Azeriler ise hiç oralı değiller” başlıqlı yazısını oxudum. Əslində, Birandın Azərbaycanı qınayaraq və ittiham edərək yazdıqlarını mən bir gün əvvəl “Özümüzü bu qədər kiçiltməyək” başlıqlı yazımda (www.modern.az) tamam fərqli müstəvidə vurğulamışdım. Bu yazını da elə məhz həmin yazının üzərində qurmuşam: təbii ki, bəzi dəyişikliklərlə…
    07.05.10 Məqaləni oxumaq
     
    Mənəvi paklıq nümunəsi
    Nə yaxşı ki, bu dünyaya vida deyib sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq adəti hələ qalıb. Bu adət xatırlanan şəxsin timsalında bizə bir millət, bir xalq kimi nələrə qadir olmağımızın, kimlərlə təmsil edilməyimizin qürurunu yaşatmaqla bərabər, həm də çağdaş dövrdə və bundan sonra da özümüzə bir qədər kənardan baxmaq, özümüzü dəyərləndirmək imkanı yaradır...
    07.05.10 Məqaləni oxumaq
     
    Şuşa məscidi bərpa olunacaqmı?
    Şuşadakı Azərbaycan məscidi bərpa olunanda mütləq Azərbaycan mütəxəssislərinin rəyi nəzərə alınmalı, bununla bağlı Azərbaycana müraciət olunmalıdır. Bu barədə açıqlamanı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Dünya Dini Liderlərinin ümumdünya sammitində iştirak etmək üçün Bakıya gələn bütün ermənilərin katalikosu II Qareginin Şuşa məscidinin bərpası ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
    O bildirib ki, sırf Azərbaycana məxsus Şuşa məscidinin saxtalaşdırılmasının qarşısını almaq üçün azərbaycanlı mütəxəssislərin rəyi nəzərə alınmalıdır.
    07.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « May.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31