Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2010
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    TQDK rəsmi internet saytı “İlin ən yaxşı dövlət saytı” nominasiyasında birinci yerə layiq görülüb
    İnformasiya texnologiyaları sahəsində Azərbaycanın Milli İnternet Mükafatı olan NETTY tərəfindən müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi internet saytı “İlin ən yaxşı dövlət saytı” nominasiyasında birinci yerə layiq görülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Ümumilikdə müsabiqənin qalibləri 180 nəfərlik Münsiflər Heyətinin səsverməsi əsasında müəyyənləşib. NETTY 2010-un qalibləri Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günündə təntənəli mərasimlə rəsmi elan edilib.
    19.05.10 Məqaləni oxumaq
     
    Bu gün Laçının ermənilər tərəfindən işğalından 18 il ötür
    Bu gün Azərbaycanın Laçıb rayonunun erməni işğalçıları tərəfindən işğalından 18 il ötür. KƏLAMİNFO xəbər verir ki, 1992-ci il mayın 18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. Laçının işğalı nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var. Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb. 1992-ci ilin mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intesiv olaraq ağır artileriya silahlarından rayon mərkəzini atəşə tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib.
    19.05.10 Məqaləni oxumaq
     
    Bu gün Beynəlxalq Muzeylər günüdür
    Bu gün bütün dünya üzrə Beynəlxalq Muzeylər Günüdür. Fransa Respublikasının Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbüsü ilə Avropada bu gün ilə əlaqədar bu ilki aksiya “Cəmiyyətdə sosial ahəngin yaradılmasında muzeyin rolu” devizi altında keçirilir və muzeylərin həyatımızda tutduğu sosial mövqeyi əks etdirir. KƏLAMİNFO xəbər verir ki, Bakıda da Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan üzrə Komitəsi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Dövət Teatr Muzeyi, Muzey Mərkəzi, Qobustan Milli Tarix Bədii Qoruğu, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi və digər muzeylər bu günlə əlaqədar olaraq “Üzeyir dünyası muzeylərdə” adlı silsilə tədbirlər keçirir. Bu ilki mövzunun məhz Üzeyir Hacıbəyliyə həsr olunması təsadüfi olmayıb. Bu il Üzeyir Hacıbəylinin 125 illik yubileyi respublikamızda yüksək səviyyədə qeyd edilir.
    19.05.10 Məqaləni oxumaq
     
    B.Cankorel: “ATƏT parlament seçkiləri ilə bağlı Azərbaycanın yönəltdiyi səyləri dəstəkləyir”
    ATƏT noyabr ayında keçiriləcək parlament seçkiləri ilə bağlı seçki mühitinin yaxşılaşdırılmasına doğru Azərbaycanın yönəltdiyi səyləri dəstəkləyir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel söyləyib. Təmsil olunduğu qurum tərəfindən namizədlərin qeydiyyatı prosesinin düzgün aparılması, bütün siyasi partiyaların seçkilərdə iştirakının təmin edilməsi üçün zəruri şəraitin yaradılacağını vəd edən Ə.B.Cankorel seçki komissiyalarının ictimaiyyətin və seçkilərdə iştirak edəcək siyasi qüvvələrin inamını qazanacaq şəkildə təşkil olunmasına dair ATƏT/DTİHİ-nin verdiyi tövsiyyələri xatırladıb. O, təmsil olunduğu qurum tərəfindən iyun ayında növbəti tədbirin keçiriləcəyini açıqlayıb və bildirib ki, növbəti-üçüncü müzakirələrdə əsas diqqət kütləvi informasi vasitələrinin seçkilərdə roluna həsr oluncaq.
    19.05.10 Məqaləni oxumaq
     
    “Azərbaycan Dəmir Yolları” QSC üzrə 2010-cu ilin yaz əkin mövsümündə 22 min ədəd ağac və kol bitkiləri əkilib
    Sumqayıt-Baş Güzdək mənzilində ting yetişdirmə məntəqəsinin yaradılması məqsədilə müəyyən edilən sahədə dəmir yolu müəssisələri və idarə aparatı işçilərinin iştirakı ilə keçirilən ağac əkmə kampaniyasında 4500 ağac əkilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nəqliyyat Nazirliyindən veriblər. Artıq 12,6 ha qoruyucu meşə zolağı bərpa edilib və işlər hazırda da davam etdirilməkdədir. Bu ərazinin qorunub saxlanması və suvarılması üçün 2 ədəd su maşını, 2 ədəd arx qazan traktorun alınması üçün hazırda lazımi tədbirlər həyata keçirilir. Ümumilikdə “Azərbaycan Dəmir Yolları” QSC üzrə 2010-cu ilin yaz əkin mövsümündə 22 min ədəd müxtəlif növdə ağac və kol bitkiləri əkilib.
    18.05.10 Məqaləni oxumaq
     
    Azərbaycan və Ermənistan XİN başçıları bir araya gələcəklər
    Mayın 24-də Polşanın Sopot şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin xarici işlər nazirləri arasında qeyri-formal görüş keçiriləcək. KƏLAMİNFO “Armenia Today”a istinadən xəbər verir ki, nazirlər “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində birgə fəaliyyətin perspektivlərinə dair müzakirə aparacaqlar. Qeyd edək ki, bu proqram 2009-cu ilin mayında Polşa və İsveçin təşəbbüsü ilə yaradılıb. Burada Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna iştirak edir. Proqram bu ölkələrin Avropa İttifaqı ilə siyasi yaxınlaşması və iqtisadi inteqrasiyasını nəzərdə tutur. Xatırladaq ki, görüş zamanı Azərbaycan və Ermənistan XİN başçılarının bir araya gəlməsi gözlənilir.
    18.05.10 Məqaləni oxumaq
     
    Rusiya səfirliyində güclü partlayış olub
    Gecə saatlarında Rusiyanın Əfqanıstanın paytaxtı Kabil şəhərindəki səfirliyində güclü partlayış baş verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım maşınları və polis cəmləşib. Partlayışın gücü həddindən artıq böyük olub. Ətraflı məlumat hələki yoxdur.
    18.05.10 Məqaləni oxumaq
     
    R.T.Ərdoğan Gürcüstandan İspaniyaya yola düşüb
    Bakıdan Gürcüstana səfər edən Türkiyənin baş naziri R.T.Ərdoğan Batumidə Şeroton otelin açılışında iştirak edib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılışda Gürcüstan prezidenti Mixail Saakaşvili də iştirak edib. Mərasimdə R.T.Ərdoğana prezident M.Saakaşvili tərəfindən Gürcüstan dövlətinin medalı təqdim olunub. R.T.Ərdoğan isə bu medalı Türk milləti adına qəbul etdiyini bildirərək Saakaşviliyə təşəkkürünü bildirib. Sonra Rəcəb Tayyib Ərdoğan Bakı vaxtı ilə saat 22.35-də Batumi hava limanından İspaniyaya yola düşüb.
    18.05.10 Məqaləni oxumaq
     
    Bakıda ATƏT-in Seçki Müşahidə Missiyasının tövsiyyələrinin yerinə yetirilməsinə həsr olunan Dəyirmi keçirildi
    Bu gün ATƏT-in Bakı ofisi Azərbaycanda 2008-ci il prezident seçkilərini izləyən, qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsi (DTİHİ) Seçki Müşahidə Missiyasının tövsiyyələrinin yerinə yetirilməsinə həsr olunan Dəyirmi masa təşkil edib. KƏLAMİNFO xəbər verir ki, 17 siyasi partiya təmsilçisi və bir sıra QHT nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel bildirib ki, bu günkü müzakirələr zamanı seçki komissiyalarının tərkibi, namizədlərin ədalətli qeydiyyatı və seçki şikayətlərinin daha effektiv araşdırılması da daxil olmaqla, seçki administrasiyası məsələlərinə diqqət yetiriləcək.
    18.05.10 Məqaləni oxumaq
     
    Bakıda “İncəsənət tariximizin pillələri” adlı tematik sərgi keçiriləcək
    Cari il may ayının 19-dan 24-dək Muzey Mərkəzində “İncəsənət tariximizin pillələri” adlı tematik sərgi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Sərgidə bir sıra tanınmış fırça və tişə ustalarının rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdiriləcək. Müəlliflər Bəhruz Kəngərli, Əzim Əzimzadə, Əlibəy Hüseynzadə, Rüstəm Mustafayev, Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Salam Salamzadə, Reyhan Topçubaşova, Lətif Feyzullayev, Sadıq Şərifzadə, Boyükağa Mirzəzadə, Fuad Əbdürrəhmanov, Yelizaveta Tripolskaya, Rəhim Quliyev və digərlərindən ibarət olacaq.
    18.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « May.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31