|
Səhifələr : # « 17 18 19 20 21 22 23 24 25 » #
“Qadınların ön və arxa cəbhədə rolu” mövzusunda elmi-praktik konfrans keçirilib
|
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Respublika Veteranlar Şurasının birgə təşkilatçılığı ilə “Qadınların ön və arxa cəbhədə rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın faşizm üzərində qələbəninin 65 illik yubileyinə həsr olunduğunu bildirib.
Komitə sədrinin sözlərinə görə, qələbənin əldə edilməsinin əsas səbəbkarlarından biri də məhz qadınlar olub. “Müharibə dövründə kənd təsərrüfat sahəsində çalışan insanların 70%-dən çoxunu qadınlar təşkil edib. Respublikamızı təmsil edən 170 mindən çox qadın müharibədə ön və arxa cəbhədə fədəkarcasına döyüşüblər”,-deyə H.Hüseynova vurğulayıb.
|
05.05.10 Məqaləni oxumaq
|
|
|
Sahil bağında gül bayramı təşkil olunub
|
Bu gün Səbail rayonundakı Sahil bağında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan gül bayramı təşkil olunub. KƏLAMİNFO xəbər verir ki, Səbail rayonu və ARDNŞ-in nəzdində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, bələdiyyələrin kollektivləri, təhsil, səhiyyə və mədəniyyət işçilərinin gül-çiçəkdən hazırladıqları rəngarəng tablolar öz görünüşü və ifadəliyi ilə diqqəti cəlb edib, gözəlliyin, insan təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır.
Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın tər çiçəklərdən “toxunmuşвЂќ portret xalçası da, Qız qalası, Mömünə Xatın türbəsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin güllərdən hazırlanmış maketləri də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
|
05.05.10 Məqaləni oxumaq
|
|
|
ADPU-da Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
|
Mayın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli ədəbiyyatşünas alim, ictimai xadim, professor Cəfər Xəndan Hacıyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
Tədbirdən öncə ADPU-da yaradılmış Cəfər Xəndan adına auditoriyanın açılışı keçiriləcək, Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasında yaradılmış “Cəfər Xəndan guşəsi”nə baxış olacaq.
Konfransda “Cəfər Xəndanın həyat və yaradıcılıq yolu”, “Cəfər Xəndanın poeziyası” və “Cəfər Xəndanın ədəbi-tənqidi görüşləri” adlı məruzələr dinləniləcək.
|
05.05.10 Məqaləni oxumaq
|
|
|
Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyanada bir araya gələcəklər
|
Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri qrumun Vyanada yerləşən mənzil-qərargahında bir araya gələcəklər. KƏLAMİNFO xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev də iştirak edəcək.
Həmsədrlər danışıqlar prossesi barədə ATƏT sədrinə məlumat verəcəklər.
Vyana görüşündə Yuri Merzlyakov həmsədr səlahiyyətlərini İqor Popova təhvil verəcək.
|
05.05.10 Məqaləni oxumaq
|
|
|
NATO-nun yeni strateji konsepsiyası hazırlanır
|
Cari ilin noyabr ayında Lissabonda NATO-nun sammitinin keçirilməsi nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Norveçin Azərbaycandakı səfiri Con Romberq söyləyib.
Hazırda Alyansın yeni strateji konsepsiyasının hazırlandığını açıqlayan C.Romberq bildirib ki, mayın 17-də sözügedən konsepsiya layihəsi ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın rəhbərlik etdiyi Ziyalılar Qrupuna təqdim ediləcək. Onun sözlərinə görə, həmin layihə qrupun üzvləri arasında müzakirə olunacaq. O, ümid etdiyini bildirib ki, yeni konsepsiya NATO-nun Baş katibi tərəfindən qəbul ediləcək.
|
05.05.10 Məqaləni oxumaq
|
|
|
Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri bu gün axşam elan ediləcək
|
Bu gün axşam ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsinin nəticələri elan ediləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
TQDK mayın 2-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində imtahanın ilk mərhələsini 23 binada təşkil edib. Hazırda TQDK tərəfindən mayın 3-dən etibarən cavab kartlarının emalı və imtahan protokollarının araşdırılması aparılır. Nəticələrin TQDK-nın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 15 362 bakalavr ərizə verib. Onlardan 447 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş bakalavrlardan 13 nəfəri sual kitabçasını, cavab kartını dəyişdirərkən, 1 nəfər isə imtahan zalına mobil telefon keçirməyə cəhd göstərərkən tutulub və imtahandan xaric olunublar.
|
05.05.10 Məqaləni oxumaq
|
|
|
Ombudsman Şağan qəsəbəsində yerləşən 3 saylı İnternat Evində olub
|
Ombudsman Elmira Süleymanova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı şəhəri Əhalinin Sosial Müdafiəsi İdarəsinin Şağan qəsəbəsində yerləşən 3 saylı İnternat Evinə növbəti baxış keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər.
O, İnternat Evindəki əqli qüsurlu uşaqların saxlanma şəraiti, qida təminatı, yataq yerləri, məşğələ otağı və digər obyektləri yoxlayıb, internat evinin direktoru, tərbiyəçilər, habelə buradakı uşaqlarla söhbət aparılıb, onların problemləri öyrənilib. İnternat Evinə əvvəlki baxışlar zamanı aşkar edilən bəzi nöqsanların artıq aradan qaldırıldığı müəyyənləşdirilib. Artıq hər bir uşaq ayrıca çarpayı və yataq ləvazimatı ilə təmin olunub. Ombudsman buradakı əlil uşaqlar üçün gətirdiyi hədiyyələri təqdim edib.
Ombudsmana ƏƏSMN-in 3 saylı və Saray qəsəbəsindəki 7 saylı internat evlərinin binalarında Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir-bərpa işlərinin aparılması barədə məlumat verilib.
|
05.05.10 Məqaləni oxumaq
|
|
|
Ermənistan parlamentinin spikeri V.Abramyan cəfəng bəyanatla çıxış edib
|
İrəvanda Frankofoniya Parlament Assambleyasının 23-cü Avropa regional sessiyası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, sessiyanı açan Ermənistan parlamentinin spikeri Ovik Abramyan bildirib ki, Ermənistan bütün qonşuları ilə münasibətlər qurmağa hazırdır və bu yolda Türkiyə ilə heç bir şərt qoymadan dialoqu qaydasına salmağa çalışırdı.
“Lakin Ankara Yerevanın bu cür mövqeyini qiymətləndirmədi və dialoqu hər vasitə ilə zərbə altına qoyurdu. Nəticədə Ermənistan erməni-türk protokollarının ratifikasiyası prossesini dayandırdı”,-deyən O.Abramyan qeyd edib ki, Türkiyə ilə münasibətləri qaydaya salmaq niyyəti Ermənistanın milli maraqlarını ikinci plana sala bilməz.
Dağlıq Qarabağ münaqişəsinə toxunan erməni spiker qeyd edib edib ki, Azərbaycan hərbi bəyantları ilə nəinki regiondakı vəziyyəti qeyri-stabilləşdirir, hətta beynəlxalq ictimaiyyəti yalanları ilə çaşdırır. “Azərbaycan bu cür bəyanatları onun hərbi potensialının hərbi əməliyyatların olduğu təqdirdə qələbə nəticəsini verə bilməyəcəyini tam dəqiq anladığı üçün edir. Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq",-deyə erməni parlamentinin spikeri əlavə edib.
|
04.05.10 Məqaləni oxumaq
|
|
|
Mətbuat Şurasında Beynəlxalq Mətbuat Azadlığı Gününə həsr olunan konfrans keçirilib
|
Bu gün Mətbuat Şurasında Beynəlxalq Mətbuat Azadlığı Gününə həsr olunan konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Söz Azadlığı Gününün tarixi barədə toplantı iştirakçılarına məlumat verib. O, mətbuat azadlığı sahəsində Azərbaycanda mövcud olan vəziyyətdən danışıb.
Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev isə ölkədə həm elektron, həm də yazılı media üçün bərabər səviyyəli iş imkanlarının yaradıldığını söyləyib. O, Azərbaycan mətbuatının MDB ölkələrindən geri qalmadığını bildirib. “Hazırda ölkədə 4200-dən artıq kütləvi informasiya vasitəsi qeydiyyata alınıb. Ölkə mediasında müəyyən problemlər var ki, bu da tədricən aradan qalxacaq”,-deyə V.Əliyev vurğulayıb.
Mili Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli hazırda ölkədə KİV-in probleminin daha çox peşəkarlıqla bağlı olduğunu bildirib. Onun sözlərinə görə, mətbuatda peşəkarlığın təmin olunması bir sıra çatışmazlıqları aradan qaldıra bilər: “Son illər dövlətin dəstəyi ilə həyata keçirilən bir sıra layihələr mətbuatın inkişafına böyük dəstək olub”,-deyə N.Məhərrəmli əlavə edib.
|
04.05.10 Məqaləni oxumaq
|
|
|
ADU-nun Tələbə Elmi Cəmiyyətinin illik konfransı keçiriləcək
|
Mayın 5-8-i tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin (TEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan illik konfransı keçiriləcək. ADU-nun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, konfransın plenar iclasını ADU-nun rektoru, professor Səməd Seyidov açacaq.
ADU-nun Elmi işlər üzrə prorektoru Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında məlumat veriləcək.
Sonra müxtəlif mövzular ətrafında məruzələr səslənəcək. Konfransda universitetin fakültə və kafedralarını özündə əks etdirən bölmələr ətrafında 500-dən çox məruzənin səsləndiriləcəyi nəzərdə tutulub.
Xatırladaq ki, ADU-nun Tələbə Elmi Cəmiyyəti 1960-cı illərdə yaransa da, sonralar fəaliyyətinə xitam verilib. 1998-ci ilin dekabrında isə öz fəaliyyətini yenidən bərpa edib və hər il elmi konfranslar keçirir.
|
04.05.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 17 18 19 20 21 22 23 24 25 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|