Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2010
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Erməni nazir: “Biz Rusiyanın münüaqişə ilə bağlı siyasətindən çox razıyıq”
    ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiya Qarabağ münaqişəsinin həllinə öz tövhəsini verir. Rusiya prosesdə vacib, konstruktiv rol oynayır. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan söyləyib. E.Naldbandyan xüsusilə qeyd edib ki, Rusiya prezidenti Dmitri Medvedev Qarabağ probleminin həllinə əvəzsiz tövhə verir. “Onun təşəbbüsü ilə Ermənistan və Azərbaycanın dövlət başçıları arasında mütəmadi görüşlər keçirilir. Biz Rusiyanın münüaqişə ilə bağlı siyasətindən çox razıyıq”,-deyə erməni nazir bəyan edib.
    21.05.10 Məqaləni oxumaq
     
    “İRƏLİ” və AESMF “22 May Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya keçirəcək
    “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu mayın 22-də “22 May Biomüxtəliflik Günü” ilə əlaqədar aksiya keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”-dən veriblər. “İRƏLİ” İctimai Birliyinin məqsədi ictimaiyyət arasında bu istiqamətdə geniş ekoloji maarifləndirmə işini həyata keçirməkdir. “İRƏLİ” dünyada Ekologiya ilə bağlı gedən proseslərə fəal qoşularaq maarifləndirmə məqsədilə bu istiqamətdə minlərlə buklet çap etdirib. Bukletlərin əhaliyə paylama aksiyasını başlamazdan əvvəl tədbirin rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulub. Tədbirin rəsmi açılışında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, BMT və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.
    21.05.10 Məqaləni oxumaq
     
    Səfurə Əlizadə Oslo meri Fabian Stanqla görüşüb
    Azərbaycanın “Eurovision-2010” Mahnı Müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadə Oslo meri Fabian Stanqla görüşüb. KƏLAMİNFO müğənninin şəxsi saytına istinadən xəbər verir ki, Səfurə Əlizadə “Oslo City Hall”da qəbul edilən ilk “Eurovision” iştirakçısıdır. F.Stanq qəbul zamanı Səfurə Əlizadə ilə söhbətləşib, Azərbaycan müğənnisi və onun nümayəndə heyəti ilə Azərbaycana kiçik bir ekskursiya edib. F.Stanq “Eurovision” Mahnı Müsabiqəsi və xüsusilə Səfurə haqqında çox danışıb. O bildirib ki, Səfurənin səsini sevir: “Məncə, mahnı pis deyil, Səfurəni çox istedadlı hesab edirəm, onun fantastik səsi var. Hesab edirəm ki, 28 May Azərbaycan Müstəqillik Günü 29 mayda Səfurənin çıxışı üçün stimul olacaq”.
    21.05.10 Məqaləni oxumaq
     
    Ali və orta ixtisas məktəblərinə sənəd verənlərin sayı 90 mini ötüb
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbulla bağlı həftəlik mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda TQDK-nın Yoxlama-Ölçmə Materiallarının İşlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun vəziyyəti ilə bağlı məlumat verib. T.Bədəlov hazırda ümumilikdə 90 minə qədər abituriyentin ərizəsini təsdiq etdirdiyini bildirib. “Xatırladaq ki, sənəd qəbulu mayın 31-nə qədərdir. Cari ildə də abituriyentlərin sayı ötən ilkindən az olmayacaq. Hələ ki, ərizə qəbulu ilə bağlı heç bir şikayət qəbul olmayıb. Son günlər ölkənin sel və daşqınlara məruz qalan rayonlarında da sənəd qəbulu tərəfimizdən nəzarətdədir. Orada da fəlakət zonasından köçürülənlər arasında sənəd verənlər bu prosesi məskunlaşdıqları məntəqələrdəki Sənəd Qəbulu Komissiyalarında (SQK) həyata keçirirlər. Buna baxmayaraq əgər vəziyyət daha da nəzarətdən çıxarsa, biz həmin zonalarda səyyar SQK-ları yaratmağa hazırıq”,-deyə TQDK-nın şöbə müdiri vurğulayıb.
    21.05.10 Məqaləni oxumaq
     
    TQDK rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il mayın 23-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə TQDK-nın Yoxlama-Ölçmə Materiallarının İşlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov jurnalistlərə açıqlamasında bildirib. T.Bədəlov keçiriləcək imtahanda 11041 abituriyentin iştirakının nəzərdə tutulduğunu vurğulayıb. “Bunlardan Bakı şəhərində 7648, Naxçıvanda 35, Gəncədə 1633, Sumqayıtda 584, Şəkidə 306, Lənkəranda 192 və Qubada 643 nəfər imtahan verəcək. İmtahanın idarə olunması üçün 80 imtahan rəhbəri, 777 nəzarətçi-müəllim cəlb olunub. İmtahan bütün şəhərlərdə saat 14.00-da başlayacaq. Qəbul qaydalarına uyğun olaraq mayın 23-də keçirilən “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini 2010-cu il mayın 14-nə kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər.
    21.05.10 Məqaləni oxumaq
     
    “Yaşıl Yaşa” velosiped turu zamanı ekoloji maarifləndirmə işləri aparılacaq
    Aqro İnformasiya Mərkəzi (AİM) may ayının 22-də Beynəlxalq Bioloji Müxtəliflik Günündə Mərkəzi Aranda ilk dəfə olaraq geniş miqyaslı “Yaşıl Yaşa” velosiped turu keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AİM-dən veriblər. “Yaşıl Yaşa” velosiped turunun keçirilməsində məqsəd yerli əhalinin diqqətini ətraf mühitin mühafizəsinə cəlb etmək və ekoloji nəqliyyat vasitəsi olan velosipedi əhali arasında təbliğ etməkdir. Tura təşkilatın heyət üzvləri, Amerika Sülh Korpusunun Könüllüləri və digər təşkilatların nümayəndələri, eləcə də regionda yaşayan gənclər dəstək verəcək.
    21.05.10 Məqaləni oxumaq
     
    BİQ Cəlilabadda seminar-müşavirə keçirib
    İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu (BİQ) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nigah və qan qohumluğu sosial problem kimi” layihəsi çərçivəsində Cəlilabad rayonunda təlim xarakterli seminar-müşavirə keçirib. Təlimi BİQ-in həmsədri Şahin Camalov, layihənin koordinatoru Ramiz Sevdimaliyev, hüquqşünas Ehtibar Abdullayev və həkim-terapevt Şəfiqə Əliyeva aparıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya BİQ-dən veriblər. Təlimdə Cəlilabad rayonunun bir sıra kəndlərinin icra nümayəndələri, bələdiyyə üzvləri, məktəb direktorları və onların tərbiyə məsələləri üzrə müavinləri, müəllimlər, polis əməkdaşları, həkimlər, Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialının tələbələri iştirak edib. Təlim zamanı erkən nigahın və qan qohumluğunun sosial xarakteri, hüquqi və tibbi fəsadlarından danışılıb, mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
    21.05.10 Məqaləni oxumaq
     
    Prezidentin başına düşən əklil hərraca çıxarılıb
    Ukrayna prezidenti Viktor Yanukoviçin bir neçə gün əvvəl başına düşmüş əklil hərraca çıxarılıb. KƏLAMİNFO Rusiya mətbutına istinadən xəbər verir ki, hərraca çıxarılan naməlum əsgərin məzarını ziyarət zamanı prezidentin başına düşən əklildir. Ukraynanın “Qardaşlıq” partiyası tərəfindən təşkil olunan hərracda əklil üçün ilkin qiymət 8 min qriven, yəni təxminən 1000 ABŞ dolları müəyyənləşdirilib.
    21.05.10 Məqaləni oxumaq
     
    BMT Baş katibinin nümayəndəsi Füzuli və Beyləqanda məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə olub
    BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi V Kalin bu gün məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bölgələrdə olub. KƏLAMİNFO xəbər verir ki, V.Kalin və onu müşayiət edənlər əvvəlcə havadan Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbələrinə baxıblar. Qonağa məlumat verilib ki, bu beş qəsəbədə rayonun işğal altında olan yaşayış məntəqələrinin sakinləri məskunlaşıblar. Qəsəbələrdə 4179 ev var. Sonra V.Kalin Beyləqan rayonu ərazisində “Xocavənd-500” qəsəbəsində sakinlərlə görüşüb. Qonaqları Xocavənd və Beyləqan rayonları İcra hakimiyyətlərinin başçıları Eyvaz Hüseynov və İrşad Əliyev qarşılayıblar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov V.Kalinə qəsəbələr barədə məlumat verib.
    21.05.10 Məqaləni oxumaq
     
    DQMK sədri Bəhram Xəlilov Türkiyənin Dövlət Kadrlar İdarəsinin nümayəndə heyəti ilə görüşüb
    Türkiyənin Dövlət Kadrlar İdarəsinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) mətbuat katibliyindən veriblər. “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı” çərçivəsində reallaşan səfər təcrübə mübadiləsi, dövlət qulluqçularının qarşılıqlı səfərləri və digər məsələlərlə əlaqədar olub. Səfər çərçivəsində qonaqları qəbul edən DQMK-nin sədri Bəhram Xəlilov bildirib ki, iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, dövlət qulluğu məsələlərində də əməkdaşlıq yüksək səviyyədədir. Onun sözlərinə görə, qarşılıqlı səfərlər mövcud əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
    21.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    May.2010
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31