Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2010
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Hər gün yeni adətlərlə rastlaşan Bakı kəndləri
    “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində Bakı kəndlərində adət-ənənələrin yaşadılması ilə bağlı araşdırma aparmışıq. 
    25.04.10 Məqaləni oxumaq
     
    Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana səfər proqramı açıqlanıb
    Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana səfər proqramı açıqlanıb. KƏLAMİNFO Rus Pravoslav Kilsəsinin rəsmi internet saytına istinadən xəbər verir ki, patriarx Kiril Bakıya aprelin 24-də gələcək. Aprelin 25-də o, Jen-Mironosits kafedral kilsəsində ibadət keçirəcək. Həmin gün Kirill MDB Dinlərarası Şurasının iclasında, ertəsi gün isə dünya dini liderlərinin sammitində iştirak edəcək. Aprelin 26-da “Gülüstan” Sarayında patriax Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçiriləcək sammitə ənənəvi dünya dinlərinin nümayəndələri qatılacaq. Səfər çərçivəsində patriarx prezident İlham Əliyevlə də görüşəcək.
    24.04.10 Məqaləni oxumaq
     
    Səfir H.Kılıc: “Ermənistan parlamentinin Sürix protokolları ilə bağlı qərarı gözlənilirdi”
    Ermənistan parlamentinin Sürix protokolları ilə bağlı çıxardığı qərar gözlənilirdi. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə müsahibəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıc bildirib. O, bu addımın Ermənistanın öz qərarı olduğunu vurğulayıb. “Biz bölgədə yaşayan qonuşu ölkələrik. Türkiyə hər zaman protokolların ruhuna və mətninə sadiq qalacaq. Çünki biz bölgədəki problemlərin həllinin tərəfdarıyıq və tərəfsiz qala bilmərik. 1993-cü ildə Ermənistanla sərhədləri nəyə görə bağladığımızı hər kəs bilir. Biz istəmirik ki, bir dövlətin sərhəddini açaq, o biri dövlətin sərhəddi isə bağlı qalsın",-deyə H.Kılıc vurğulayıb.
    24.04.10 Məqaləni oxumaq
     
    “Zərifə Əliyeva” bədii-publisistik kitabının təqdimat mərasimini keçiriləcək
    Aprelin 28-də Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Xarici ədəbiyyat zalında “Görkəmli adamların həyatı“ seriyasından nəşr edilən, məşhur oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş “Zərifə Əliyeva” bədii-publisistik kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun qələmə aldığı kitab Moskvanın “Molodaya qvardiya” nəşriyyatında işıq üzü görüb. Z.Əliyevanın zəngin həyat və yaradıcılıq yolunu əks etdirən maraqlı bədii-publisistik materiallar və fotoşəkillərin toplandığı kitab bu böyük insana həsr olunmuş çoxsaylı qiymətli nəşrlər arasında özünəməxsus yer tutur. “Zərifə Əliyeva” kitabı “Dastanın başlanğıcı” və “Əbədiyyət dastanı” adlı giriş və son bölmələri arasına daxil edilən 16 fəsildən ibarətdir. Daha bir kiçik bölmədə Zərifə xanımın həyat və fəaliyyəti qısa xronoloji ardıcıllıqla oxucuya təqdim olunur. Fəsillər isə “Hippokrat və oftalmologiya”, “Zərifə və Heydər”, “Xatirələr... Xatirələr...”, “Məhəbbət haqqında əfsanə”, “İnsanlara bəxş olunan işıq”, “İşığın davamı” və digər maraqlı hissələrdən ibarətdir.
    24.04.10 Məqaləni oxumaq
     
    Hüseyn Bağırov “Ekologiya ili” çərçivəsində görülən işlərlə bağlı mətbuat konfransı keçirib
    Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ölkədə “Ekologiya ili” çərçivəsində görülən işlərlə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda H.Bağırov bildirdi ki, cari ilin “Ekologiya ili” elan olunması son 4-5 ildə bu sahədə olan inkişafın məntiqi nəticəsidir. O, qeyd edib ki, artıq əvvəlki illərdən fərqli olaraq bu sahədə həyata keçirilən layihələrin sayında və mahiyyətində xeyli artım var. “Artıq ölkədə yaşıllaşdırma prossesi irimiqyaslı xarakter alıb. “Ekologiya ili”ndə Azərbaycanda görülən işlər təkcə acərbaycanlılar üçün deyil, bu dünyada gedən yaşıl hərəkata böyük töhfədir. Atmosfer sərhəd tanımır. Bunu son zamanlar baş verən qlobal hadisələr də təsdiq edir. Bunun üçün də suların təmizlənməsi, ətraf mühütin yaşıllaşdırılması və digər prosseslər qlobal mühitə təsir edəcək amillərdir”,-deyə nazir vurğulayıb.
    24.04.10 Məqaləni oxumaq
     
    Vatikanın Dinlərarası Dialoq üzrə Şurasının rəhbəri Bakıya gəlir
    Aprelin 25-də Vatikanın Dinlərarası Dialoq üzrə Şurasının rəhbəri, kardinal Jan-Lui Tauran Bakıya səfərə gələcək. Bakı Katolik Kilsəsindən KƏLAMİNFO-ya bildiriblər ki, səfərin məqsədi aprelin 26-27-də Bakıda keçiriləcək Dünya Dini Liderlərinin samitində iştirak etməkdir.
    23.04.10 Məqaləni oxumaq
     
    TQDK “Magistr” jurnalının xüsusi buraxılışının 3-cü sayını nəşr edib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Magistr” jurnalının xüsusi buraxılışının 3-cü sayı nəşr edilib. Jurnalda bütün ixtisaslaşmalar üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul proqramları təqdim olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Proqramlar bakalavr səviyyəsinin ixtisas sahələri üzrə qruplaşdırılaraq 4 kitabçada nəşr edilib. Bunlar “Texniki elmlər” (T), “Təbiət -texniki elmlər” (TT), “Aqrar və balıq təsərrüfatı” (AT), “Ekologiya və təbiətdən istifadə” (ET), “İqtisadiyyat və idarəetmə” (İİ), Maarif” (M) “Təbiət elmləri” (TE) və “Humanitar və sosial elmlər” (HS) ixtisas sahələridir.
    23.04.10 Məqaləni oxumaq
     
    “Uydurma tarixin görünən və görünməyən tərəfləri” adlı konfrans keçirilib
    Bu gün Azərbaycan Jurnalist Qadınlar Assosasiyası və TREND İnformasiya Agentliyinin təşkilatçılığı ilə “Uydurma tarixin görünən və görünməyən tərəfləri” adlı konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Assosasiyanın prezidenti Sevil Yusifova bildirib ki, konfransın keçirilməsində məqsəd ermənilərin qaldırdığı qondarma soyqırım iddialarına qarşı ciddi faktlar və elmi araşdırmaları ictimaiyətə təqdim etməkdir. Onun sözlərinə görə, tədbir həmçinin Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını bir daha dünyaya nümayiş etdirmək, həqiqətlərin aşkar olunmasında elm adamları və medianın əməkdaşlığına nail olmaqdır.
    23.04.10 Məqaləni oxumaq
     
    Astarada Uşaq muğam ifaçılarının V Respublika Müsabiqəsi keçiriləcək
    Mayın 17-21-də Astarada Uşaq muğam ifaçılarının V Respublika Müsabiqəsi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Müsabiqə Azərbaycan xalqının mədəni sərvətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi, Azərbaycan musiqi xəzinəsinin nadir incilərindən olan muğamların, xalq mahnıları və təsniflərin ayrı-ayrı regionlarda geniş təbliğ olunması, yeni istedadlı gənc muğam ifaçılarının üzə çıxarılması və mədəniyyət ocaqlarında bu işin daha da canlandırılması məqsədi daşıyır.
    23.04.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi əməkdaşları üçün beynəlxalq təlimlər planlaşdırır
    Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları üçün Rusiya Kulturologiya İnstitutu və Tbilisi Dövlət Universitetinin nümayəndələrinin iştirakı ilə beynəlxalq təlimlərin keçirilməsini planlaşdırır. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Təlimlərin keçirilməsi məqsədilə Rusiya Kulturologiya İnstitutunun direktor müavini N.Kryukova və Tbilisi Dövlət Universitetinin YUNESKO kafedrasının direktoru N.Çikovani Azərbaycana dəvət olunublar. Təlimlər Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin binasında cari ilin 22-23 aprel tarixlərində keçiriləcək. Təlimlər zamanı Rusiya və Gürcüstanın tanınmış alimləri elmi işin təşkili, elmi tədqiqatlara qrant imkanlarının cəlb olunması, kulturologiyada müasir tendensiyalar və onların təzahür formaları, habelə digər bir sıra aktual məsələlərə dair öz məsləhətlərini verəcəklər. Yerli mütəxəssislər üçün təşkil olunacaq təlimlərin başlıca məqsədi Azərbaycanda milli mədəniyyətşünaslıq məktəbinin yaradılmasıdır.
    23.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Apr.2010
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930