|
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
Sosial müdafiəyə ehtiyacı olan uşaqlar İstanbulda “IV Beynəlxalq Gülən Uşaq Festivalı”nda iştirak edəcəklər
|
Aprelin 17-21-i tarixlərində Gənclər və İdman Nazirliyi sosial müdafiəyə ehtiyacı olan uşaqların 9 nəfərdən ibarət nümayəndə heyətini “IV Beynəlxalq Gülən Uşaq Festivalı”nda iştirak etmək məqsədilə Türkiyənin İstanbul şəhərinə ezam edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər.
Festivalda dünyanın 10 ölkəsindən 100-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulub. Festival çərçivəsində iştirakçıların müxtəlif göstərişləri, ağacəkmə şənliyində iştirakı, İstanbulun tarixi və mədəni yerlərilə tanışlığı nəzərdə tutulub.
|
17.04.10 Məqaləni oxumaq
|
|
|
Vitse-spiker Z.Əsgərov: “NATO PA-nın Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməsini istəyirik”
|
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT, Avropa Şurası və digər beynəlxalq qurumların qətnaməsi, həmçinin Moskva Bəyannaməsi var və istərdik ki, NATO Parlament Assambleyası da münaqişəyə öz münasibətini bildirsin. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov söyləyib.
“NATO PA-nın Təhlükəsizlik və müdafiə komitəsində biz buna nail olmuşuq və müvafiq qətnamə qəbul olunub. Amma bu, komitə səviyyəsində olub. İstəyirik ki, Parlament Assambleyası səviyyəsində də bu məsələ öz həllini tapsın. NATO PA-nın bir neçə iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Çox təəssüf ki, yekunda bizi qane edən qərar qəbul edilməyib. Biz istəyirik ki, buna nail olaq və nəhayət bu təşkilat da məsələyə öz münasibətini bildirsin”,-deyə Z.Əsgərov vurğulayıb.
|
16.04.10 Məqaləni oxumaq
|
|
|
|
Əli Həsənov: “Azərbaycanda səfir təyin edilməsi ABŞ-ın öz işidir”
|
ABŞ-ın Azərbaycanda səfir təyin etməsi və burada Amerikanı kimin təmsil etməsi onların öz işidir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib.
“Biz hesab edirik ki, səfiri burada əvəz edən Donald Lu kifayət qədər təəcrübəli diplomatdır və o da, səfir ola bilər. Amma qərar yenə də Amerikanındır”,-deyə Ə.Həsənov vurğulayıb.
|
16.04.10 Məqaləni oxumaq
|
|
|
“Abituriyent” hazırlıq kursu müəllim vəzifəsinə müsabiqə elan edir
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən “Abituriyent” hazırlıq kursu müəllim vəzifəsinə müsabiqə elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Hazırlıq kursuna Azərbaycan dili, riyaziyyat, fizika, tarix, kimya, coğrafiya, ingilis dili və biologiya fənləri üzrə müəllimlər tələb olunur. Müsabiqə 3 mərhələdən ibarətdir. Namizədlərdən Ali təhsil, ən azı 1 il pedaqoji təcrübə, təlim və tədris metodologiyaları haqqında anlayış, tədris etdiyi fənn üzrə yüksək səviyyədə bilik, kompüter və internet haqqında biliklər tələb olunur.
|
16.04.10 Məqaləni oxumaq
|
|
|
Xalq artisti Telman Adıgözəlov 57 yaşında vəfat edib
|
Bu gün gecə saat 04:00 radələrində Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Telman Adıgözəlov 57 yaşında vəfat edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya açıqlamasında Milli Dram Teatrın direktoru Maqbet Bunyatov verib.
T.Adıgözəlovun dünən bütün günü teatrda olduğunu diqqətə çatdıran M.Bunyatovun sözlərinə görə, aktyor gecə saat 01.00 radələrində qızına özünü pis hiss etdiyini və yatmaq istədiyini bildirib. Aktiyorun bu gün gecə saat 04.00 radələrində vəziyətinin ağır oluğunu görən ailəsi təcili yardım çağrıb. Lakin həkimlər aktiyorun evinə gəlincə, onu xilas edə bilməyiblər. M.Bunyatov teatr təmirdə olduğu üçün, aktyoru bu gün saat 15:00-da evindən dəfn olunmağa aparılacağını bildirib.
Qeyd edək ki, T.Adıgözəlovun infarktdan dünyasını dəyişdiyi bildirilir.
|
16.04.10 Məqaləni oxumaq
|
|
|
PA-nın şöbə müdiri: “ABŞ-ın bəzi dairələri və institutları Ermənistana açıq-aşkar dəstək verirlər”
|
“ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prossesində nümayiş etdirdiyi fəaliyyətindən razı deyilik. Bu narazılıq, ilk növbədə, ABŞ-ın münaqişədə nümayiş etdirməli olduğu bitərəf mövqeyi və digər məsələlərlə bağlıdır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident Administrasiyanın (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında söyləyib.
Ə.Həsənov ABŞ-da nüvə sammiti çərçivəsində keçirilən görüşlərə ölkə prezidenti İlham Əliyev tərəfindən münasibət bildirildiyini vurğulayıb. O, Azərbaycanın dəfələrlə və müxtəlif səviyyələrdə Dağlıq Qarabağda haqqını, ərazi bütövlüyünün pozulması məsələsini qaldırdığını bildirib. “Təəssüflər olsun ki, ABŞ-ın bəzi dairləri və institutları erməni lobbisinin təsiri altında neytrallıq nümayiş etdirmir, Ermənistana açıq-aşkar dəstək verirlər.
|
16.04.10 Məqaləni oxumaq
|
|
|
Belarus prezidenti A.Lukaşenko Kurmanbek Bakiyevi müdafə edib
|
Belarus prezidenti Aleksandr Lukaşenko Qırğızıstan hakimiyyətinin inqilabçılara güc tətbiq etməsinə haqq qazandırıb. KƏLAMİNFO xəbər verir ki, A.Lukaşenko Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevə qarşı irəli sürülən ittihamları rədd edib. Bakiyevi günahlandırmağın yanlış olduğunu söyləyən A.Lukaşenko hakimiyyətin özünü qorumaq üçün güc tətbiq etmək məcburiyyətində qaldığını söyləyib “Bir iqtidar ki, özünü və xalqı qorumayacaq, o, nəyə lazımdır?”
A.Lukaşenko bildirib ki, oxşar hadisələr Belarusda baş versə, hücum edənlər lazımi cavablarını alacaqlar.
K.Bakiyevin Qırğızıstanı parçalaması ittihamını da qəbul etməyən Belarus prezidenti bildirib ki, əksinə, Bakiyev öz ölkəsinə kredit almaq üçün müxtəlif dövlətlərə ayaq döyüb.
Belarus prezidenti Rusiya və ABŞ-ın Qırğızıstandakı olaylara reaksiyalarını da yanlış adım adlandrıb. O hesab edir ki, Moskva və Vaşinqton çevrilişi pisləməli idi: “Yenə ABŞ bir qədər gözləmə mövqeyindədir, Rusiyanın isə mövqeyi hər kəsə bəllidir”.
|
16.04.10 Məqaləni oxumaq
|
|
|
Ombudsman Aparatının əməkdaşları 11 saylı Cəzaçəkmə Müəssisəsinə baxış keçiriblər
|
Ombudsman Aparatının əməkdaşları İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə 11 saylı Cəzaçəkmə Müəssisəsinə baxış keçiriblər. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, MPM qrupunun üzvləri Müvəkkilin ünvanına daxil olan müraciəti araşdırıblar.
Onlar bu müəssisədə saxlanılan şəxslərlə görüşərək söhbət aparıb, həmin şəxslərə hüquqlarını və Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarını izah ediblər. Məhkumlar saxlanma şəraitindən, müəssisənin rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazı olmadıqlarını söyləyiblər. Müəssisənin yataq korpuslarına, məhkumların yaxınları ilə görüş yerlərinə, tibb hissəsinə, istehsalat yerlərinə, mətbəxə, yeməkxanaya və hamama baxış zamanı pozuntu halları aşkar edilməyib. Qeyd olunub ki, yataq korpuslarının dam örtüyü təzələnir, görüş yerləri və hamam təmir olunmaqdadır.
Müvəkkilin nümayəndələri müəssisənin cərimə təcridxanasına baxış keçirib, orada saxlanılan məhkumlarla söhbət aparıblar.
|
16.04.10 Məqaləni oxumaq
|
|
|
Bakı Uşaq Teatrı beynəlxalq festivalda iştirak edəcək
|
Aprelin 18-dən 26-dək Bakı Uşaq Teatrı Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq Uşaq Festivalında iştirak edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən veriblər.
Teatr kollektivi festivalda “Allahın bəlası” adlı tamaşa ilə çıxış edəcək.
|
15.04.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|