Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2010
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Uşaqların rəsm əsərlərinin sərgisi reallaşacaq
    Cari il aprelin 25-dən 30-dək Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında uşaqların rəsm əsərlərinin sərgisi reallaşacaq. Sərginin təşkilatçısı Ekoloji Plakat Studiyasıdır. Bu barədə məlumatı KƏLAMİNFO-ya studiyadan veriblər. Sərgi uşaqların ekologiyaya münasibəti mövzusundadır. Sərgidə 6-15 yaşlı 35 uşağın əsəri təqdim olunacaq. Burada natürmortlar, qrafik işlər, şüşə üzərində çəkilən rəsm əsərləri, eləcə də parçadan hazırlanan işlər nümayiş etdiriləcək.
    14.04.10 Məqaləni oxumaq
     
    “Artıq erməni məsələsi Türkiyə-ABŞ münasibətlərində həlledici xarakter daşımır”
    Mübariz Əhmədoğlunun fikrincə, Vaşinqtonun əsas məqsədi Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin Sürix protokollarının imzalanmasından öncəki vəziyyətə gətirilməsinə nail olmaqdır  

    Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi üzrə sammit Türkiyə-Ermənistan münasibətlərini yenidən gündəmə gətirdi. Sammitin işində iştirak edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanla görüşərək Sürix protokollarının imzalanmasından sonra yaranan problemləri müzakirə etdi. Sonra iki liderin görüşü amerikalı diplomatın iştirakıyla təkrarlandı. İndi belə bir şəraitdə bu prosesin hansı istiqamətdə irəliləyəcəyi sualları gündəmə gəldi. Biz də bu suallarla Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğluna müraciət etdik.

    - Mübariz müəllim, Vaşinqtonda keçirilən görüşlərin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına təkan verəcəyini proqnozlaşdırmaq olarmı?

    - Məncə, yox. Çünki hazırda Ermənistanla Türkiyə arasındakı münasibətlər Sürix protokollarının imzalanmasından əvvəlkinə nisbətən daha gərgindir. Mən deyərdim ki, hətta, düşmənçilik səviyyəsindədir. Xüsusilə də Ermənistan rəhbərliyində təmsil olunan şəxslər Türkiyə dövlətinin rəsmi şəxsləri haqqında diplomatik etiket qaydalarına uyğun gəlməyən ifadələr işlədirlər. Onlar Türkiyə rəsmilərinə «şərəfsiz» deyirlər, 1915-ci il hadisələri üçün Nürinberq Məhkəməsi istəyirlər.
    14.04.10 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: “Dünyanı nüvə təhlükəsi gözlədiyi kimi, separatizm təhlükəsi də gözləyir”
    “Nüvə sammitinin keçirilməsi ümumilikdə vacibdir. Çünki dünya belə bir təhlükə ilə üz-üzə qala bilər. Əgər nüvə silahı varsa, bu problem də mövcuddur”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə söyləyib. A.Mirzəzadə bildirib ki, dünyanı nüvə təhlükəsi gözlədiyi kimi, separatizm təhlükəsi də gözləyir. Onun sözlərinə görə, separatizm bu gun dünyanın qarşılaşdığı bir çox problemlərin kökündə dayanır. “Ona görə də beynəlxalq birlik bu problemin həllinə də xüsusi diqqət yetirməlidir”,-deyə A.Mirzəzadə qeyd edib.
    14.04.10 Məqaləni oxumaq
     
    Mətbuat Şurası 7 qəzet və 1 jurnalı “reket nəşr” elan edib
    Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadənin sədrliyi ilə “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının növbəti iclası keçirilib. MŞ-dan KƏLAMİNFO-ya verilən məlumata görə, iclasda V.Rəhimzadə bildirib ki, ilin əvvəlindən komissiyaya 20-dən çox şikayət daxil olub. O, şikayətlər əsasında toplanan materiallar barədə məlumat verib. Müzakirələrdən sonra 7 qəzet və 1 jurnal “reket nəşr” elan olunub, 1 qəzetə isə ciddi xəbərdarlıq edilərək adının “qara siyahı”ya salınması barədə rəyə gəlinib. Digərləri barədə araşdırmaların davam etdirilməsi zəruri sayılıb.
    14.04.10 Məqaləni oxumaq
     
    Turizmin inkişafına dair Dövlət Proqramının təqdimatı keçirilib
    Bu gün Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycanda 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təqdimatını keçirib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizim sahələrinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf sektorlarından birinə çevrilməsinin təmin edilməsidir. “Bu məqsədə nail olunması üçün ölkədə turizim infrastrukturunu beynəlxalq tələblər səviyyəsinə çatdırmaq vacibdir”,-deyən Ə.Qarayev bildirib ki, proqramda Azərbaycanın zəngin mədəni irsi, mədəniyyət imkanlarının turizm üçün geniş istifadə olunması, infrastrukturun yaradılması və bunun üçün peşəkar kadrların hazırlanmasına xüsusi önəm veriləcək: “Hesab edirəm ki, bu proqram 4 il ərzində mütləq icra olunmalı, turizm sənayesini növbəti mərhələyə və daha yüksək səviyyəyə çıxarmalıdır.
    14.04.10 Məqaləni oxumaq
     
    Simli alətlər üzrə II Respublika Müsabiqəsi keçiriləcək
    Mədəniyyət və Turizm Nazirliyi cari il 17-21 may tarixlərində Bakı şəhərində uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə II Respublika müsabiqəsini keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Müsabiqə skripka, alt, violonçel, arfa alətləri üzrə üç yaş qrupunda keçirilir. I qrupa 9-11 yaş, II qrupa 12-14 yaş, III qrupa 15-17 yaş həddində olan uşaqlar daxildir. Keçiriləcək müsabiqə 2 turdan ibarət olacaq. Müsabiqənin şərtləri barədə ətraflı məlumat almaq üçün Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinə müraciət etmək olar.
    14.04.10 Məqaləni oxumaq
     
    “Cənubi Qafqaz: Qlobal tendensiyalar və təhlükələr” mövzusunda Dəyirmi masa təşkil olunacaq
    Aprelin 16-da Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Böyük Britaniyanın “International Alert” təşkilatının birgə təşəbbüsü ilə “Cənubi Qafqaz: Qlobal tendensiyalar və təhlükələr” mövzusunda Dəyirmi masa təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-dan veriblər. Tədbirdə məruzəçilər qismində SAM-ın direktoru Elxan Nuriyev, “International Alert” təşkilatının Baş katibi Den Smit, Avrasiya proqramları üzrə layihə direktoru Desislava Rusanova, SAM-ın xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Gülşən Paşayeva, Qərb Universitetinin professoru Fikrət Sadıxov və digərləri çıxış edəcəklər.
    14.04.10 Məqaləni oxumaq
     
    Bu gün Vaşinqtonda nüvə təhlükəsizliyi ilə bağlı sammit işə başlayır
    Bu gün Bakı vaxtı ilə axşam saatlarında Vaşinqtonda nüvə təhlükəsizliyi ilə bağlı sammit işə başlayır. KƏLAMİNFO xəbər verir ki, zirvə toplantısının ilk gününün proqramında nümayəndə heyətləri rəhbərləri üçün işgüzar nahar nəzərdə tutulub. Naharda nüvə terrorçuluğu təhlükəsi müzakrə olunacaq. Sammitin ikinci günündə iki toplantı, eləcə də nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə işgüzar səhər yeməyi olacaq. Həmin gün liderlər nüvə təhlükəsizliyinin təmin olunmasında milli və beynəlxalq səyləri müzakirə edəcəklər. Bundan başqa, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə təhlükəsizliyindəki rolu ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Qeyd edək ki, sammitdə ABŞ-da daxil olmaqlda 47 ölkə lideri iştirak edəcək. Sammitin yekununda Ümumi Kommünikenin qəbulu gözlənilir.
    14.04.10 Məqaləni oxumaq
     
    Tələbələr üçün “Planetimizi Tanıyaq” adlı seminar təşkil edilib
    Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi və Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi tələbələr üçün “Planetimizi Tanıyaq” adlı seminar təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İB-dən veriblər. İki hissədən ibarət olan seminarda Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin əməkdaşı Ramil Rüstəmov və Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin rəhbəri Rövşən Əkbərov “Kainatdakı Həssas Tarazılıqlar və Ekoloji Sfera” və “Biomimetika - Təbiətin Texnologiyası” barədə tələbələri məlumatlandırıblar. Hər iki təşkilat arasında əldə olunan razılığa görə bu tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.
    13.04.10 Məqaləni oxumaq
     
    ADU-da bədii yaradıcılıq festivalı keçiriləcək
    Sabah Azərbaycan Dillər Universitetində (ADU) Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Festivalda ADU-nun tələbələri “Heydər atamız”, “Xilaskar”, “Vətən” və s. şerlər səsləndirəcək, musiqilər ifa edəcək və milli rəqs nümunələri nümayiş etdirəcəklər. Bundan başqa ulu öndərin həyat yolundan bir səhifə kino- sujet tamaşaçılara təqdim ediləcək.
    13.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Apr.2010
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930