Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2010
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    İranda hər yeni doğulan uşağa 1000 dollarlıq bank hesabı açılacaq
    İranda hər yeni doğulan uşağa 1000 dollar həcmində bank hesabı açılacaq. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranın dövlət başçısı Mahmud Əhmədinejad dövlət televiziyası ilə çıxışında bunu bəyan edib. O, qeyd edib ki, doğulan hər uşaq üçün bankda hesab açılacaq və həmin hesaba 1000 dollar köçürüləcək. M.Əhmədinejad ölkədə mövcud olan “2 uşaq bəsdir” anlayışını tənqid edib. Onun fikrincə, bu, Qərb ölkələri tərəfindən irəli sürülmüş yanlış anlayışdır. Onun sözlərinə görə, Qərb ölkələri dünyaya daha az uşaq gətirilməsi ideyasından peşman olub və əhali artımı üçün ailələrə maliyyə yardımı etməyə başlayıblar. İran prezidenti vəd verib ki, doğulan hər uşağın adına açılacaq bank hesabına hər il müəyyən miqdarda vəsait köçürüləcək. Bundan başqa, hər ay uşaqlara azı 20 dollar vəsait ayrılacaq. Ailələr isə yalnız müstəsna hallarda bu hesaba müdaxilə edə biləcəklər.
    15.04.10 Məqaləni oxumaq
     
    Polşada növbədənkənar prezident seçkilərinin vaxtı müəyyən oldu
    Polşada növbədənkənar prezident seçkilərinin vaxtı müəyyən olunub. KƏLAMİNFO xəbər verir ki, Polşa Seyminin mətbuat xidmətinin prezident seçkilərinin 13 və ya 20 iyun tarixlərində keçiriləcəyini bəyan edib. Qeyd edək ki, Polşa prezidenti Lex Kaçinskinin təyyarə qəzasında həlak olması səbəbindən ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək.
    15.04.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Seçki Məcəlləsinin dəyişdirilməsi günün mövzusu deyil”
    “Qarşıdan gələn parlament seçkilərində bütün namizədlərə, partiyalara, təşkilatlara Seçki Məcəlləsinə müvafiq olaraq sərbəst toplaşmaq üçün lazımi şərait yaradılacaq”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlunun aksiya keçirmək üçün ayrılan yerlərin sayının artırılması barədə fikirlərinə münasibət bildirən Ə.Həsənov qeyd edib ki, seçki kampaniyası dövründə belə yerlər ayrılacaq və əvvəlcədən KİV-də bu barədə məlumat veriləcək.
    15.04.10 Məqaləni oxumaq
     
    ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda III Respublika elmi konfransı keçiriləcək
    Aprelin 15-17-i tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağına universitet statusu verilməsinin 10 illiyinə həsr olunan “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda III Respublika elmi konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Konfransda “Xarici dillərin tədrisində müasir texnologiyalardan istifadə”, “Xarici dillərin tədrisinin nəzəri və praktik məsələləri”, “Kommunikativ dilçilik”, “Xarici dillərin mədəniyyətlərarası kommunikasiyada rolu”, “Xarici ölkə ədəbiyyatının tədrisi problemləri” bölmələrində müzakirələr aparılacaq və ümumilikdə 181 məruzə dinləniləcək.
    15.04.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi əməkdar incəsənət xadimi R.İsmayılovun xatirə gecəsini keçirəcək
    Cari il aprelin 17-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Uşaq Kino Evində Azərbaycanın görkəmli kinorejissoru və kinooperatoru Rasim İsmayılova həsr olunmuş xatirə gecəsi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Gecədə rejissorun uşaqlar üçün çəkdiyi “Asif, Vasif, Ağasif” filminin nümayişi və filmin yaradıcı heyəti ilə görüş keçiriləcək.
    15.04.10 Məqaləni oxumaq
     
    BŞBPİ parlament seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib
    Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) ölkəmizdə keçiriləcək növbəti parlament seçkiləri ilə əlaqədar paytaxt sakinlərinə müraciət edib. BŞBPİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, müraciət əhalinin qeydiyyat məsələsi ilə bağlıdır. İdarə 2010-cu ilin parlament seçkiləri ili olduğunu nəzərə alaraq paytaxt sakinlərini şəxsiyyət vəsiqəsinin alınması və müəyyən səbəblərdən qüvvədən düşmüş hesab edilən vəsiqələrin dəyişdirilməsi istiqamətində fəal olmağa çağırır. BŞBPİ-nin rayon Polis İdarələrinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətləri bu işi sürətləndirmək və vətəndaşlara hər cür kömək etmək üçün səfərbər olunub.
    14.04.10 Məqaləni oxumaq
     
    BŞBPİ-nin rəis müavini Y.Əliyev: “İcazəsiz keçirilən aksiyada 6-7 nəfər saxlanılıb”
    Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev Müsavat Partiyasının bu gün keçirmək istədiyi icazəsiz piketlə bağlı açıqlama verib. AZDAİNFORM xəbər verir ki, Y.Əliyev aksiyanın icazəsiz olduğunu bildirib. O, Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək üçün etdiyi müraciətə razılıq verilmədiyini xatırladıb: “Onlar icazəsiz aksiya keçirməyə cəhd ediblər. Buna görə də 6-7 nəfər saxlanılıb və Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparılıb. Hazırda saxlanılanlarla bağlı araşdırma aparılır”,-deyə Y.Əliyev vurğulayıb. O, Müsavat Partiyasını təmsil edən deputatlar Arzu Səmədbəyli və İkram İsrafilin aksiya zamanı meriya qarşısına gəldiklərini və aksiyanın qanunsuz olduğunun onların da diqqətinə çatdırıldığını söyləyib. Qeyd edək ki, Müsavat Partiyasından isə KƏLAMİNFO-a bildiriblər ki, piket zamanı 47 nəfər saxlanılaraq polis bölməsinə aparılıb. Onlardan 15 nəfəri sonradan azad edilib.
    14.04.10 Məqaləni oxumaq
     
    TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyata başlayır
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur və qabiliyyət imtahanlarına qeydiyyata başlayır. Bu ixtisasları seçənlər 30 aprel tarixindən 31 may tarixinədək qeydiyyatdan keçəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün ilk əvvəl elektron ərizələrini ümumi qaydada təsdiq etdirməlidirlər. Sonra seçmə turun keçirilməsi və qeydiyyatın aparılması məqsədilə müvafiq təhsil müəssisələrində yaradılmış Qabiliyyət İmtahanı Komissiyalarına müraciət edə bilərlər.
    14.04.10 Məqaləni oxumaq
     
    Ümid Partiyası parlament seçkilərinə qatılacaq namizədlərini müəyyənləşdirib
    Ümid Partiyası qarşıdan gələn parlament seçkilərində bütün dairələr üzrə namizədlərini irəli sürəcək. Artıq partiya dairələr üzrə irəli sürəcəyi namizədlərin tam siyahısını hazırlayıb. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Ümid Partiyası Ali Məclisin sədri Ənvər Ağazadə verib. O, bildirib ki, partiyanın müəyyən olunmuş namizədlərinin sayı bütün dairələr üzrə 70-dən artıqdır. “Ümid Partiyası İdarə Heyəti tərəfindən bu namizədlərin seçilmək şansları, seçdikləri dairələr üzrə imkanlarını araşdırır və Rəyasət Heyətində təsdiqləyir”,-deyən A.Ağazadə prossesin davam etdiyini söyləyib. Ə.Ağazadə yaxın günlərdə irəli sürüləcək namizədlərin iştirakı ilə müşavirə keçiriləcəyini vurğulayıb. Seçkilərdə gənclərə də üstünlük verəcəklərini qeyd edən Ə.Ağazadə bildirib ki, yaş prinsipinə görə, namizədlərin böyük əksəriyyəti 40 yaşından aşağı olan insanlar olacaq.
    14.04.10 Məqaləni oxumaq
     
    Kitabxana Direktorlar Şurası seminar təşkil edəcək
    Cari il aprelin 16-da Kitabxana Direktorlar Şurası Nərimanov və Binəqədi rayonlarının kitabxana işçilərinə metodiki kömək məqsədilə “Kitabxanalarda oxuculara biblioqrafik xidmətin təşkili” mövzusunda seminar keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Şuradan veriblər. Seminarda soraq-biblioqrafiya aparatına daxil olan kataloq və kartotekalar sisteminin əhəmiyyəti və təşkili, onların tərkib hissələri haqqında müzakirələr olacaq. Oxucuların müxtəlif sorğuların biblioqrafik üsullarla ödənilməsi, aktual mövzuların kataloq və kartotekalarda əks etdirilməsi, biblioqrafik biliklərin təbliği və s. məsələlərlə əlaqədar məruzələr dinləniləcək, tövsiyyələr veriləcək.
    14.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Apr.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930