Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2010
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Qırğızıstanda baş verən iğtişaşlar zamanı ölənlərin sayı 68-i ötüb
    Qırğızıstanda son iğtişaşlar zamanı ölənlərin sayı 68 nəfər həlak olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyindən "AKİpress" agentliyinə bildiriblər. Yaralananların sayı isə 500-ü ötüb. Qeyd edək ki, artıq Qırğızıstan müxalifəti ölkəyə nəzarəti ələ keçirib. Bu gün səhər isə Qırğızıstan Xalq Etimad Hökuməti yaradılıb. Hökumətə sabiq xarici işlər naziri Roza Otunbayeva rəhbərlik edir.
    09.04.10 Məqaləni oxumaq
     
    DAK İsveçdə simpozium keçirəcək
    Sabah Dünya Azərbaycanlıları Konqresi (DAK) İsveçin paytaxtı Stokholm şəhərində 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə simpozium keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya DAK-dan veriblər. Tədbir DAK və “Odlar Yurdu” dərnəyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov, Milli Məclisin deputatı Baba Tağıyev və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının təmsilçiləri iştirak edəcəklər.
    09.04.10 Məqaləni oxumaq
     
    ADU-da Ələddin Əliyevin 70 illiyinə həsr olunmuş mərasim keçiriləcək
    Sabah Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon şurasının üzvü, ADU-nun prorektoru Ələddin Əliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş mərasim keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Tədbirdə ADU-nun rektoru, millət vəkili Səməd Seyidov, BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, “Şöhrət” ordenli, prezident təqaüdçüsü Abuzər Xələfov, Milli Məclisin deputatı, YAP Nəsimi rayon şöbəsinin sədri Məlahət Həsənova, təhsil nazirinin müavini Elmar Qasımov və ADU-nun professor-müəllim heyəti iştirak edəcək.
    09.04.10 Məqaləni oxumaq
     
    TQDK-da Sənəd Qəbulu Komissiyaları üçün xüsusi seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinin magistratura pilləsinə ərizə qəbulu ilə bağlı yaradılmış Sənəd Qəbulu Komissiyalarının (SQK) nümayəndələri üçün xüsusi seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Tədbirdə TQDK-nın Təşkilat şöbəsinin müdüri Arzu Bağırov, Ali təhsil və dövlət qulluğu üzrə sektor müdüri Natiq Əliyev, İnformasiyalaşdırma şöbəsinin əməkdaşı İlqar Mahmudov “Elektron ərizə” qəbulu sisteminin proqram təminatı və sənəd qəbulunun aparılması qaydaları barədə geniş məlumat veriblər. SQK üzvləri həmçinin ərizə qəbulu sisteminin real rejimdə nümayişi ilə tanış olublar. Qeyd edək ki, bakalavrlar aprelin 12-dən 19-dək şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə daxil olmalı və oaradakı “Bakalavrın eıektron ərizəsi” formasını doldurmalıdırlar. Onlar TQDK tərəfindən yaradılmış müvafiq SQK-a tələb olunan sənədləri təqdim edib “Bakalavrın elektron ərizəsi” təsdiq etdirməlidirlər.
    09.04.10 Məqaləni oxumaq
     
    Milli Kitabxanada namizədlik və doktorluq dissertasiyalarının virtual oxu zalı yaradılıb
    M.F.Axundov adına Milli Kitabxanada ölkədə müdafiə olunan bütün elm sahələri üzrə namizədlik və doktorluq dissertasiyalarının virtual oxu zalı yaradılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyən və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Bazaya 1300 dissertasiya və avtoreferat daxil edilib. Bazanın yeni elmi işlərlə zənginləşməsi gələcəkdə də davam edəcək. Gələcəkdə virtual zala daxil olmaq hüququnun Prezident Kitabxanasına, Milli Məclisin Kitabxanasına və AMEA-nın Mərkəzi Elmi Kitabxanasına da verilməsi nəzərdə tutulub. Virtual zalın təqdim olunma mərasimində dissertasiyaların elektron bazası nümayiş etdirilib. Nümayişdə mədəniyyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.
    08.04.10 Məqaləni oxumaq
     
    Elmar Qasımov: “Çalışırıq ki, təhlükəsizliklə bağlı prosses bütün təhsil müəssisələrini əhatə etsin”
    Təhsil Nazirliyinin əsas məqsədlərindən biri də təhsil ocaqlarında nizam-intizam və təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Elmar Qasımov bildirib. Onun sözlərinə görə, bu məqsədlə universitetlərdə daxili nizam-intizamı qaydaya salmaq üçün müəyyən xidmətlər yaradılıb. Nazir müavini qeyd edib ki, təhlükəsizliklə bağlı orta məktəblərdə də müəyyən tədbirlər hayata keçirilir. “Bu işləri təhsil ocaqlarının rəhbərləri həyata keçirsələr də Təhsil Nazirliyi ciddi diqqət yetirir”,-deyə E.Qasımov əlavə edib. Ötən il Neft Akademiyasında baş verən hadisənin yalnız hansısa təhsil ocağına deyil, Azərbaycana qarşı törədilən cinayət adlandıran E.Qasımov bildirib ki, cinayətlə bağlı işlər artıq yekunlaşıb.
    07.04.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Azərbaycan hakimiyyəti R.T.Ərdoğanın ABŞ-da keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ probleminin prioritet olacağına inanır”
    Azərbaycan hakimiyyəti Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a planlaşdırılan səfəri zamanı keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ probleminin həlli məsələlərinin prioritet olacağına inanır. KƏLAMİNFO xəbər veri ki, bu barədə açıqlamanı Prezident Administrasiyasının İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. "Gözləntimiz ondan ibarətdir ki, ABŞ prezidenti Minsk Qrupu həmsədrlərinin birini təmsil edən ölkənin başçısıdır və Ermənistanı konstruktiv mövqeyə gətirmək məqsədilə rəsmi Yerevana Dağlıq Qarabağ məsələsində öz işğalçı mövqeyindən əl çəkməyə məcbur etsinlər, ona təzyiq göstərsinlər.
    07.04.10 Məqaləni oxumaq
     
    Elektron təhsil ümumrespublika müsabiqəsinə start verildi
    Bu gün Təhsil Nazirliyi tərəfindən elektron təhsil ümumrespublika müsabiqəsinə start verildi. KƏLAMİNFO xəbər verir ki, bununla bağlı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Məlumat və Resurs Mərkəzində tədbir keçirilidi. İdarənin rəhbəri Samir Məmmədov bildirdi ki, cari il Təhsil Nazirliyi tərəfindən təhsildə İKT ili elan olunub və bu məqsədlə müsabiqə elan olunub. O, müsabiqəyə Microsoft Azərbaycan, İntel, AZ.DU.NET, ULTRA, HP və MƏDƏT təşkilatlarının dəstək verdiklərini söylədi. Müsabiqənin rəsmi internet səhifəsinin hazırlandığını diqqətə çatdıran S.Məmmədov bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni qaydalarını üzə çıxarmaq, İKT-dən istifadə edən fəal müəllimləri həvəsləndirməkdən ibarətdir.
    06.04.10 Məqaləni oxumaq
     
    PA-nın şöbə müdiri: “Azərbaycan hökuməti qanun çərçivəsində keçirilən bütün tədbirlərə lazımi şərait yaradacaq”
    Parlament seçkiləri yaxınlaşdıqca Azərbaycanda ictimai-siyasi vəziyyət, ab-hava da fəallaşacaq. KƏLAMİNFO xəbər veri ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyası İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. “Hər il seçkilər öncəsi belə ab-hava müşahidə olunur. Bu ildə yəqin ki, həm müxalifət partiyaları, həm bitərəfər, həm də iqtidaryönlü siyasi partiyalar seçkilərə ciddi hazırlaşacaqlar. Seçki ərəfəsində onlar öz hüquqlarını reallaşdıracaqlar. Hər hansı tədbirin keçirilməsi qanun çərçivəsində baş tutacaqsa, hakimiyyət buna həmişə yaşıl işıq yandıracaq və lazımı şərait yaradacaq”,-deyə Prezident Administrasiyasının şöbə müdiri əlavə edib.
    06.04.10 Məqaləni oxumaq
     
    Əli Əhmədov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Cohanna Qənseni qəbul edib
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Cohanna Qənseni qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-dan veriblər. Görüşdə Azərbaycanla ABŞ arasında mövcud əməkdaşlıq münasibətləri haqqında danışılıb, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin, cari ilin noyabr ayında ölkədə keçiriləcək parlament seçkiləri, ona hazırlıq prosesi haqqında da söhbət açılıb.
    06.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Apr.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930