Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2010
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Ali məktəblərin bakalavr pilləsinə sənəd qəbulu başladı
    Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali məktəblərin bakalavr pilləsinə ərizə qəbuluna başlanır. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-ın mətbuat xidmətindən veriblər. Ali məktəblərə ərizə qəbulu mayın 31-dək davam edəcək. Sənədlərin təsdiqlənməsi prossesi isə aprelin 30-dan mayın 31-dək olacaq. Qeyd edək ki, ali məktəblərə III qrupun imtahanları 4 iyul, I qrupun imtahanları 11 iyul, IV qrupun imtahanları 17 iyul və nəhayət II qrupun imtahanları isə iyulun 23-də baş tutacaq. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı isə avqustun 29-da olacaq.
    21.04.10 Məqaləni oxumaq
     
    BDU-da “Erməni saxtakarlığı və vandalizmi: Azərbaycan jurnalistləri bu barədə nə düşünür?” mövzusunda Dəyirmi masa keçirildi
    Bu gün Bakı Dövlət Universitetində (BDU) “Erməni saxtakarlığı və vandalizmi: Azərbaycan jurnalistləri bu barədə nə düşünür?” mövzusunda Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirdi ki, son vaxtlar erməni yalanları, saxta “soyqırımı” iddiaları sistemli hal olaraq aktuallaşıb. Azərbaycan torpaqlarında özlərinə dövlət quran ermənilərin hər il ənənəvi olaraq bütün dünyada saxta təbliğat apardıqlarını diqqətə çatdıran A.Məhərrəmov bildirib ki, hətta onlar bir sıra hallarda dünyanın bəzi tanınmış şəxslərini də bu təbliğata inandıra bilir və saxta iddiaları parlamentlərin müzakirəsinə çıxarılmasına nail olurlar. Ermənilərin saxta uydurmalarına qarşı və həqətlərimizi dünyaya çatdırmaqla bağlı milli Konsepsiyanın hazırlanmasının zəruri olduğunu diqqətə çatdıran A.Məhərrəmov əlavə edib ki, həmin sənəd dövlət tərəfindən təsdiq olunmalı və onun önündə siyasətçilər durmalıdır. Onun sözlərinə görə, sözügedən Konsepsiya dövlətin strateji xətti olmalıdır. “Bu istiqamətdə gücümüzü birləşdirərək yeni düşüncə ortaya qoymalıyıq”,-deyə A.Məhərrəmov təklifini səsləndirdi.
    21.04.10 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Məktəblərdə ciddi kadr çatışmazlığı yoxdur”
    Məktəblərin kadr təminatının 80 faizi yerinə yetirilib. Son beş il ərzində ciddi müəllim çatışmazlığı olan çox az sayda ucqar kənd məktəbləri qalıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov verib. Təhsil naziri məktəblərin kadr təminatı ilə bağlı növbəti Dövlət Proqramının hökumət tərəfindən təsdiq edildiyini söyləyib. M.Mərdanov bildirib ki, sözügedən proqramın növbəti tədris ilindən icrasına başlanılacağı nəzərdə tutulub. Xatırladaq ki, kadr təminatı ilə bağlı 2005-2009-cu illəri əhatə edən proqram başa çatdırılıb. Ümumilikdə 6179 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ucqar kənd məktəblərinə göndərilib.
    21.04.10 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu danışıqlar aparmaq üçün İrana səfər edib
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəsmi danışıqlar aparmaq üçün İrana səfərə gedib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Ə.Davudoğlu İranlı həmkarı Mənuçöhr Möttəki ilə görüşəcək. Bundan sonra hər iki nazir birgə mətbuat konfransı keçirəcəklər. Ə.Davudoğlunun İranın nüvə proqramına dair danışıqlar üzrə əsas nümayəndəsi və ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, həmçinin, İran parlamentinin spikeri Əli Laricani ilə görüşləri planlaşdırılır. Türkiyə XİN rəhbərinin İran prezidenti Mahmud Əhmədinejad tərəfindən qəbul edilməsi də gözlənilir.
    21.04.10 Məqaləni oxumaq
     
    Parlament “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsini təsdiqlədi
    Milli Məclisin bu gün keçirilən iclasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. KƏLAMİNFO xəbər verir ki, sənəd barədə məlumat verən parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanunun Azərbaycanda torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimlədiyini vurğulayıb. İclasda həmçinin “Azərbaycan hökuməti və Qətər Dövləti hökuməti arasında diplomatik və xüsusi pasportlara malik vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında” Saziş təsdiqlənib, “Azərbaycan hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında” Saziş, “İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanun qəbul olunub. Qeyd edək ki, iclasda Hesablama Palatasının illik hesabatı dinləniləcək.
    21.04.10 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk Qrupunun rusiyalı yeni həmsədri Bakıya gəlib
    ATƏT-in Minsk Qrupunun rusiyalı yeni həmsədrinin adı məlum olub. KƏLAMİNFO xəbər verir ki, bu, İqor Popovdur. Artıq İ.Popov bu gün səhər saatlarında həmsədr Yuri Merzlyakovla birlikdə Bakıya gəlib. Yeni həmsədr Heydər Əliyev adına Beynəlxalq Hava Limanında verdiyi açıqlamada həmsədr postunda münaqişənin həllinə töhfə verməyə çalışacağını söyləyib.
    20.04.10 Məqaləni oxumaq
     
    Ali məktəblərə qəbulla bağlı 130-a yaxın Sənəd Qəbulu Komissiyaları fəaliyyət göstərir
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar mətbuat konfransı keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən TQDK-ın Təşkilat şöbəsinin müdüri Arzu Bağırov ərizə qəbulu elanının tam mətninin hazırda çapdan çıxmış “Abituriyent” jurnalının 2-ci sayında nəşr olunduğunu bilidirdi.
    20.04.10 Məqaləni oxumaq
     
    Sənəd Qəbulu Komissiyalarında hərbi masalar fəaliyyət göstərəcək
    Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu zamanı Sənəd Qəbulu Komissiyalarında hərbi masalar da fəaliyyət göstərəcək. Burada müvafiq hərbi komissarlıqların nümayəndələri təmsil olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin müdüri Arzu Bağırov bildirib. Onun sözlərinə görə, burada sənəd verən abituriyentlər arasında hərbi mükəlləfiyyətli gənclərin sənədləri yoxlanılacaq. “Onların ərizəsi hərbi komissarlığın nümayəndələrinin icazəsi olduqdan sonra təsdiq olunacaq”,-deyə TQDK-ın şöbə müdüri vurğulayıb. A.Bağırov onu da qeyd edib ki, şəxsiyyət vəsiqəsində şəkili olmayan, 16 yaşı tamam olmamış abituriyentlər üçün də bütün rayonlarda ayrıca komissiya fəaliyyət göstərir. “Sənədlərində şəkili olmayan abituriyentlər həmin komissiyalara müraciət edəcəklər. Orada onların şəkilləri çəkilərək elektron ərizələrə daxil ediləcək”,-deyə A.Bağırov əlavə edib.
    20.04.10 Məqaləni oxumaq
     
    Ali təhsil müəssisələrinə imtahanlarla bağlı keçid ballar müəyyənləşdi
    Cari il ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə keçid balları müəyyənləşdirilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin müdiri Arzu Bağırov bildirib. Onun sözlərinə görə, III ixtisas qrupunda müsabiqədə ümumi balı 300-dən, digər qruplarda isə 250-dən çox olan abituriyentlər iştirak edəcəklər. “Abituriyentlərin hər imtahan fənni üzrə ayrılıqda topladığı nisbi bal 10-dan az olmamalıdır. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Keçid ballarının aşağı salınacağını indidən demək çətindir. Bu, abituriyentlərin imtahan səviyyəsindən asılı olacaq. Abituriyentlər kifayət qədər olarsa, imtahan şərtləri dəyişməyəcək”,-deyə A.Bağırob vurğulayıb.
    20.04.10 Məqaləni oxumaq
     
    Ölkədə yaşayan əcnəbilər ali və orta ixtisas məktəblərinə ərizə qəbulu üçün TQDK-ya müraciət etməlidirlər
    Hazırda Azərbaycanda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ali və orta ixtisas məktəblərinə ərizə vermək üçün yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mərkəzi binasına müraciət etməlidirlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK-ın Təşkilat şöbəsinin müdüri Arzu Bağırov açıqlayıb. A.Bağırov qeyd edib ki, cari il ərizə qəbulu zamanı Gürcüstanda yaşayan azərbaycanlılar Qazax Təhsil şöbəsində, Dağıstanda yaşayan azərbaycanlılar isə Qusar Təhsil şöbəsində yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət edəcəklər. “Xüsusi təyinatlı ali məktəblərə sənəd vermək istəyən abituriyentlər üçün isə həmin ali məktəblərdə SQK-lar yaradılıb. Bundan başqa Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dilindən imtahanın vaxtı da müəyyənləşib. Onlar bu imtahanları mayın 23-ü və iyunun 20-də verəcəklər. Mayın 23-də imtahan verən abituriyentlər elektron ərizələrini mayın 14-dək təsdiq etdirməlidirlər”,-deyə A.Bağırov bildirib.
    20.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Apr.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930