Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2010
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Türkiyə BMM-də Naxçıvan Sazişinə həsr olunmuş simpozium keçirib
    Bayram Niftəliyev/AZADİNFORM. Türkiyə Böyük Millət Məclisində Altay Mədəniyyət, Təhsil və Sənət Vəqfinin təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə həsr olunmuş simpozium keçirilib. AZADİNFORM xəbər verir ki, Türkiyənin dövlət naziri Faruk Çəlik bildirib ki, Türk cümhuriyyətlərinin müstəqilliyinin ilk illərində meydana gələn “Naxçıvan ruhu” keçən il Naxçıvan Sazişi ilə rəsmiləşib.
    06.04.10 Məqaləni oxumaq
     
    Hüseyn Cavid Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı Özbəkistana səfərə gedir
    Aprelin 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanlı Özbəkistana səfər edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Səfərin məqsədi aprelin 9-da Daşkənd şəhərində keçirilən “Topal Teymur” dramının 85 illik yubileyinə həsr olunan elmi konfransda iştirak etməkdir. Qeyd edək ki, konfransın təşkilatçıları Azərbaycanın Özbəkistandakı səfirliyi, “Teymurilər” Muzeyi və Hüseyn Cavidin Ev Muzeyidir. Səfər aprelin 12-dək davam edəcək.
    06.04.10 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Danışıqlar nəticə verməsə, işğal olunmuş torpaqların hərbi yolla azad edilməsi gündəmə gələcək”
    “Əgər danışıqlar bir nəticə verməsə, işğal olunmuş torpaqların hərbi yolla azad edilməsi gündəmə gələcək. Azərbaycanın dövlət başçısı bu mövqeyini dəfələrlə bəyan edib”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib. Z.Əsgərov bildirib ki, hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli istiqamətində fəaliyyətini davam etdirir. O, tərəflərin yenilənmiş Madrid prinsipləri ilə bağlı mövqelərini bildirdiklərini vurğulayıb. Vitse-spiker qeyd edib ki, danışıqlar prosesini Ermənistan tərəfi uzatmağa çalışır. “Ermənistan imitasiya xatirinə danışıqları aparır. Amma bu, nə vaxta qədər davam etməlidir? Əgər danışıqlar prosesi konkret nəticə verməsə, hərbi variant istisna deyil”,-deyə Z.Əsgərov vurğulayıb.
    06.04.10 Məqaləni oxumaq
     
    Rəsul Rzanın Göyçayda ev-muzeyi açılacaq
    XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan xalq şairi Rəsul Rzanın 100 illik yubileyi ilə bağlı müxtəlif bölgələrdə silsilə tədbirlər keçiriləcək. Tədbirlər çərçivəsində şairin doğulub boya-başa çatdığı Göyçayda da yubiley mərasimləri təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Göyçay rayon İcra Hakimiyyətindən veriblər. Göyçayda həmçinin şairin ev-muzeyi də açılacaq. Qeyd edək ki, R.Rzanın 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi haqqında prezident İlham Əliyev bir müddət əvvəl müvafiq Sərəncam imzalayıb.
    06.04.10 Məqaləni oxumaq
     
    TQDK növbəti sınaq imtahanını aprelin 11-də keçirəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Respublikanın 28 şəhər və rayonunda keçirilmiş imtahanda iştirak etmək üçün 31 538 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanı ümumilikdə 35 binada keçirilib, prosesin idarə olunmasına 123 imtahan rəhbəri, 1039 nəzarətçi-müəllim cəlb olunub. Sınaq imtahanının nəticələrinin aprelin 8-də TQDK-nın internet saytında yerləşdirilməsi nəzərdə tutulub. Növbəti sınaq imtahanı isə aprelin 11-də keçiriləcək. Hazırda aprelin 11-də və 18-də keçiriləcək sınaq imtahalarına yazılış davam edir.
    05.04.10 Məqaləni oxumaq
     
    Azərbaycanlı uşaqlar Türkiyə prezidenti A.Gül və Baş nazir R.T.Ərdoğanla görüşəcəklər
    Aprelin 14-də Türkiyədə 32-ci Beynəlxalq Uşaq Festivalı keçiriləcək. Festivalda Azərbaycanı Musiqili Komediya Teatrında yeni fəaliyyətə başlayan “Təbəssüm” Uşaq Studiyası təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Təbəssüm” Uşaq Studiyasından veriblər. Festivalın təşkilatçısı Türkiyənin TRT televiziya kanalıdır. Festivala dünyanın 47 ölkəsindən uşaq kollektivləri dəvət olunub. “Təbəssüm” festivalda 8 yaşdan 13 yaşa qədər olan, 20 solistdən ibarət heyətlə çıxış edəcək. Uşaq bayramı layihəsi çərçivəsində Türkiyənin prezidenti Abdulla Gül və Baş nazir R.T.Ərdoğanla görüş keçiriləcək. Bu görüşdə Azərbaycanı 11 yaşlı Vaqif Əsədov təmsil edəcək.
    05.04.10 Məqaləni oxumaq
     
    AMEA-nın vitse-prezidentləri Moskvaya gedəcəklər
    Aprelin 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidentləri, akademiklər Akif Əlizadə və Nailə Vəlixanlı Rusiya Federasiyasına (RF) səfər edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Səfərin məqsədi aprelin 8-də Moskvada keçiriləcək faşizm üzərində qələbənin 65 illiyinə həsr olunan beynəlxalq konfransda iştirak etməkdir. Qeyd edək ki, səfər aprelin 10-dək davam edəcək.
    05.04.10 Məqaləni oxumaq
     
    Ankarada Azərbaycan Mədəniyyət Günü qeyd ediləcək
    Aprelin 9-da Turkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Mədəniyyət Günü (Azərbaycan Kültür Günü) qeyd ediləcək. KƏLAMİNFO-nun Türkiyə bürosu xəbər verir ki, International Student Office və ATMB-nin dəstəyi ilə keçiriləcək tədbiri azərbaycanlı tələblər təşkil edir. Məlumatda bildirilir ki, 300-dən çox qonağın iştirak edəcəyi mərasim Ankara Universiteti Hüquq Fakultəsinin Cemil Bilsel Konfrans Salonunda keçiriləcək. Tədbirdə proqrama uyğun olaraq ilk Azərbaycan Respublikası haqqında sinevizyon təqdim ediləcək. Daha sonra gənc mugənnilərin və Cavid Tebrizlinin ifasında Azərbaycan musiqiləri səslənəcək, Azərbaycanın mədəniyyəti və tarixi ilə bagli sual-cavab oyunları keçiriləcək ve s. Proqramın sonunda iştirakçılara Azərbaycan sirniyyatları təqdim ediləcək.
    05.04.10 Məqaləni oxumaq
     
    İsveçdə yeni minarəsiz məscid istifadəyə verilib
    İsveçdə yeni məscid və Türk-islam Mədəniyyət Mərkəzinin açılışı olub. KƏLAMİNFO xəbər verir ki, açılışda xristian katolik və pravoslav kilsələrinin baş keşişləri də daxil olmaqla yüzlərlə insan iştirak edib. Məscid minarəsiz olması ilə diqqət çəkib. Tədbirdə bunun dinlərarası dialoqa heç bir təsir göstərməyəcəyi vurğulanıb. Qeyd edək ki, son dövrlər bir çox Avropa ölkəsində minarəli məscidlərə və azan oxunmasına qarşı kütləvi aksiyalar keçirilib.
    05.04.10 Məqaləni oxumaq
     
    “Rusca-Azərbaycanca arıçılıq terminləri” adlı lüğət çap olunub
    Biologiya elmləri namizədi Hacı Qulamhüseyn Sultanlının “Rusca-Azərbaycanca arıçılıq terminləri” adlı lüğəti çap olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) veriblər. Lüğətdə arıçılığa dair rus dilində olan ədəbiyyatlarda işlədilən 4200-ə qədər termin və ifadələrin ilk dəfə Azərbaycan dilində tərcüməsi verilib. “Azər” Nəşriyyatı tərəfindən çap olunan lüğət peşəkar və həvəskar arıçılar, baytarlıq mütəxəssisləri, aqronomlar, elmi işçilər, bioloqlar və tərcüməçilər üçün nəzərdə tutulub. Lüğətdən Dövlət Aqrar Universitetinin tələbələri, müəllimləri, habelə orta məktəb şagird və müəllimləri də istifadə edə bilərlər. Lüğətin elmi redaktorları akademik Musa Musayev, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır. Qeyd edək ki, lüğət AMEA-nın Terminologiya Komissiyasının qərarı ilə nəşr olunub.
    05.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Apr.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930