|
Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
Dünyanın ən hündür binası fəaliyyətini bərpa edib
|
Dubayda dünyanın ən hündür binası "Burc Xəlifə"nin müşahidə otağı yenidən ziyarətçilərin üzünə açılıb. KƏLAMİNFO xarici KİV-lərə istinadən xəbər verir ki, "Burc Xəlifə" iki ay öncə liftində yaranmış problemlə bağlı bağlanmışdı. Qüllənin açılması ilə yenidən Dubaya dünyanın ən hündür binasının 124-cü mərtəbəsindən baxmaq istəyənlərin bilet növbəsi yaranıb.
Qeyd edək ki, 828 m hündürlüyündə olan bina yanvar ayında möhtəşəm mərasimlə açılıb. Fevral ayında isə içərisində sərnişinlər olan lift iki mərtəbənin arasında qalıb. Bundan sonra rəsmilər liftin təmiri və sərnişinlərin təhlükəsizliyi üçün müşahidə otağına ziyarətçı qəbulunu dayandırıblar.
|
05.04.10 Məqaləni oxumaq
|
|
|
Dövlət Film Fondunun əməkdaşları Gürcüstandan lazımı arxiv sənədləri ilə qayıdıb
|
Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Milli Arxivində ezamiyyətdə olub. Səfər müddətində Gürcüstan Milli Film Fondundan nadir və qiymətli arxiv sənədlərinin surətləri Azərbaycana gətirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Fonddan veriblər.
Bu sənədlər arasında rus fotoqrafı Dmitri Yermakovun 1854-1880-ci illərdə Bakı, Şamaxı, Gəncə, Şəki, Lənkəran və Naxçıvanda çəkdiyi fotoların surətləri və XX əsrin əvvəllərində gürcü kinooperatorları tərəfindən lentə alınmış Bakı komissarlarının dəfni ilə bağlı kinokadrlardır. Sənədlər arasında 1928-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi iclaslarının kinoxronikası və Azərbaycan Milli Dram Teatrının 1960-cı ildə Tiflis şəhərində qastrol səfərindən çəkilmiş kinolenti də var. Azərbaycanın ilk professional kinorejissoru Səməd Mərdanovun, xalq artisti Mustafa Mərdanovun vaxtilə Tiflisdə yaşadıqları evin təsviri və fotoları da fondun arxivinə daxil edilib.
|
03.04.10 Məqaləni oxumaq
|
|
|
MM-də “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi”i dinlənildi
|
Bu gün Milli Məclisin növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın Kəlbəcər rayonunun işğalından 17 il ötdüyünü bildirdi. Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 822 nömrəli qətnamə qəbul edildiyini xatırladan O.Əsədov sənəddə Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarının dərhal, qeyri-şərtsiz azad olunmasının tələb edildiyini vurğuladı. Spiker prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminliyini bildirdi.
|
03.04.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın 45 ali təhsil müəssisəsində 6813 əcnəbi təhsil alır
|
Bu gün Təhsil Nazirliyində “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusunda kollegiya iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, təhsil naziri Misir Mərdanov və ali məktəb rektorlarının iştirakı ilə keçirilən iclasda əcnəbi vətəndaşların ölkəmizdə təhsili ilə bağlı nazir müavini Elmar Qasımovun təqdimatı olub.
E.Qasımov bildirib ki, iclasın əsas müzakirə obyekti əcnəbi tələbələrin təlim-tədris prosesinin təkmilləşdirilməsi, ölkəmizin ali təhsil müəssisələrində təhsil alan əcənbilərin cəmiyyətə inteqrasiyası və yerli şəraitə uyğunlaşdırlması, ali məktəblərdə onlar üçün fəaliyyət göstərən hazırlıq fakültə, mərkəz və şöbələrin maddi-texniki bazalarının təkmilləşdirilməsidir.
|
03.04.10 Məqaləni oxumaq
|
|
|
ADU-da “Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi” mövzusunda Dəyirmi masa keçirilib
|
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi” mövzusunda Dəyirmi masa keçirilib. KƏLAMİNFO xəbər verir ki, ali təhsil ocağının İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin təşəbbüsü, Təhsil Nazirliyi, Azərbaycan Mətbuat Şurası (MŞ) ilə birgə təşkil edilən tədbirdə çıxış edən ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova çalışdığı təhsil ocağının rəhbərliyi tərəfindən mətbuat xidmətinə göstərilən diqqət, sərbəstlik və verilən səlahiyyətləri, ümumilikdə mediaya göstərilən qayğı və dəstək olduğunu vurğulayıb. ADU-da mətbuat xidməti strukturunun fəaliyyətinin səmərəli olması üçün bu amillərin mühüm faktor olduğunu diqqətə çatdıran Z.Kazımova təhsil naziri Misir Mərdanov tərəfindən ADU-nun mətbuat xidmətinə təşəkkür məktubunun ünvanlandığını xatırladıb.
“Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, mətbuat xidmətləri oxucunun marağını nəzərə alaraq materialları daha dəqiqliklə seçib KİV-ə göndərməlidirlər.
|
02.04.10 Məqaləni oxumaq
|
|
|
Təhsil naziri Misir Mərdanov meydanda tək qalıb
|
Çox təəssüf ki, Azərbaycanda rəsmi vəzifə tutan adamlar da son vaxtlar cəmiyyətdə belə bir fikir formalaşdırırlar ki, guya Azərbaycanın təhsil sistemi dağılır, təhsil işçilərinin hamısı rüşvətxordur, Azərbaycan təhsili məhvə gedir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov ali məktəb rektorlarının iştirakı ilə keçirilən kollegiya iclasında söyləyib.
M.Mərdanov qeyd edib ki, ən təəssüf doğuran hal isə odur ki, bu ağır və məsuliyyətli işi şərəflə öz çiynində aparan adamlar bu hücumların qarşısında susur. Nazir, Azərbaycanda yüksək təhsil alan kifayət qədər qabiliyyətli şəxslərin olduğunu vurğulayıb. “Hətta böyük vəzifə tutan adamlar rəsmi elan edirlər ki, mənim bu qədər boş yerim var, heç bir nəfər də adam tapmıram ki, götürüm işləsin. Bu söhbətlər dəfələrlə mənim yanımda olub.
|
02.04.10 Məqaləni oxumaq
|
|
|
Rektor BDU-nun reytinqinə və əcnəbi tələbələrin daha çox cəlbinə zərər verən amillərdən danışdı
|
Yataqxanalardan məcburi köçkünlərin çıxarılması üçün vəsait ayrılıb və bu prosses tədricən baş verəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov verib.
Rektor əmin olduğunu bildirib ki, ilk növbədə BDU-nun yataqxanalarında məskunlaşan məcburi köçkünlər köçürüləcək. Onun sözlərinə görə, BDU-nun yataqxanalarının 99 faizində məcburi köçkünlər yaşayır. “Universitet yataqxanalarında tələbələrdən heç kim qalmır. Buna görə də biz çox xahiş etmişik ki, yataqxanaların köçürülməsinə bizim universitetdən başlasınlar. Belə bir plan da var. Yaxın vaxtlarda bu işə başlanılacaq”,-deyən A.Məhərrəmov əlavə edib ki, hazırda BDU-nun yataqxanalarının 9 korpusunun hamısında 5 minə yaxın məcburi köçkün ailəsi yaşayır.
|
02.04.10 Məqaləni oxumaq
|
|
|
BDU və Azərbaycan Tibb Universitetinin ötən il əcnəbilərdən gələn illik gəliri ayrı-ayrılıqda 1 mln. manat olub
|
Azərbaycanda əcnəbi tələbələrin təhsili üçün lazımi potensial var və onların ölkəmizə axınına mane olan bəzi problemləri aradan qaldırmaq lazımdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə fikirləri təhsil nazirinin müavini Elmar Qasımov söyləyib.
E.Qasımov bildirib ki, əcnəbi vətəndaşların ölkəmizdə təhsili ilə bağlı problemlərdən biri onların yataqxana ilə təminatı problemidir. Nazir müavini rektorlardan xahiş edib ki, bu məsələyə diqqət yetirilsin və Bakıda yataqxana tikmək istəyən iş adamları ilə danışıqlar aparılsın. O, ali təhsil müəssisələrində təhsil haqqının çox olduğunu da əcnəbilərin Azərbaycanda təhsilinə mane olduğunu istisna etməyib və rektorlardan bu məsələyə də yenidən baxılmasını xahiş edib. Ali təhsil müəssisələrində təhsil alan əcnəbilərdən gələn gəlirlərin heç da az olmadığını diqqətə çatdıran E.Qasımov bildirib ki, hesablamalara görə, ötən il Bakı Dövlət Universitetinin (BDU) əcnəbilərdən gələn illik gəliri 1 mln. Azərbaycan Tibb Universitetinin (ATU) 1 mln., Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) isə 600 min manata yaxın olub.
|
02.04.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ölkəmizin Qırğızıstandakı səfirliyi mərasim təşkil edib
|
Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ölkəmizin Qırğızıstandakı səfirliyi mərasim təşkil edib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə paytaxtdakı diasporumuzun üzvləri, azərbaycanlı tələbələr, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı vəhşiliklər və cinayətlər barədə geniş məlumat verib, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu hadisələrə hüquqi-siyasi qiymətin verdiyini diqqətə çatdırıb. Səfir ermənilərin Türkiyəyə qarşı qaldırdıqları soyqırımı iddiasının tamamilə yalan və əsassız olduğunu diqqətə çatdırıb.
Sonra səfir xalq şairi Zəlimxan Yaqubun Azərbaycandan Orta Asiyaya sürgün olunmuş və represiyaya məruz qalmış soydaşlarımıza həsr etdiyi, Almatıda Azərbaycan dilində çap olunmuş “Sürgün” kitabı haqqında məlumat verib.
|
02.04.10 Məqaləni oxumaq
|
|
|
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir
|
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. KƏLAMİNFO xəbər verir ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Anıtqəbirə gedərək Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyinə əklil qoyub. Sonra Ramiz Mehdiyev fəxri qonaqlar kitabına ürək sözlərini yazıb və Anıtqəbirdəki muzeylə tanış oldu.
R.Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti əvvəlcə Türkiyə Milli Təhlükəsizlik Şurasında qurumun baş katibi Sərdar Kılıç ilə görüşüb. Görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
|
02.04.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|