Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2010
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Türk əsilli Aygül Özkan Almaniyada nazir təyin edilib
    Almaniya Xristian Demokratlar Partiyasından olan türk əsilli Aygül Özkan ölkənin sosial işlər naziri təyin edilib. KƏLAMİNFO xəbər verir ki, türk əsilli Aygül Özkan 2004-cü ildə siyasətə gəlib və qısa zamanda çox böyük uğurlar əldə edib.
    20.04.10 Məqaləni oxumaq
     
    “Mominun” və “Nur” İlahi Nəğmələr Qrupları ABŞ mətbuatında İslam Peyğəmbərinin (s) təhqir olmasını pisləyən bəyanat yayıb
    “Mominun” İlahi Nəğmələr Qrupunun bədii rəhbəri Hacı Məhdi Dərbəndi və “Nur” İlahi Nəğmələr Qrupunun bədii rəhbəri Məşhədi Rahim Dərviş ABŞ mətbuatında İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) təhqir olunması ilə bağlı bəyanat yayıblar. KƏLAMİNFO xəbər verir ki, bəyanatda bildirilir ki, ABŞ mətbuatında İslam dini müqəddəslərinə qarşı təhqir kuliminasiya həddinə çatıb. Amerika telekanallarının birində “South Park” animasiya serialında İslam Peyğəmbərinin (s) təhqirinə yol açan kadrlar nümayiş olunub. “South Park” animasiya serialı bir neçə il öncə də Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Muhəmmədin (s) təhqrinə yol açan filmlər yayımlayıb. Bu dəfə İslam Peyğəmbəri (s) ilə yanaşı, dinimizin ehtiramını qorumağı hər bir müsəlmana əmr etdiyi məsum peyğəmbərlərdən Həzrət İsanı (ə) da ayı kostyumu geyinmiş vəziyyətdə ekranlarda nümayiş etdirib. Bəyanatda qeyd olunur ki, bu kimi halları kəskin tənqid edərək biz bir daha bu cür halların yolverilməz olduğunu bildirərək demokratik dəyərlərilə dünyaya meydan oxuyan ABŞ-a mövcud aşağılamalara son qoymağı tələb edirik.
    20.04.10 Məqaləni oxumaq
     
    Sabit Rəhmanın 100 illik yubileyi keçiriləcək
    Aprelin 21-də Dövlət Film Fondunda görkəmli şair və dramaturq Sabit Rəhmanın 100 illik yubileyi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Film Fondundan veriblər. Slavyan Universiteti ilə Film Fondunun birgə təşkil edəcəyi tədbirdə Sabit Rəhmanın yaradıcılığından söhbət açılacaq, ssenari müəllifi olduğu “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır” filmlərindən fraqmentlər göstəriləcək.
    20.04.10 Məqaləni oxumaq
     
    ABŞ Azərbaycanla tərəfdaşlığını yüksək qiymətləndirir
    Aprelin 17-də Azərbaycana bir günlük səfər edən ABŞ Müdafiə Nazirliyinin rəsmisi Mişel Flurni Azərbaycanı Birləşmiş Ştatların mühüm tərəfdaşı adlandırıb və Azərbaycana Əfqanıstandakı töhfələri və zorakı ekstremizmlə mübarizədə əməkdaşlığına görə təşəkkürünü bildirib. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya ABŞ-ın ölkəmizdəki səfirliyindən veriblər. ABŞ müdafiə nazirinin hərbi-siyasi məsələlər üzrə müavini Mişel Flurni səfər çərçivəsində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Müdafiə nazirinin hərbi-siyasi məsələlər üzrə baş məsləhətçisi olan xanım Flurni Birləşmiş Ştatların Azərbaycanla strateji münasibət üzrə öhdəliyini bir daha təsdiqləyib. O, regional sabitlik və inkişafa təkan verilməsi istiqamətində ABŞ-la Azərbaycan arasında qarşılıqlı maraqları müzakirə etməyə müvəffəq olub.
    20.04.10 Məqaləni oxumaq
     
    Ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başa çatır
    Bu gün ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd qəbulu başa çatır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Respublika ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd qəbulu aprelin 12-dən aparılmağa başlanıb. Bakalavrlar şəxsiyyət vəsiqəsindən və “TQDK-nın ödəmə kartı”dan istifadə etməklə komissiyanın müvafiq internet səhifəsində “Bakalavrın elektron ərizəsi” formasını doldurur, daha sonra Sənəd Qəbulu Komissiyasına müraciət etməklə həmin ərizəsini təsdiq etdirirlər. Bu gün saat 09:30-dək 12 794 bakalavr elektron ərizəsini təsdiq etdirib. Qeyd edək ki, magistraturaya birinci mərhələnin imtahanı mayın 2-də keçirilicək.
    20.04.10 Məqaləni oxumaq
     
    ADU-da “Səkkiz qadın” əsəri ingilis dilində nümayiş olunacaq
    Aprelin 21-də Azərbaycan Dillər Universitetinin əsas binasında (ADU) ADU-nun I kurs tələbələrinin ifasında məşhur fransız dramaturqu Rober Tomanın “Səkkiz qadın” əsərinin İngilis dilində səhnələşdirilmiş tamaşasının nümayişi olacaq. ADU-nun mətbuat xidmətindən Zeynab Kazımovanın KƏLAMİNFO-ya verdiyi məlumata görə, tamaşa Xarici dillərin tədrisi metodikası kafedrasının əməkdaşı Günel Qasımovanın bədii rəhbərliyi ilə səhnələşdirilib. Qeyd edək ki, Azərbaycan Dillər Universitetində mütəmadi olaraq müxtəlif tamaşalar xarici dillərdə səhnələşdirilir. Bu tələbələrin xarici dil biliklərini kommunikativik baxımdan daha da inkişaf etməsinə kömək edir.
    19.04.10 Məqaləni oxumaq
     
    “Turizm haqqında” qanuna dəyişikliklər ediləcək
    “Turizm haqqında” qanuna əlavə və dəyişikliklər üzərində iş aparılır. Bu məqsədlə xüsusi bir komissiya yaradılıb və bu komissiya bütün təklifləri topladıqdan sonra Milli Məclisə təqdim edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı BMT-nin İnkişaf Proqramının turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov verib. Onun sözlərinə görə, ötən dövr ərzində turizm sahəsinə aid qanunvericilik sənədlərinin təkmilləşdirilməsi üçün lazımi işlər görülüb və görülməkdədir. Bunlar turizm sahəsində fəaliyyət göstərən şirkətlərin sertifikatlaşdırılması, qeydiyyatı və digər məsələləri əhatə edir. “Bu qanunda müasir dövrün tələblərinə cavab verən məsələlər, dəyişikliklər öz əksini tapacaq və mən inanıram ki, bundan sonra daha yeni turizm obyektləri fəaliyyətə başlayacaq və onların daha yeni formada, müasir standartlara cavab verən iş üslubunda fəaliyyət göstərəcəyinin şahidi olacağıq”,-deyə F.Qürbətov bildirib.
    17.04.10 Məqaləni oxumaq
     
    Bakıda “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfrans başlayıb
    Bu gün Avropa otelində, “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Fransanın “Avrasiya - Yeni Üfüqlər” təşkilatı tərəfindən təşkil edilib. Tədbirdə çıxış edən “Avrasiya Yeni Üfüqlər” Təşkilatının sədri Tyeri Mariani bildirib ki, son illər Azərbaycanın bir sıra sahələrdə olduğu kimi, ictimai-siyasi həyatında da müvəffəqiyyətləri var. O, payızda keçiriləcək parlament seçkilərinin də demokratik başa çatacağına inandığını vurğulayıb.
    17.04.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Azərbaycanda demokratik seçkilərin keçirilməsi dövlətin diqqətindədir”
    Azərbaycanın Seçki Məcəlləsi Avropa standartlarına uyğunlaşdırılıb və Azərbaycan dünya standartlarına uyğun seçki keçirməyə tam hazırdır. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən bildirib. Ə.Həsənov qeyd edib ki, Azərbaycanda seçki mühiti, ictimai-siyasi vəziyyət bunu deməyə əsas verir. Onun sözlərinə görə, insanların seçib-seçilmək hüququnun tanınması, bərabər seçki mühitinin yaradılması, seçki prossesinin şəffaflığı, səslərin sayılması və protokolların düzgün tərtib olunması Azərbaycan dövlətinin diqqət mərkəzindədir və bu istiqamətdə zəruri tədbirlər görülür. O, növbəti parlament seçkilərində də bütün namizədlərə bərabər şəraitin yaradılacağını söyləyib.
    17.04.10 Məqaləni oxumaq
     
    Kurmanbək Bakiyev istefa verib
    Qırğızıstan prezidenti Kurmanbək Bakiyev tutduğu postdan istefa verib. KƏLAMİNFO xəbər verir ki, K.Bakiyev aprelin 15-də ölkəni tərk edərək Qazaxıstana uçmamışdan öncə istefa ərizəsi yazıb. K.Bakıyevin istefaya getdiyini müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva da təsdiq edib. Qeyd edək ki, K.Bakıyev istefa ərizəsində bildirib ki, bu faciəli günlərdə mən (Kurmanbəy Bakiyev) xalqın gələcəyi və Qırğızıstanın bütövlüyü üçün bütün məsuliyyəti dərk edirəm və Konstitusiyanın 50-ci maddəsinə uyğun olaraq istefaya gedirəm.
    17.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Apr.2010
    .......
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930