|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
Ermənistan prezidenti ermənilərə müraciət edəcək
|
Bu gün Ermənistan prezidenti Serj Sarkisyan ermənilərə müraciət edəcək. Ermənistan prezidenti bu barədə Milli Təhlükəsizlik Şurasının iclasında bəyan edib. KƏLAMİNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sarkisyan Ermənistan-Türkiyə münasibətləri məsələsində məsləhətləşmələrin nəticəsi barədə xalqa müraciət edəcək.
|
23.04.10 Məqaləni oxumaq
|
|
|
Rəqəmli televiziya yayımına keçid 2012-ci ildə baş tutacaq
|
Azərbaycanda rəqəmli televiziya yayımına keçidin 2012-ci ildə başa çatdırılması planlaşdırılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Radiotezliklər İdarəsindən (DRİ) veriblər.
Beynəlxalq Telekommunikasiya İttifaqının qərarına əsasən 2015-ci ilədək bütün dünyada televiziya və radio verilişləri rəqəmli yayıma keçiriləcək və həmin vaxtdan etibarən əvvəlki radio və televizorların istehsalı dayandırılacaq. Bu sistemə keçid keyfiyyəti artırmaqla yanaşı, yeni xidmətlərin göstərilməsinə şərait yaradacaq.
|
23.04.10 Məqaləni oxumaq
|
|
|
Mədəniyyət və Turizm Nazirliyi Sabirabadda kənd mədəniyyət işçiləri ilə görüş keçirir
|
Bu gün Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri Sabirabad rayonunda kənd mədəniyyət işçiləri ilə görüş keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Görüş regionlarda, xüsusilə kənd mədəniyyət müəssisələrinin fəaliyyətində, mövcud olan problemlərin, habelə vətəndaşların müraciətlərində qaldırılan müvafiq məsələlərin yerində araşdırılması və həlli yollarının müəyyənləşdirilməsi məqsədi daşıyır. Tədbirdə Nazirliyin Aparat rəhbəri Firudin Qurbanov regionların iqtisadi inkişafı ilə bağlı görülən müvafiq tədbirlər, mədəniyyət və turizm sahələrində dövlət siyasətinin əsas istiqamətləri haqqında məlumat verəcək. Eyni zamanda rayon mədəniyyət müəssisələrinin fəaliyyətində olan nöqsan və çatışmazlıqlar da qeyd olunacaq, onların həlli yolları müzakirə ediləcək.
|
23.04.10 Məqaləni oxumaq
|
|
|
NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilir
|
Bu gün Estoniyada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, iclasda əsasən, Avropanın “Soyuq müharibə” dövründən qalma amerikan nüvə başlıqlarının təmizlənməsi müzakirə olunacaq.
Qeyd edək ki, iki gün davam edəcək iclasda Bosniya və Hersoqovinanın quruma üzvlüyü və Əfqanistandakı hazırki vəziyyət haqqında dinləmələr keçiriləcək.
|
23.04.10 Məqaləni oxumaq
|
|
|
Qırğızıstanda Konstitusiya dəyişikliyi ilə bağlı referendumun tarixi müəyyənləşib
|
Qırğızıstanın müvəqqəti hökuməti Konstitusiya dəyişikliyi ilə bağlı referendumun tarixini müəyyənləşdirib. KƏLAMİNFO xəbər verir ki, müvəqqəti hökumət rəhbərinin müavini Omurbek Tekebayev bildirib ki, Konstitusiya layihəsi aprelin 25-də ictimaiyyətə təqdim ediləcək, referendum isə iyunun 27-də keçiriləcək.
Oktyabrın 10-da ölkədə parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Eyni gün prezident seçkisinin də keçiriləcəyi istisna edilmir.
|
22.04.10 Məqaləni oxumaq
|
|
|
Moskva meri olmağa çalışan Vladimir Jirinovski şəhərdən miqrantları tamamilə çıxartmaq niyyətindədir
|
Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski Moskva meri olmaq niyyətindədir. Bu vəzifədə onun ilk məqsədi paytaxtdan bütün miqrantları çıxartmaqdır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə V.Jirnovski Dövlət Dumasının iclasında özü bəyan edib.
O, bildirib ki, əgər bu vəzifəyə sahib olarsa, şəhərdə güclü nizam-intizam yaradar, Moskvada isə bir nəfər olsun miqrant olmaz. V.Jirinovski baş nazir Vladimir Putinin parlamentdə çıxışından sonra söz alaraq, Moskva meri Yuri Lujkovu tənqid atəşinə tutub. Xüsusilə, Jirinovski Lujkovu, məhkəmələrə təzyq göstərməkdə ittiham edib, onun ətrafını “Moskva mafiyası” adlandırıb.
Jirinovskinin bu sözləri, parlamentdə qalmaqala səbəb olub.
Vitse-spiker Andrey Metelski Jirinovskinin bu bəyanatını yalan və şəhər rəhbərliyinə böhtan adlandırıb.
|
22.04.10 Məqaləni oxumaq
|
|
|
Aydın Mirzəzadə: “Azərbaycan və Türkiyə beynəlxalq arenada bir-birinin mövqeyini dəstəkləyən strateji tərəfdaşdır”
|
“Azərbaycanla Türkiyə beynəlxalq arenada bir-birinin mövqeyini dəstəkləyən strateji tərəfdaşdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Ankara qeyd-şərtsiz Azərbaycanın mövqeyini dəstəkləməkdədir və Azərbaycanın prinsipial mövqeyi bəhs edilən prossesdə Türkiyə tərəfindən ilkin nəzərə alınan amil kimi çıxış edir”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib.
A.Mirzəzadənin sözlərinə görə, tarixi siyasi təcrübə və hazırki reallıqlar onu göstərir ki, Türkiyə istər regiona yönəlik, istər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar, istərsə də Türkiyə-Ermənistan diplomatik münasibətlərinin bərpa olunması məsələləri ətrafında planlaşdırılmamış və proqnozlaşdırılmamış hər hansı bir addım atmayacaq. “Bu cəhdlər şübhəsiz, regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması ilə nəticələnə bilər ki, bu da regional və qlobal miqyasda sülh, tərəfdaşlıq və əməkdaşlığa can atan bütün dövlətlər tərəfindən arzuolunan haldır",- eyə millət vəkili vurğulayıb.
|
22.04.10 Məqaləni oxumaq
|
|
|
Nuşirəvan Məhərrəmli: “Ölkədə teleradioların fəaliyyəti ictimaiyyəti ciddi narahat edir”
|
Ölkədə teleradioların fəaliyyəti ictimaiyyəti ciddi narahat edir. Buna “Qaynar xətt”imizə daxil olan çoxsaylı müraciətlərdə də şahid oluruq. Bu barədə açıqlama ilə Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli çıxış edib.
“MTRŞ yarandığı ilk gündən qarşısına məqsəd qoyub ki, inzibati yollarla deyil, qarşılıqlı anlaşma şəraitində problemləri həll etsin. Hazırda ən narahedici məsələ verilişlərin keyfiyyətidir. Ötən il aparılan danışıqlardan sonra bu vəziyyət yaxşılğa doğru hiss olunurdusa, cari ilin fevral, mart və aprel aylarında aparılan araşdırmalar göstərdi ki, şou xarakterli verilişlərin artma tendensiyası var. Son zaman qalmaqallardan bəhs edən verilişlərin sayı artmaqdadır, aparıcıların səhnə, geyim mədəniyyətinin aşağı səviyyədə olması hiss edilir. İstərdik ki, televiziyalarda 50%-dən çox yerli istehsallı filmlər, kliplər nümayiş olunsun. MTRŞ reklam bazarına bilavasitə təsir edə bilmir, ancaq mədəniyyət kanalının yaradılması digər kanalların reklam bazarına təsir edə bilər”,-deyə MTRŞ sədri əlavə etdi.
|
22.04.10 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: “Efir məkanına cəmiyyətin ən nümunəvi insanlarını gətirmək lazımdır”
|
Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət” adlı elmi-nəzəri konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov teleradio institutunun Azərbaycan cəmiyyətindəki rolunu hər zaman araşdırmağa ehtiyac olduğunu bildirdi.
Ə.Həsənov qeyd etdi ki, milli-mənəvi dəyər daşıyan teleradio vasitəsi elə bir institutdur ki, cəmiyyət həyatının aparıcı bir hissəsidir və bunun üçün də bu konfrans xüsusi əhəmiyyətə malikdir. “Biz daim teleradio məkanında inkişafı diqqət mərkəzində saxlayırıq. Bu sahədə MTRŞ da az iş görmür. Lakin bəzi kanalların fəaliyyəti bazar iqtisadiyyatı ilə əlaqədar olaraq cəmiyyətin ictimai tələbləri arasında məqamlarla üst-üstə düşmür. Burada televiziyaların maddi təlabatları da xüsusi rol oynayır. Buna baxmayaraq, teleradio cəmiyyətin aparıcı vasitəsi olduğu üçün o, cəmiyyətimizin gələcəyi üçün də həlledici amildir. Hansısa bir televiziya proqramı həftənin beş günü və hər gün də müəyyən vaxtı efiri tutursa, bu artıq məsuliyyətli proqramdır.
|
22.04.10 Məqaləni oxumaq
|
|
|
Ölkə telekanallarında milli filmlərin nümayişi problemə çevrilib
|
Hazırda ölkə telekanallarında milli filmlərin nümayişi problemə çevrilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşrəvan Məhərrəmli çıxış edib.
N.Məhərrəmli qeyd edib ki, hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına 8 bədii film çəkilir. “Son beş ildə təxminən 40-dan çox film çəkilib. Buna baxmayaraq, mən hələ də bu müddət ərzində çəkilən filmləri telekanallarımızın efirində görməmişəm. Mən bu məsələni Mədəniyyət və Turizm Nazirliyi ilə müzakirə edəcəm. Əgər dövlət büdcəsindən pul ayrılıb bu filmlər çəkilirsə, telekanallarımızda da onların nümayiş etdirilməsinə kəskin ehtiyac var”,-deyə MTRŞ sədri vurğulayıb.
|
21.04.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|