|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
|
Qırğızıstanın devrilmiş daxili işlər naziri Rusiyada həbs edilib
|
Rusiya paytaxtı Moskvada Qırğızıstanın keçmiş daxili işlər naziri Moldomus Konqantiev həbs edilib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, əməliyyat Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları və Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçirilib.
Artıq M.Konqantievin içərisində olduğu təyyarə Bişkekdə “Manas” hərbi bazasına endirilib. Hazırda o, Milli Təhlükəsizlik Komitəsinin təcridxanasında saxlanılır.
|
27.04.10 Məqaləni oxumaq
|
|
|
Katolikos II Qaregin: “Dağlıq Qarabağ münaqişəsinin həlli uzaqda deyil”
|
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin istəyirik. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Bakıda keçirilən Dünya dini liderlərinin sammitində bütün ermənilərin katalikosu II Qaregin söyləyib.
“Münaqişə həll olunduqdan sonra Ermənistanla Azərbaycan arasında yeni sülhün bərqərar olunması təmin olunacaq. Düşünürəm ki, o gün uzaqda deyil. Regionda bütün bağlı qalan sərhədlər açılacaq və insanlar əvvəlki kimi yenə mehriban yaşayacaqlar. Necə ki, bizə şərait yaradıldı, azad şəkildə Bakıya gəldik”,-deyən Qaregin təklif edib ki, növbəti sammit Ermənistanda keçirilsin. “Əgər bu təklif qəbul olunarsa, Şeyxülislam Hacı Allahşükür Paşazadənin də Ermənistana gəlməsindən məmnunluq duyarıq”,-deyə katolikos vurğulayıb.
|
27.04.10 Məqaləni oxumaq
|
|
|
Bakıda Dünya dini liderlərinin sammiti işə başlayıb
|
Bu gün Bakıda, “Gülüstan” sarayında Dünya dini liderlərinin sammiti işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sammitin açılışında iştirak ediblər.
Tədbirdə dünyanın 35 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 250-ə yaxın nümayəndə iştirak edir.
Azərbaycan prezidenti İlham Əliyev sammitin açılış mərasimində çıxış edib.
Prezident İlham Əliyev sammiti böyük əhəmiyyətə mailik hadisə adlandırıb. Dövlət başçısı Bakıda dünya dini liderlərinin görüşlərinin keçirilməsinin artıq ənənəvi xarakter aldığını vurğulayıb. Qeyd edib ki, Azərbaycanda müxtəlif millətlərin, dinlərin nümayəndələri əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşayıblar. “Bu gün bütün dinlərin rəhbərlərinin Azərbaycana gəlməsi mühüm hadisədir. Bu görüşlərin gözəl nəticələri olacaq. Bakının bir növ dinlərarası dialoqun mərkəzinə çevrilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan dinlərarası dialoqun inkişafına öz töhfəsini verir.
|
27.04.10 Məqaləni oxumaq
|
|
|
Patriarx Kirillin Azərbaycana rəsmi səfəri başa çatıb
|
Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana rəsmi səfəri başa çatıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qonağı Baş nazirin müavini Elçin Əfəndiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və digər rəsmi şəxslər yola salıblar.
|
26.04.10 Məqaləni oxumaq
|
|
|
Bakıda YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk iclası təşkil olunub
|
Bakıda keçirilən Dünya dini liderlərinin ümumdünya sammiti çərçivəsində YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk iclası təşkil olunub. KƏLAMİNFO xəbər verir ki, iclasda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill, digər ölkələrin din xadimləri, eləcə də YUNESKO-nun regional nümayəndəsi Dendev Badarc iştirak ediblər. Toplantında qrupun fəaliyyəti və nizamnaməsi ilə bağlı təkliflər irəli sürülüb və YUNESKO nümayəndəsinə təqdim olunub.
Qeyd olunub ki, təkliflərə tez bir zamanda YUNESKO-da baxılacaq və cavab veriləcək.
|
26.04.10 Məqaləni oxumaq
|
|
|
Bakıda Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçirilir
|
Bu gün Bakıda Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü keçirilib. KƏLAMİNFO xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bütün ermənilərin katalikosu II Qaregin, Moskva və Bütün Rusiyanın patriarxı Kiril arasında keçirilən görüşdə dinlərarası qarşılıqlı anlaşma, dini tolerantlıq və digər məsələlər müzakirə olunub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğu bildirilir.
|
26.04.10 Məqaləni oxumaq
|
|
|
İran böyük hədəfləri vurmaq üçün 5 raketini sınaqdan keçirib
|
İran dənizdəki böyük hədəfləri vurmaq üçün hazırlanmış 5 raket tipini sınaqdan keçirib. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, sınaqlar İran silahlı qüvvələrinin “Böyük peyğəmbər 5” adlı iri miqyaslı təlimləri zamanı baş tutub.
Təlimlərdə raketlərin buraxılışı ilə birlikdə hərbi mini katerlərin də manevrləri keçirilib. İran İnqilab Qvardiyasının komandan müavini, general Hüseyn Salami bildirib ki, təlimlərin əsas məqsədi İranın mövcud gücünü və öz müstəqilliyini qorumaqda iradəli olduğunu nümayiş etdirməkdir.
|
26.04.10 Məqaləni oxumaq
|
|
|
Strasburqda AŞ PA-nın yaz sessiyası öz işinə başlayır
|
Bu gündən aprelin 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Parlamentin mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Gültəkin Hacıbəyli, Qənirə Paşayeva, Rafael Hüseynov, Aydın Abbasov və Sabir Hacıyev daxildirlər.
Sessiyada Assambleya Bürosu, Daimi Komitənin görülən işlər barədə hesabatları dinləniləcək, ekstremizmlə mübarizə, dünya iqtisadi böhranının təsirləri, Gürcüstan və Rusiya arasında müharibənin nəticələri, miqrantlar və qaçqınlar, iqlim dəyişikliyi, Çernoqoriya tərəfindən öhdəliklərin yerinə yetirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Tədbirdə nümayəndə heyətinin rəhbəri S.Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
|
26.04.10 Məqaləni oxumaq
|
|
|
Bakıda MDB Dinlərarası Şurasının iclası keçirilib
|
Bakıda Təzəpir məscidinin konfrans zalında MDB Dinlərarası Şurasının iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə MDB ölkələrindən 17 dini lider, habelə xarici qonaqlar iştirak ediblər.
MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə iclasda əsas məruzə ilə çıxış edib. A.Paşazadə bildirib ki, Şura Birlik ölkələri arasında ənənəvi mədəni-dini əlaqələrin həm inkişaf etdirilməsinə, həm də keyfiyyətcə yeni səviyyəyə qalxmasına nail ola bilib.
|
26.04.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|