Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    BDU ilə bir sıra universitetlər arasında əməkdaşlığa dair protokol imzalanıb
    Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmail Yüksel və rektor yardımçısı Mehmet Ahlatçıoğlu ilə görüşüb. BDU-nun mətbuat və informasiya şöbəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə A.Məhərrəmov Türkiyə ilə münasibətlər, o cümlədən təhsil sahəsində əməkdaşlıq və gələcək perspektivlərdən bəhs olunub. İ.Yüksel isə BDU ilə tanışlıqdan məmnun qaldığını söyləyib. Görüşdə xüsusən təbiət elmləri sahəsində tələbə mübadiləsi məsələləri də müzakirə edilib. A.Məhərrəmov qeyd edib ki, görüşün nəticəsi olaraq universitetin kimya, biologiya və fizika fakültəsindən 3 nəfər tələbə Yıldız Texnik Universitetinə, daha sonra isə həmin universitetdən eyni sayda tələbə BDU-da mübadilə keçəcəklər.
    30.04.10 Məqaləni oxumaq
     
    AŞPA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərləri arasında görüş keçirilib
    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyətləri rəhbərləri arasında görüş keçirilib. KƏLAMİNFO xəbər verir ki, görüş AŞ PA-nın sədri Mövlut Çavuşoğlunun iştirakı ilə təşkil olunub. Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib ki, Ermənistan nümayəndə heyətinin rəhbəri ilə görüşdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. S.Seyidov qeyd edib ki, AŞ-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin müzakirəsi çox vacib və əhəmiyyətlidir. “Biz qərara gəldik ki, artıq yaz sessiyası başa çatdığından, növbəti iyun sessiyasında yenidən görüşək. Bu sahədə iş davam edir. Növbəti görüşün formatı bir az da genişlənəcək. Növbəti görüşdə Azərbaycan və Ermənistan tərəfindən müxalifətin AŞPA-dakı nümayəndə heyətlərindəki üzvləri də iştirak edəcəklər. Hesab edirəm ki, bu, özlüyündə çox vacib nailiyyətdir və biz əlimizdən gələni edəcəyik ki, hər sessiyada AŞ PA sədrinin iştirakı ilə belə müzakirələr mütəmadi aparılsın.
    30.04.10 Məqaləni oxumaq
     
    Sumqayıtda Tarix Muzeyi istifadəyə veriləcək
    Sumqayıt şəhərinin Tarix Muzeyində aparılan müasir üslubda əsaslı təmir və yenidənqurma işləri başa çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər. Tarix Muzeyində yeni ekspozisiyaların müasir texniki vasitələrdən istifadə etmək tərtibatı, iş yerlərinin müasir avadanlıqlarla təminatı ilə bağlı işlər yekunlaşmaq üzrədir. Sumqayıt Muzeyində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiqlənmiş fərdi tərtibat layihəsi əsasında yeni ekspozisiyanın tərtibat işləri, avadanlıq hazırlanması, xüsusi işıqlandırma işləri aparılır. Tarix Muzeyinin əsas mövzu strukturu və xronoloji çərçivəsi XX əsrin 30-cu illərindən başlayaraq müasir dövrə qədər vaxtı əhatə edir. Muzeyin fondunda 15 000-dən artıq eksponat mövcuddur. Qeyd edək ki, yaxın günlərdə Muzey istifadəyə veriləcək.
    30.04.10 Məqaləni oxumaq
     
    A.Məhərrəmov: “Türkiyəli tələbələrin diplomlarının tanınmaması problemi hələ də qalmaqdadır”
    Azərbaycanda hüquq təhsili alan türkiyəli tələbələrin diplomlarının öz ölkələrində tanınmaması problemi hələ də qalmaqdadır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan “Hüquq elminin müasir problemləri” mövzusunda 2-ci Beynəlxalq elmi-praktiki konfransda universitetin rektoru, akademik Abel Məhərrəmov söyləyib. “Türkiyəli tələbələr burada dörd il, beş il, hətta magistraturada qalıb yeddi il oxuyurlar, gedərkən diplomları orada qəbul olunmur. Sual olunur, biz bunları fakültəyə götürməmişik, onları Türkiyə dövləti göndərib”,-deyən A.Məhərrəmov bu mövzunun sözügedən konfrans çərçivəsində müzakirə edilməsinin zəruri olduğunu vurğulayıb. A.Məhərrəmov bildirib ki, diskussiyaların nəticəsi olaraq müvafiq qərar qəbul edilməli və qərar, konfransın yekun qətnaməsinə daxil edilməlidir. BDU-da 1500-ə yaxın əcnəbi tələbənin təhsil aldığını söyləyən A.Məhərəmov bildirib ki, bunların da əksəriyyətini türkiyəli tələbələr təşkil edir.
    29.04.10 Məqaləni oxumaq
     
    Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib
    Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda “Ailə, qadın və uşaq problemləri”, “Sosial müdafiənin daha da gücləndirilməsi” və “Sığora-pensiya sistemi: reallıqlar və problemlər” mövzularında müzakirələr aparılıb. Komitənin sədri Hadi Rəcəbli bildirib ki, iclas ictimai dinləmələr xarakteri daşıyır. Onun sözlərinə görə, müzakirəyə çıxarılmış məsələlərlə bağlı cəmiyyətdən müxtəlif təkliflər gəlir. Ona görə də, müvafiq qanunlara dəyişiklərin edilməsi üçün ictimai müzakirələr zəruridir. İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Ədliyyə Nazirliynin idarə rəisi İlqar Məmmədov, Talassemiya Mərkəzinin rəhbəri Azər Kərimov, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və başqaları çıxış edərək qeyd olunan məsələlərlə bağlı qanunvericilikdə müəyyən yeniliklərin edilməsinin vacibliyini vurğulayıblar.
    29.04.10 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndə heyəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi Qrupunun iclasına qatılacaq
    Cari il mayın 3-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti Fransanın paytaxtı Parisə səfər edəcək. Məqsəd 2011-ci ilin aprelində Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi Qrupunun YUNESKO qərargahında 2-ci iclasında iştirak etməkdir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. İclasda YUNESKO, Avropa Şurası və BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri, Azərbaycan Respublikasının YUNESKO və Avropa Şurası yanında daimi nümayəndəliklərinin əməkdaşları da iştirak edəcək. İclasda forumla bağlı sənədlərin hazırlanması, təşkilatlar üzrə koordinatorların müəyyənləşdirilməsi və dəvət ediləcək qonaqların siyahısının tərtibi ilə bağlı danışıqlar aparılacaq. Müvafiq beynəlxalq qurumların bununla bağlı həyata keçirəcəyi tədbirləri, əsası qoyulacaq yeni layihələr, təşəbbüslər və s. məsələlər barədə müzakirələr aparılacaq.
    29.04.10 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Qeyri-konstruktivlik Ermənistan üçün normal fəaliyyət növüdür”
    “Ermənistanın Türkiyə ilə imzalanmış protokolların ratifikasıyasını dayandırması sübut edir ki, bu dövlət heç bir vədinə sadiq deyil. İşğalçı ölkə belə bir mövqeyni dəfələrlə nümayiş etdirib”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova söyləyib. B.Muradova bildirib ki, qeyri-konstruktivlik Ermənistan üçün normal fəaliyyət növüdür. Vitse-spikerin sözlərinə görə, bütün bunları nəzərə alaraq işğalçı ölkənin bu məsələdə hansı addım atacağını proqnozlaşdırmaq mümkün deyil. O, Ermənistanın müəyyən beynəlxalq güclərin diqtəsi ilə müəyyən qərarlar qəbul edəcəyini də istisna etməyib.
    29.04.10 Məqaləni oxumaq
     
    “Ana - müqəddəslik zirvəsi” mövzusunda inşa müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirilib
    Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının birgə təşkilatçılığı ilə təşkil olunan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş paytaxt məktəbliləri arasında “Ana-müqəddəslik zirvəsi” mövzusunda inşa müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinə 55 işin daxil olduğu bildirilib. Onlardan 3-ü Münsiflər Heyəti tərəfindən ən yaxşı inşa seçilib. Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova görkəmli alimin mənalı ömür yolundan və yorulmaz fəaliyyətindən söz açıb. Tədbirdə I, II və III yerləri tutanlara diplom və qiymətli hədiyyələr, fərqlənən 8 məktəbliyə isə həvəsləndirici mükafatlar təqdim olunub.
    29.04.10 Məqaləni oxumaq
     
    AMEA prezidenti M.Kərimov: “Təhsillə elm arasında süni qarşıdurma yaradanlarla razılaşmır və onların fikirlərini qəbul etmirik”
    Təəssüf ki, bəzən akademiyanın elmin inkişfındakı uğurunu azaltmağa, onun cəmiyyətdəki nüfuzuna xələl gətirməyə və təhsillə elm arasında süni qarşıdurmalar yaratmağa cəhd göstərənlər var. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azrbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov söyləyib. O qeyd edib ki, Elmlər Akademiyasındakı elmin gələcək taleyini düşünən alimlər belə müəlliflərlə razılaşmır, onların fikirlərini qəbul etmirlər. “Mən üzümü tutub bu insanlara xatırlatmaq istəyirəm ki, elm və təhsil ayrılmazdır, bir-birini tamamlayan sahələrdir. Elm və təhsilin birgəliyi olmadan nailiyyətlər, yeni keyfiyyətlər əldə etmək olmaz. Qloballaşan dünyada elm və təhsilin birgə harmoniyası ən vacib şərtlərdəndir. Ona görə də biz, bu iki sahənin harmoniyasına nail olmalıyıq və bütun dünya da buna çalışır. Akademiyanın fəaliyyətinə ən dəyərli qiyməti ulu öndər Heydər Əliyev verib. O, akademiyanı cəmiyyətin milli sərəvti adlandırıb”,-deyən M.Kərimov təhsillə elm arasında süni qarşıdurma yaratmaq istəyənlərə mesajını çatdırıb.
    29.04.10 Məqaləni oxumaq
     
    Bakıda kimya fənni üzrə 44-cü Mendeleyev Olimpiadasının açılış mərasimi keçirilib
    Bu gün “Cresn Beach” otelində məktəblilərin kimya fənni üzrə 44-cü Mendeleyev Olimpiadasının açılış mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, təhis naziri Misir Mərdanov Olimpiadanın Azərbaycanda artıq ikinci dəfədir keçirildiyini xatırladıb. M.Mərdanov ölkəmizdə ilk Olimpiadanın 10 il bundan əvvəl keçirildiyini diqqətə çatdırıb. Olimpiadaya Azərbaycanda daxil olmaqla 14 ölkədən 87 şagirdin qatıldığını qeyd edən M.Mərdanov birinciliyin mayın 3-ə kimi davam edəcəyini söyləyib. Nazir bildirib ki, Olimpiadanın təşkilinə Azərbaycan hökuməti tərəfindən 227 min 750 manat vəsait ayrılıb.
    28.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Apr.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930