|
Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
ADU-nun bir qrup müəllim və tələbə heyəti Norveçə gedəcək
|
İyunun 26-dan avqustun 6-dək Azərbaycan Dillər Universitetinin (ADU) 9 nəfər müəllim və 10 nəfər tələbə heyəti Oslo Universitetində Beynəlxalq Yay Məktəbində iştirak etmək üçün Norveçə gedəcəklər. ADU-nun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən xəbərə görə, bu barədə məlumat rektor Səməd Seyidovun Norveçin ölkəmizdəki səfiri Yon Ramberqlə görüşündə səslənib.
Görüşdə universitetlərarası layihənin uzadılması, ADU-nun nəzdində fəaliyyət göstərən Skandinaviya Mərkəzinin fəaliyyəti, universitetdə Norveç dilinin tədrisi, həmçinin ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsində Skandinaviyaşünaslıq ixtisasının inkişafından söhbət açılıb.
Universitetdə Bolonya prosesinin tətbiqindən danışan S.Seyidov bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağında azərbaycanlı müəllimlərlə bərabər Norveç dilinin tədrisi ilə məşğul olan norveçli pedaqoqlar da fəaliyyət göstərir.
Y.Ramberq Oslo Universitetində ADU-nun müəllim və tələbələrinin Beynəlxalq Yay Məktəbində iştirak etməsini azərbaycanlı müəllimlərin təkmilləşdirilməsi baxımından yüksək qiymətləndirib.
|
02.04.10 Məqaləni oxumaq
|
|
|
PA rəhbəri: “Azərbaycanın xarici siyasətində qardaş Türkiyənin xüsusi yeri var”
|
Müstəqil Azərbaycanın dövlət quruculuğu 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayıb. İqtisadi yüksəlişin təməlini qoyan “Əsrin müaqviləsi” imzalandıqdan sonra ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi güclənib. Bu barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Türkiyəyə səfəri çərçivəsində Qazi Universiteti tələbələri qarşısında çıxışı zamanı açıqlama verib.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin bütün varlığıı ilə öz xalqına xidmət göstərdiyini bildirən R.Mehdiyev dövlət başçısının bütün ölkə həyatının modernləşməsi, iqtisadi və siyasi sistemin Avropa standartları səviyyəsinə qaldırılması, rəqabətədavamlı innovasiyalı cəmiyyət quruculuğunu prioritet sahələr elan etdiyini söyləyib.
|
01.04.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın Özbəkistandakı səfirliyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı mərasim keçirilib
|
Azərbaycanın Özbəkistandakı səfirliyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı mərasim keçirilib. KƏLAMİNFO xəbər verir ki,
müvəqqəti işlər vəkili Akif Əliyev ermənilərin zaman-zaman Azərbaycana qarşı apardığı soyqırımı siyasəti haqqında geniş məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi, azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından qovulması, indiki Ermənistan ərazisində tarixi adların-toponimlərin dəyişdirilməsi, Xocalı soyqırımı və digər faciələr haqqında danışıb.
|
01.04.10 Məqaləni oxumaq
|
|
|
Sınaq imtahanlarında iştirak etmək üçün 31 538 abituriyent qeydiyyatdan keçib
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarını cari il aprelin 4-dən etibarən respublikanın 18 şəhərində həyata keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
İlk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Yevlax, Kürdəmir, İmişli, Şirvan, Lənkəran və Biləsuvar şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək. Bu imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə martın 16-dan aparılıb və 31 538 abituriyent qeydiyyatdan keçib. İmtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur.
|
01.04.10 Məqaləni oxumaq
|
|
|
"İsrail parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərar qəbul edəcəyinə inanmıram"
|
Yevda Abarmov məsələnin Knessetin gündəminə gəlməsini Türkiyəyə cavab kimi qiymətləndirir
ABŞ və İsveçin ardınca yaxın günlərdə İsrail parlamentinin - Knessetinin uydurma "erməni soyqırımı" məsələsini müzakirəyə çıxaracağı və hətta bununla bağlı qətnamə qəbul edəcəyi ilə bağlı çeşidli məlumatlar dolaşmaqdadır. Son vaxtlar Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşdiyi bir məqamda belə bir addımın atılması ehtimalı da artır. Azərbaycan parlamentinin yəhudi əsilli deputatı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov bu məsələnin müzakirəyə çıxarılmasını təbii hesab edir, amma hər hansı qərarın qəbul edilməyəcəyinə inanır.
- Yevda müəllim, sizcə, Türkiyə ilə uzun illər strateji müttəfiqlik münasibətlərində olan İsrail dövləti və onun qanunverici orqanı olan Knesset belə bir yanlış addıma gedəcəkmi? Bu məsələ Knessetdə müzakirəyə çıxarılarsa, bunu Türkiyə ilə son zamanlar yaşanan gərginliklərə İsrailin cavab addımı kimi qiymətləndirmək olarmı?
- Siyasətdə ola biləcək hadisələr üçün sehrbazlıq etmək mümkün deyil. Amma ümumən götürdükdə, bu məsələ İsrail parlamentinin müvafiq komitəsində müzakirə edilə bilər. İsrail parlamentinin tarixində bu cür analoji hallar olub. Eyni zamanda, fikrinizlə müəyyən mənada razıyam ki, bu məsələnin müzakirəyə çıxarılması cəhdi bir revanşdır. Hesab edirəm ki, burada qəribəlik, qeyri-adilik yoxdur. Bunun olacağı qabaqcadan gözlənilən idi. Çünki Davos Forumundan - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsrail prezidenti Şimon Peresə qarşı məlum davranışından sonra artıq analitiklər bildirirdilər ki, həm ABŞ-da, həm İsraildə uydurma "erməni soyqırımı" məsələsi gündəmə gələ bilər.
|
01.04.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|