Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2010
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Sosial müdafiəyə ehtiyacı olan uşaqlar İstanbulda “IV Beynəlxalq Gülən Uşaq Festivalı”nda iştirak edəcəklər
    Aprelin 17-21-i tarixlərində Gənclər və İdman Nazirliyi sosial müdafiəyə ehtiyacı olan uşaqların 9 nəfərdən ibarət nümayəndə heyətini “IV Beynəlxalq Gülən Uşaq Festivalı”nda iştirak etmək məqsədilə Türkiyənin İstanbul şəhərinə ezam edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Festivalda dünyanın 10 ölkəsindən 100-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulub. Festival çərçivəsində iştirakçıların müxtəlif göstərişləri, ağacəkmə şənliyində iştirakı, İstanbulun tarixi və mədəni yerlərilə tanışlığı nəzərdə tutulub.
    17.04.10 Məqaləni oxumaq
     
    Vitse-spiker Z.Əsgərov: “NATO PA-nın Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirməsini istəyirik”
    Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT, Avropa Şurası və digər beynəlxalq qurumların qətnaməsi, həmçinin Moskva Bəyannaməsi var və istərdik ki, NATO Parlament Assambleyası da münaqişəyə öz münasibətini bildirsin. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov söyləyib. “NATO PA-nın Təhlükəsizlik və müdafiə komitəsində biz buna nail olmuşuq və müvafiq qətnamə qəbul olunub. Amma bu, komitə səviyyəsində olub. İstəyirik ki, Parlament Assambleyası səviyyəsində də bu məsələ öz həllini tapsın. NATO PA-nın bir neçə iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Çox təəssüf ki, yekunda bizi qane edən qərar qəbul edilməyib. Biz istəyirik ki, buna nail olaq və nəhayət bu təşkilat da məsələyə öz münasibətini bildirsin”,-deyə Z.Əsgərov vurğulayıb.
    16.04.10 Məqaləni oxumaq
     
    PA-nın şöbə müdiri: “ABŞ-ın son zamanlar atdığı addımlar Azərbaycan ictimaiyyətini narahat edir”
    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ ehtiyatlı olmalıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. PA-nın rəsmisi bildirib ki, bölgədə sülhyaratma missiyasını reallaşdıran ABŞ-ın son zamanlar atdığı addımlar Azərbaycan ictimaiyyətini narahat edir.
    16.04.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Azərbaycanda səfir təyin edilməsi ABŞ-ın öz işidir”
    ABŞ-ın Azərbaycanda səfir təyin etməsi və burada Amerikanı kimin təmsil etməsi onların öz işidir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. “Biz hesab edirik ki, səfiri burada əvəz edən Donald Lu kifayət qədər təəcrübəli diplomatdır və o da, səfir ola bilər. Amma qərar yenə də Amerikanındır”,-deyə Ə.Həsənov vurğulayıb.
    16.04.10 Məqaləni oxumaq
     
    “Abituriyent” hazırlıq kursu müəllim vəzifəsinə müsabiqə elan edir
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən “Abituriyent” hazırlıq kursu müəllim vəzifəsinə müsabiqə elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Hazırlıq kursuna Azərbaycan dili, riyaziyyat, fizika, tarix, kimya, coğrafiya, ingilis dili və biologiya fənləri üzrə müəllimlər tələb olunur. Müsabiqə 3 mərhələdən ibarətdir. Namizədlərdən Ali təhsil, ən azı 1 il pedaqoji təcrübə, təlim və tədris metodologiyaları haqqında anlayış, tədris etdiyi fənn üzrə yüksək səviyyədə bilik, kompüter və internet haqqında biliklər tələb olunur.
    16.04.10 Məqaləni oxumaq
     
    Xalq artisti Telman Adıgözəlov 57 yaşında vəfat edib
    Bu gün gecə saat 04:00 radələrində Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Telman Adıgözəlov 57 yaşında vəfat edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya açıqlamasında Milli Dram Teatrın direktoru Maqbet Bunyatov verib. T.Adıgözəlovun dünən bütün günü teatrda olduğunu diqqətə çatdıran M.Bunyatovun sözlərinə görə, aktyor gecə saat 01.00 radələrində qızına özünü pis hiss etdiyini və yatmaq istədiyini bildirib. Aktiyorun bu gün gecə saat 04.00 radələrində vəziyətinin ağır oluğunu görən ailəsi təcili yardım çağrıb. Lakin həkimlər aktiyorun evinə gəlincə, onu xilas edə bilməyiblər. M.Bunyatov teatr təmirdə olduğu üçün, aktyoru bu gün saat 15:00-da evindən dəfn olunmağa aparılacağını bildirib. Qeyd edək ki, T.Adıgözəlovun infarktdan dünyasını dəyişdiyi bildirilir.
    16.04.10 Məqaləni oxumaq
     
    PA-nın şöbə müdiri: “ABŞ-ın bəzi dairələri və institutları Ermənistana açıq-aşkar dəstək verirlər”
    “ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prossesində nümayiş etdirdiyi fəaliyyətindən razı deyilik. Bu narazılıq, ilk növbədə, ABŞ-ın münaqişədə nümayiş etdirməli olduğu bitərəf mövqeyi və digər məsələlərlə bağlıdır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident Administrasiyanın (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında söyləyib. Ə.Həsənov ABŞ-da nüvə sammiti çərçivəsində keçirilən görüşlərə ölkə prezidenti İlham Əliyev tərəfindən münasibət bildirildiyini vurğulayıb. O, Azərbaycanın dəfələrlə və müxtəlif səviyyələrdə Dağlıq Qarabağda haqqını, ərazi bütövlüyünün pozulması məsələsini qaldırdığını bildirib. “Təəssüflər olsun ki, ABŞ-ın bəzi dairləri və institutları erməni lobbisinin təsiri altında neytrallıq nümayiş etdirmir, Ermənistana açıq-aşkar dəstək verirlər.
    16.04.10 Məqaləni oxumaq
     
    Belarus prezidenti A.Lukaşenko Kurmanbek Bakiyevi müdafə edib
    Belarus prezidenti Aleksandr Lukaşenko Qırğızıstan hakimiyyətinin inqilabçılara güc tətbiq etməsinə haqq qazandırıb. KƏLAMİNFO xəbər verir ki, A.Lukaşenko Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevə qarşı irəli sürülən ittihamları rədd edib. Bakiyevi günahlandırmağın yanlış olduğunu söyləyən A.Lukaşenko hakimiyyətin özünü qorumaq üçün güc tətbiq etmək məcburiyyətində qaldığını söyləyib “Bir iqtidar ki, özünü və xalqı qorumayacaq, o, nəyə lazımdır?” A.Lukaşenko bildirib ki, oxşar hadisələr Belarusda baş versə, hücum edənlər lazımi cavablarını alacaqlar. K.Bakiyevin Qırğızıstanı parçalaması ittihamını da qəbul etməyən Belarus prezidenti bildirib ki, əksinə, Bakiyev öz ölkəsinə kredit almaq üçün müxtəlif dövlətlərə ayaq döyüb. Belarus prezidenti Rusiya və ABŞ-ın Qırğızıstandakı olaylara reaksiyalarını da yanlış adım adlandrıb. O hesab edir ki, Moskva və Vaşinqton çevrilişi pisləməli idi: “Yenə ABŞ bir qədər gözləmə mövqeyindədir, Rusiyanın isə mövqeyi hər kəsə bəllidir”.
    16.04.10 Məqaləni oxumaq
     
    Ombudsman Aparatının əməkdaşları 11 saylı Cəzaçəkmə Müəssisəsinə baxış keçiriblər
    Ombudsman Aparatının əməkdaşları İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə 11 saylı Cəzaçəkmə Müəssisəsinə baxış keçiriblər. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, MPM qrupunun üzvləri Müvəkkilin ünvanına daxil olan müraciəti araşdırıblar. Onlar bu müəssisədə saxlanılan şəxslərlə görüşərək söhbət aparıb, həmin şəxslərə hüquqlarını və Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarını izah ediblər. Məhkumlar saxlanma şəraitindən, müəssisənin rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazı olmadıqlarını söyləyiblər. Müəssisənin yataq korpuslarına, məhkumların yaxınları ilə görüş yerlərinə, tibb hissəsinə, istehsalat yerlərinə, mətbəxə, yeməkxanaya və hamama baxış zamanı pozuntu halları aşkar edilməyib. Qeyd olunub ki, yataq korpuslarının dam örtüyü təzələnir, görüş yerləri və hamam təmir olunmaqdadır. Müvəkkilin nümayəndələri müəssisənin cərimə təcridxanasına baxış keçirib, orada saxlanılan məhkumlarla söhbət aparıblar.
    16.04.10 Məqaləni oxumaq
     
    Bakı Uşaq Teatrı beynəlxalq festivalda iştirak edəcək
    Aprelin 18-dən 26-dək Bakı Uşaq Teatrı Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq Uşaq Festivalında iştirak edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən veriblər. Teatr kollektivi festivalda “Allahın bəlası” adlı tamaşa ilə çıxış edəcək.
    15.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Apr.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930