Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2010
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    TQDK İngilis dili və Ədəbiyyat fənləri üzrə vəsaitlər çap edib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarına hazırlaşan abituriyentlər və yuxarı sinif şagirdləri üçün İngilis dili və Ədəbiyyat fənləri üzrə vəsaitlər çap edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İngilis dilindən təqdim olunan vəsait orta ümumtəhsil məktəbləri üçün qüvvədə olan tədris proqramı əsasında hazırlanmış və qəbul proqramına tam uyğundur. Vəsait üç hissədən ibarətdir: fonetika, morfologiya və sintaksis. Qəbul imtahanlarına hazırlaşmaqda, bütövlukdə orta məktəbdə ədəbiyyat tədrisinin yaxşılaşmasında “Ədəbiyyat” adlı vəsait abituriyentlərə, orta məktəb şagirdlərinə, Azərbaycan dili və ədəbiyyat muəllimlərinə təqdim edilir. Vəsait Təhsil Nazirliyinin orta ümumtəhsil məktəbləri üçün ədəbiyyatdan tədris proqramına və TQDK-nın qəbul proqramına uyğun hazırlanıb.
    09.03.10 Məqaləni oxumaq
     
    Peterburq Ermitaj Muzeyinin əməkdaşları Azərbaycanda səfərdədirlər
    Peterburq Ermitaj Muzeyinin əməkdaşları ölkəmizdə səfərdədirlər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova verib. Onun sözlərinə görə, muzey əməkdaşlarının ölkəmizə səfərinin məqsədi Azərbaycanın Dövlət İncəsənət Muzeyi ilə qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalamaqdır. Sektor müdiri bu günlərdə imzalanacaq müqavilənin əsasında məşhur Ermitaj Muzeyinin ekspozisiyasının Azərbaycan Dövlət İncəsənət Muzeyində sərgilənəcəyini də bildirib. A.Hüseynova qeyd edib ki, layihənin qarşılıqlı həyata keçiriləcəyi nəzərdə tutulub.
    09.03.10 Məqaləni oxumaq
     
    Milli Məclis Elmira Süleymanovanı növbəti dəfə ombudsman seçdi
    Bu gün Milli Məclisin növbəti plenar iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov əvvəlcə bütün qadın millət vəkillərini, Milli Məclisin xanım əməkdaşlarını, həmçinin parlamentin işini işıqlandıran xanım jurnalistləri 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Sonra iclasda Azərbaycanın insan hüquqları üzrə yeni müvəkkili seçilməsi məsələsi müzakirə olunub. Spiker O.Əsədov üç namizəddən ilk olaraq E.Süleymanovanın namizədliyini səsverməyə çıxarıb. Səsvermədə iştirak edən deputatlardan 106 nəfəri E.Süleymanovanın namizədliyini dəstəkləyib, 7 deputat onun əleyhinə səs verib. Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanovun namizədliyini isə 3 nəfər deputat dəstəkləyib, 66 nəfər əleyhinə, 18 nəfər bitərəf, 2 nəfər səsvermədə iştirak etməyib.
    06.03.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin yeni istehsal sahələrinin açılışında iştirak edib
    Bu gün prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin “İqlim” Elm-İstehsalat Müəssisəsində yeni istehsal sahələrinin açılış mərasimində iştirak edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı əvvəlcə müəssisənin həyətində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə məlumat verilib ki, müəssisə 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Müəssisənin İSO 9001-2001 standartının tələblərinə uyğunluq sertifikatı var. “İqlim” müəssisəsinin yeni yaradılan istehsalat sahələrində müdafiə və mülki təyinatlı məhsullar hazırlanır, onların hissələrinin mexaniki emalı və qalvanik örtükləmə əməliyyatları yerinə yetirilir. Azərbaycan prezidenti yeni sahənin rəmzi açılışını bildirən düyməni basıb, hazır məhsullar və hissələrlə tanış olub, istehsal prosesini izləyib. Sonra dövlət başçısı müəssisədə yaradılmış atıcılıq tirinə baxıb.
    06.03.10 Məqaləni oxumaq
     
    Magistratura pilləsinə qəbul zamanı dövlət sifarişi nəzərə alınacaq
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında sədr Məleykə Abbaszadə cari il magistratura pilləsinə qəbul qaydaları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, M.Abbaszadə bu il bakalavr pilləsi ilə bərabər magistratura pilləsinə də qəbul zamanı dövlət sifarişinin nəzərə alınacağını bildirib. M.Abbaszadə qeyd edib ki, artıq ali məktəblərdə təhsil forması ödənişli-odənişsiz yox, dövlət sifarişi əsasında həyata keçiriləcək. “Burada dövlət əvvəlcədən müəyyən edir ki, əmək bazarında hansı ixtisaslara daha çox tələbat var və o ixtisasların siyahısı martın 15-dək bizə təqdim olunacaq. Bakalvr pilləsində olduğu kimi, magistraturada da bu ixtisaslar dövlət tərəfindən maliyyələşəcək. Bu mexanizmdə daha çox yüksək nəticə göstərən bakalavrlar həmin ixtisaslara yiyələnəcəklər”,-deyə TQDK sədri vurğulayıb.
    06.03.10 Məqaləni oxumaq
     
    ABŞ-ın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı
    Bu gün səhər ABŞ-ın Ankaradakı səfiri James Jaffrey Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb. KƏLAMİNFO xəbər verir ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu səfirlə ABŞ Konqresinin Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində qəbul olunan qondarma “erməni soyqrımı” ilə bağlı qəbul olunan sənədi müzakirə edib. Ə.Davudoğlu qəbul olunan sənədlə bağlı Türkiyənin narahatlığını səfir vasitəsilə Ağ Evə çatdırıb. Qeyd edək ki, Ə.Davudoğlu bu gün keçirdiyi mətbuat konfransında qəbul olunan qətnamə ilə bağlı həm hökumət, həm də Türkiyə prezidenti Abdullah Gül tərəfindən lazımı açıqlamaların verildiyini bildirib.
    06.03.10 Məqaləni oxumaq
     
    Qəbul imtahanlarının regionlarda da keçirilməsi planlaşdırılır
    Cari ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bakalavr pilləsi ilə bərabər ali məktəblərin magistratura pilləsinə də qəbul imtahanlarını regionlarda keçirməyi planlaşdırır. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə məlumat verib. M.Abbaszadə qeyd edib ki, bakalavr imtahanlarında olduğu kimi, magistraturaya qəbul imtahanlarının da regionlarda keçirilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, ənənəvi Naxçıvanda olduğu kimi digər bölgələrdə də bu proses tətbiq olunacaq. “Regionlarda qəbul imtahanlarının keçirilməsi məsələsi sənəd qəbulu başlayandan sonar dəqiqləşəcək”,-deyə, TQDK sədri vurğulayıb.
    05.03.10 Məqaləni oxumaq
     
    Prezident Administrasiyası Amerika Konqresinin qərarını pislədi
    Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarı qəti şəkildə pisləyib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı mətbuata Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib. Ə.Həsənov bildirib ki, ABŞ konqresmenlərinin bu addımı sözün həqiqi mənasında səhv və ədalətsiz addımdır. “1915-ci ildə I Dünya müharibəsinin cəbhələrinin birində baş vermiş hadisələrdə müharibədə iştirak edən bütün xalqlar və dövlətlər bu və ya digər itkilərə məruz qalmışlar. O dövrün hadisələrində kimin daha az və ya çox itki verməsini və hansı nəticə ilə müharibədən çıxmasını dünyada fövqəldövlət adını daşımağa iddialı olan bir ölkənin Konqres üzvləri deyil, müstəqil tarixçilər və tədqiqatçılar həll etməlidir.
    05.03.10 Məqaləni oxumaq
     
    Vitse-spiker Ziyafət Əsgərov: “İraqda, Əfqanıstanda, Xocalıda baş verənlərin hesabatını kim verməlidir”
    Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, Z.Əsgərov qəbul edilən qətnaməni pisləyib. Vitse-spiker bildirib ki, ABŞ bir daha sübut etdi ki, hüququn gücü yox, gücün hüququ hökm sürür. “Bu gün İnternetdə ABŞ Konqresi Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin sədrinin çıxışını oxudum. O, bildirir ki, Türkiyə öz keçmişi haqda hesabat verməlidir. Bəs yaxşı İraqda, Əfqanıstanda, Qarabağda baş verənlərin hesabatını kim verməlidir? Dünya BMT tərəfindən yox, özünü supergüc hesab edən bir neçə ölkə tərəfindən idarə olunur”,-deyən Z.Əsgərov qeyd edib ki, biz bu gün prezidentimizə dayaq olmalı, ancaq özümüzə güvənməliyik.
    05.03.10 Məqaləni oxumaq
     
    Qənirə Paşayeva: “Qətnamənin qəbulu təkcə Türkiyəyə deyil, bütün türk dövlətlərinə qarşı hörmətsizlikdir”
    Türkdilli dövlətlərin parlamentləri ABŞ Konqresi Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı"nın tanınmasına dair qəbul etdiyi qətnaməyə etiraz bildirməlidirlər. KƏLAMİNFO xəbər verir ki, bu bardə açıqlamanı jurnalistlərə Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib. Q.Paşayeva hesab edir ki, bu qətnamənin qəbulu təkcə Türkiyəyə deyil, bütün türk dövlətlərinə qarşı hörmətsizlikdir. Millət vəkili qeyd edib ki, bütün türk diasporu, türk dövlətlərinin parlamentlərinin bu məsələyə etiraz etməlidirlər. Onun sözlərinə görə, ABŞ bununla Türkiyəyə qarşı təzyiq etməklə Ermənistanla sərhədlərin açılmasına nail olmaq istəyir.
    05.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Mar.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031