|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
Elmar Məmmədyarov: “Azərbaycan Madrid prinsiplərinin müzakirəsini davam etdirir”
|
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid prinsiplərinin yenilənmiş variantının müzakirəsini davam etdirir. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
“Madrid prinsiplərində Azərbaycanın mövqeyi ədalətlidir. Bu sənəd imkan verir ki, Azərbaycan danışıqları davam etdirsin. Ermənistanla Azərbaycan arasında Madrid prinsipləri üzrə razılaşma nə qədər tez olarsa iki ölkə arasında müharibə litorikası da aradan qaldırılar”,-deyə E.Məmmədyarov vurğulayıb.
|
16.03.10 Məqaləni oxumaq
|
|
|
“Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya tarixi 1639-1828” kitabının I cildinin təqdimat mərasimi keçirilib
|
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Regionların İnkişafı İctimai Birliyinin dəstəyi, AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov və Kərim Şükürovun müəllifliyi ilə 4 cilddə işıq üzü görən “Azərbaycan: beynəlaxalq münasibətlər və diplomatiya tarixi 1639-1828” kitabının I cildinin təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov açıb və kitabın ərsəyə gəlməsində əməyi olan şəxslərə minnətdarlığını bildirib.
Y.Mahmudov isə son vaxtlar Azərbaycan elmi ictimaiyyətinin Tarix İnstitutunun fəaliyyətinə böyük maraq göstərdiklərini söyləyib. Ölkəmizin tarixi və diplomatiyasından bəhs edən Y.Mahmudov bildirib ki, Azərbaycanın 5 min illik tarixi var və o, indikindən böyük əraziləri əhatə edib.
|
16.03.10 Məqaləni oxumaq
|
|
|
Sabahdan sınaq imtahanlarına yazılış başlanır
|
Sabahdan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi sınaq imtahanlarına abituriyentlərin yazılmasına start veriləcək. TQDK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, ilk sınaq imtahanının aprelin 4-də keçirilməsi nəzərdə tutulur.
Həmin imtahanda iştirak etmək istəyən abituriyentlər martın 16-da saat 10:00-dan etibarən Komissiyanın internet saytının müvafiq səhifəsinə daxil olmalı, TQDK-nın ödəmə kartının seriya nömrəsi və PİN kodundan istifadə etməklə sınaq imtahanına yazılmalıdırlar.
|
16.03.10 Məqaləni oxumaq
|
|
|
“Narkomanlığa yox deyək” mövzusunda tədbir keçirilib
|
Səbail rayon İcra hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının təşkilatçılığı ilə 189 saylı orta məktəbdə “Narkomanlığa yox deyək” mövzusunda tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səbail rayon İcra Hakimiyyətindən veriblər.
Tədbiri giriş sözü ilə 189 saylı orta məktəbin direktoru, əməkdar müəllim Bela Cəlilova açaraq müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə məlumat verib.
Tədbirdə Səbail rayon Məhkəməsi, Bakı şəhər Narkoloji Dispanseri, QİÇS-lə Mübarizə Mərkəzi, rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların Profilaktika işinin təşkili və Narkomaniya ilə Mübarizə bölmələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ilə bağlı çıxışlar edib, şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
|
16.03.10 Məqaləni oxumaq
|
|
|
DQDK daha 30 dini icmanı qeydiyyata aldı
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) daha 30 dini icmaya qeydiyyatdan keçmək haqqında şəhadətnamələr və dini qurumların dövlət reyestrindən çıxarış sənədləri təqdim edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQDK-nın mətbuat xidmətindən veriblər.
Şəhadətnamələri təqdim edən komitə sədri Hidayət Orucov bildirib ki, mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilənə qədər Dövlət Komitəsində cəmi 532 dini icma qeydiyyatdan keçmişdi, yerdə qalan dini qurumlar qeydiyyatsız fəaliyyət göstərirdi. Onun sözlərinə görə, qanuna edilmiş dəyişikliklərə əsasən, hazırda dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər.
|
15.03.10 Məqaləni oxumaq
|
|
|
Şeyxülislam Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
|
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, təbrikdə bildirilir: “Əsrlər boyu torpağın oyanışının, təbiətin yeniləşməsinin rəmzi olan Novruz həyatımıza yeni ab-hava, süfrələrə xeyir-bərəkət bəxş edir. Vətən torpağı baharın nəfəsindən oyandıqca bizləri yeni xoş əməllərə, nəcib və xeyirxah işlərə rövnəqləndirir. Allaha çox şükürlər olsun ki, hər yeni Novruz dövlətimizin və xalqımızın uğurlu, davamlı inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır.
|
15.03.10 Məqaləni oxumaq
|
|
|
Novruz Məmmədov: “Münaqişənin ədalətli həlli Ermənistana daha çox lazımdır”
|
“Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutaraq məsələyə son qoymaq niyyətində deyil. Onlar bunu hansısa səbəblərə görə edə bilmirlər. Amma başa düşməlidirlər ki, münaqişənin məhz indi ədalətli həlli ən çox Ermənistana lazımdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edib.
N.Məmmədov qeyd edib ki, ermənilər gələcək talelərini düşünməli və faciələrinin qarşısını almalıdırlar. Onun sözlərinə görə, Ermənistan üçün ən düzgün yol konstruktiv mövqe tutaraq münaqişənin həllinə təminat verməkdir.
|
15.03.10 Məqaləni oxumaq
|
|
|
ATƏT PA-nın sədri: “Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan tərəfindən və prezident İlham Əliyevdən asılıdır”
|
Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan tərəfindən və prezident İlham Əliyevdən asılıdır. KƏLAMİNFO xəbər verir ki, belə bir bəyanatla Bakıda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş çıxış edib.
“Ümid edirəm ki, bu qərarın bu il qəbul olunması üçün hər iki tərəfin siyasi rəhbərliyi iradə göstərəcək. Çox qəti addımlar atılmalıdır. İnanmaq istəyirəm ki, prezident İlham Əliyev bu qəti addımı atacaq və bununla da öz adını sadəcə Azərbaycanın deyil, eyni zamanda regionun, dünyanın tarixinə Dağlıq Qarabağ probleminin həllini mümkün edən şəxs kimi salacaq”,- deyə Joao Soareş bildirib.
|
15.03.10 Məqaləni oxumaq
|
|
|
Bakıda “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib
|
Bu gün Bakıda, “Grescent Beach” otelində İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” mövzusunda konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransa media məsələləri üzrə yerli və beynəlxalq mütəxəssislər, yerli media qurumlarının rəhbərləri, millət vəkilləri qatılıb.
Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman bildirib ki, inkişaf edən media demokratik dövlətlərin ən vacib sahələrindən biridir. O, Azərbaycanda medianın inkişafını ölkənin demokratikləşməsi və stabilliyi üçün önəmli olduğunu vurğulayıb.
Konfransda çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən və xüsusilə də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə demokratik-hüquqi dövlət quruculuğu ilə yanaşı, iqtisadiyyatın da ikişafı özünü qabarıq biruzə verib.
|
13.03.10 Məqaləni oxumaq
|
|
|
Film Fondu Azərbaycanın 100 ilə yaxın film ehtiyatlarını saxlamaq qabiliyyətinə malikdir
|
Dövlət Film Fondunun (DFF) yeni istifadəyə verilən binası müasir standartlara uyğun formalaşdırılıb. Yeni binada 300 min saxlama vahidinə bərabər 18 saxlama boksu yaradılıb. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Fondun direktoru Cəmil Quliyev məlumat verib.
Onun sözlərinə görə, yeni yaradılan struktur Azərbaycanın təxminən 80-100 ilə yaxın film ehtiyatlarını saxlamaq qabiliyyətinə malikdir. “Hazırda Fondda 64 mindən çox saxlama vahidinə bərabər filmlər saxlanılır. Bura müxtəlif növ filmlər, film materialları, neqativ, pozitiv və s. tipli kinolentlər daxildir”,-deyə C.Quliyev vurğulayıb. O, həmçinin qeyd edib ki, yaxın bir-neçə ay müddətinə Fransadan DFF-a müasir tələblərə cavab verən xüsusi kino arxivləri üçün istehsal olunan bərpa avadanlıqları da gətiriləcək. C.Quliyev bu avadanlıqlarla əksər sıradan çıxmış müxtəlif növ filmlərin bərpasını həyata keçirməyin mümkün olacağını bildirib. “Son iki ildə isə DFF təxminən 27-ə yaxın müxtəlif filmləri bərpa edərək Fonda daxil edib.
|
13.03.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|