|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib
|
Bu gün Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, komissiyanın sədri, Baş nazirin müavini Əli Həsənov bildirib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın yerinə yetirilməsi istiqamətində komissiya və aidiyyatı dövlət təşkilatları bir sıra qabaqlayıcı profilaktik tədbirlər həyata keçirirlər.
|
11.03.10 Məqaləni oxumaq
|
|
|
Şeyxülislam Hacı Allahşükür Paşazadə “Aypara və Ulduz” ordeni ilə təltif olunub
|
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə “İNTERSAFETY” Terrorizim, korrupsiya, narkomaniya və ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik İttifaqının (UNCOPA) ali dərəcəli “Aypara və Ulduz” ordeninin təqdim olunması mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə “İNTERSAFETY” Beynəlxalq Təhlükəsizlik İttifaqının (UNCOPA) MDB üzrə nümayəndəsi Vəli Yusifov bildirib ki, beynəlxalq aləmdə müsəlmanların mənəvi inteqrasiyasının dərinləşməsi istiqamətində uzunmüddətli və davamlı fəaliyyətinə, tolerantlığın təmin edilməsinə, həmçinin Qafqazda dinlərarası münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi böyük töhvələrə görə A.Paşazadə “İNTERSAFETY” Beynəlxalq Təhlükəsizlik İttifaqının (UNCOPA) “Aypara və Ulduz” ordeninə layiq görülüb.
|
11.03.10 Məqaləni oxumaq
|
|
|
Ə.Həsənov: “Dağlıq Qarabağ narkotik vasitələrin becərilməsi, tranziti və terrorçu qruplaşmaların hazırlanması üçün əsas ərazilərdən biridir”
|
“Birləşmiş Millətlər Təşkilatı dünyada narkotik vasitələrin üç tranzit marşrutunu öz hesabatına daxil edib. Bunlar Əfqanıstan-Azərbaycan, Əfqanıstan-Azərbaycan-Orta Asiya və Əfqanıstan-İran-Azərbaycan marşrutlarıdır. BMT Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisini narkotik vasitələrin əsas tranzit məkanı olmasını bilsə də, bunu öz hesabatlarına daxil etmək istəmir. Bu gün ermənilərin nəzarətində olan Dağlıq Qarabağ dünyada narkotik vasitələrin ən böyük tranzit məkanı hesab olunur”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov çıxış edib.
|
11.03.10 Məqaləni oxumaq
|
|
|
Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib
|
Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.
A.Paşazadə qeyd edib ki, bu sammit aprelin 27-29-u tarixlərində təşkil olunacaq. Onun sözlərinə görə, sammitin keçirilməsi üçün hazırlıq prosesləri davam etdirilir. A.Paşazadə belə bir tədbirin Bakıda keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Bütün Qafqazın Şeyxi tədbirdə 150-dək dini liderin iştirak edəcəyini bildirib. “Onların hər biri müxtəlif dövlətlərdə milyonlarla insanı öz ətrafında birləşdiriblər.
|
11.03.10 Məqaləni oxumaq
|
|
|
ATƏT-in söz və media azadlığı üzrə yeni nümayəndəsi təyin olunub
|
ATƏT-in söz və media azadlığı üzrə yeni nümayəndəsi təyin olunub. KƏLAMİNFO ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Bosniya-Herseqovinadan olan Dunya Miyatoviç təyin olunub.
Üç il müddətinə bu vəzifəni icra edəcək D.Miyatoviç bu postda Mikloş Haraştini əvəzləyəcək.
Xatırladaq ki, D.Miyatoviç kütləvi informasiya vasitələri haqqında qanunvericilik sahəsində mütəxəssisdir. Bosniya və Herseqovina kommunikasiyaların nizamlanması agentliyinin təsisçilərindən biri olan Miyatoviç eyni zamanda Mətbuat Şurasının formalaşdırılmasında da yaxından iştirak edib. D.Miyatoviç bu posta seçilən ilk qadındır. O həmçinin media eksperti qismində Ermənistan, İordaniya, Serbiya, Qaradağ, Sloveniya, Avstriya, Mərakeş və İraqda da çalışıb.
|
11.03.10 Məqaləni oxumaq
|
|
|
Milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində tədbir keçirilib
|
Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində Yasamal rayonundakı 60 nömrəli orta məktəbdə tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai əlaqələr mərkəzindən veriblər.
Tədbirdə çıxış edən məktəbin direktor müavini Qorxmaz Şükürov kollektiv adından MTN-nin şəxsi heyətini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib. O, belə bir görüşün Azərbaycanın Milli Qəhrəmanı Paşa Nəzərovun adını daşıdığı məktəbdə keçirildiyi üçün milli təhlükəsizlik naziri Eldar Mahmudova minnətdarlığını bildirib.
|
11.03.10 Məqaləni oxumaq
|
|
|
Məktəblərdə mətbuat katiblikləri yaradılır
|
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərdə mətbuat katiblikləri yaradılır. Bu məqsədlə BŞTİ-də Nəsimi rayonunda yerləşən məktəblərin direktor və mətbuat katibləri ilə görüş keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya BŞTİ-dən veriblər.
Pilot kimi həyata keçiriləcək bu layihədə məqsəd mətbuatla məktəblərin əməkdaşlığını formalaşdırmaq, təhsil müəssisələrinə müraciət edən mətbuat orqanlarının qeydiyyatını aparmaq, məktəbin nailiyyətləri barədə ictimaiyyəti məlumatlandırmaqdır.
|
11.03.10 Məqaləni oxumaq
|
|
|
Əli Əhmədov: “Avropa İttifaqının Cənubi Qafqazdakı münaqişələrin nizama salınmasında təsir mexanizmləri var”
|
“Avropa İttifaqı Avropanın ən mötəbər təşkilatı olaraq bu məkanda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdır. Azərbaycan da Avropanın bir hissəsidir. Cənubi Qafqaz bölgəsindəki münaqişələr, xüsusilə Dağlıq Qarabağ problemi Avropanın təhlükəsizliyinə bilavasitə təsir göstərir”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcək rolunu şərh edərkən söyləyib.
Ə.Əhmədov bildirib ki, Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bunun önəmi gündən günə artmaqdadır. Ona görə də, bölgədə sabitliyin təmin olunması daha da aktuallaşmaqdadır.
|
11.03.10 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov: “ABŞ Konqresində qondarma soyqırım yox, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunmalıdır”
|
Yüz il əvvəl baş vermiş hadisələri müzakirəyə çıxaran ABŞ Konqresi yaxın keçmişdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımına da qiymət verməlidir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib.
E.Məmmədyarov bildirib ki, bu məsələ nəinki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara, ümumiyyətlə Cənubi Qafqazdakı vəziyyətə mənfi təsir göstərə bilər. “Hesab edirəm ki, Konqresdə birtərəfli qətnamə qəbul edilib. Ermənistan Azərbaycanın 20% torpağını işğal edib və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır”,-deyən nazir bunun regiondakı təhlükəsizliyə böyük zərbə olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ Konqresində qondarma soyqırım yox, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunmalıdır.
|
11.03.10 Məqaləni oxumaq
|
|
|
İsveç parlamenti qondarma “erməni soyqırımı”nı müzakirə edəcək
|
Bu gün İsveç parlamentində qondarma “erməni soyqırımı” iddiasına baxılacaq. KƏLAMİNFO xəbər verir ki, müxtəlif partiyalardan olan millət vəkillərinin tələbi üzərinə ermənilərin iddia etdikləri və “ermənilərə qarşı soyqırım” kimi adlandırdıqları 1915-ci il hadisələri İsveç parlamentində müzakirə ediləcək.
Qeyd edək ki, 2 mart 2010-cu il tarixində sözügedən müzakirələr İsveç parlamentinin Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılsa da bunun həqiqətə uyğun olmadığı qənaətinə gəlinib və rədd edilib.
|
11.03.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|