Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2010
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Avropa Şurası Azərbaycanda parlament seçkiləri ilə bağlı yardım proqramı qəbul edib
    Avropa Şurası (AŞ) Azərbaycanda parlament seçkiləri ilə bağlı yardım proqramı qəbul edib. KƏLAMİNFO Avropa Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Komitənin daimi nümayəndələr səviyyəsində keçirilən 1079 saylı iclasında cari ilin noyabrında Azərbaycanda keçiriləcək parlament seçkiləri müzakirə olunub və yardım proqramı təsdiqlənib. İclas iştirakçıları Azərbaycan hakimiyyətini azad və ədalətli seçkilərin keçirilməsini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə çağırıb.
    13.03.10 Məqaləni oxumaq
     
    Milli Məclisdə USAİD-in gördüyü işlərin təqdimatı olub
    Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, Sosial siyasət komitələri üzvlərinin və parlament Aparatı əməkdaşlarının iştirakı ilə USAİD-in ölkəmizdə gördüyü işlər barədə təqdimat mərasimi keçirilib. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbiri açan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev USAİD-in ölkəmizdə gördüyü işlər barədə danışıb. Bildirib ki, 2007-ci il fevralın 7-də Milli Məclislə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən təsis olunmuş Azərbaycan Parlament Proqramı layihəsi çərçivəsində parlament bu təşkilatla sıx əməkdaşlıq edir. S.Mirzəyev qeyd edib ki, əvvəlcə layihənin müddəti 2 il nəzərdə tutulsa da, sonradan layihə 2010-cu il aprelin 22-dək daha bir il uzadılıb. İndi isə USAİD tərəfindən layihənin daha 17 ay uzadılması təklif olunub və qarşılıqlı razılaşmaya əsasən layihə 2011-ci ilin sonunadək davam edəcək. S.Mirzəyevin sözlərinə görə, USAİD-in Azərbaycan Parlament Proqramı layihəsi hazırlanarkən onun 3 istiqamətdə həyata keçirilməsi nəzərdə tutulmuşdu.
    13.03.10 Məqaləni oxumaq
     
    Böyük Britaniya kinorejissorlarının filmləri Bakıda nümayiş olunacaq
    Böyük Britaniya kinorejissorlarının filmləri Bakıda nümayiş olunacaq. KƏLAMİNFO xəbər verir ki, layihə “British Council”, “Nərimanfilm” İstehsalat Şirkəti və Kinematoqrafçılar İttifaqının birgə dəstəyi ilə həyata keçiriləcək. Filmlər martın 16-17-də Kinematoqrafçılar İttifaqında nümayiş etdiriləcək. Layihə çərçivəsində martın 16-da “Cənnətdə beş dəqiqə” filminin nümayişi nəzərdə tutulur. Filmin rejissoru Oliver Hisrchbiegel, ssenari müəllifi Guy Hibbertdir, əsas rolları Liam Neeson və Ceyms Nesbitt ifa edirlər. Martın 17-də isə rejissor Paul Greengrassın “Qanlı Bazar” filminin nümayişi keçiriləcək.
    12.03.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Mehdi Səfərini qəbul edib
    Bu gün prezident İlham Əliyev İran İslam Respublikası prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərini qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, energetika sahəsində əməkdaşlıq və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    12.03.10 Məqaləni oxumaq
     
    “Gəncə - Azərbaycanın Əfsanələr Paytaxtı – 2010” adlı tədbir keçirilib
    Gəncə şəhər Dövlət Dram Teatrında “Gəncə - Azərbaycanın Əfsanələr Paytaxtı – 2010” adlı tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2010-cu il üçün Xalq Yaradıcılığı Paytaxtları ilə əlaqədar keçirilib. Tədbirin əsas mahiyyəti Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi irsini qorumaq və əsrlərdən - əsrlərə ötürməkdən ibarətdir. Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini A.Ələkbərov açıb. O, qeyd edib ki, 2010-cu il Gəncə şəhərinin tarixində və gəncəlilərin yaddaşında xüsusi iz buraxacaq, il ərzində şəhərdə maraqlı tədbirlər keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi bölməsinin müdiri Lətifə Məmmədova gəncəliləri və şəhərin qonaqlarını salamlayaraq, onları bu tədbirlə əlaqədar təbrik edib.
    12.03.10 Məqaləni oxumaq
     
    Meksikalı Karlos Slim Elu dünyanın ən varlı adamıdır
    “Forbes” jurnalı dünyanın ən varlı adamlarının siyahısını açıqlayıb. KƏLAMİNFO xəbər verir ki, siyahıya ilk dəfə olaraq Meksikalı telekommunikasiya maqnatı Karlos Slim Elu başçılıq edir. Onun sərvəti 53,5 mlrd. dolları ötüb. Meksikalı iş adamı ötən ilki lider Bill Geytsi (“Microsoft” konserninin qurucusu) yarım mlrd. dolar qabaqlayıb. Ən varlı alman məşhur “Aldi” diskaunterinin sahibi Karl Albrextdir. “Forbes” onun sərvətini 23,5 mlrd. dollarla dəyərləndirib. Bütövlükdə Almainyada 53 milyarder var. “Frankfurter Allgemeine” qəzetinin onlayn-portalının məlumatına görə, böhranlı 2009-cu ildən sonra bütün dünyada milyarderlərin sayı mini ötüb. Milyarderlərin sayına görə ABŞ 403 nəfərlə öndədir. İkinci yeri Çin (64), üçüncü yeri isə Rusiya (62) tutur. “Forbes”in məlumatına görə, daha çox milyarder Nyu-Yorkda (62) yaşayır. İkinci yeri Moskva (50), üçüncü yeri isə London tutur (32).
    12.03.10 Məqaləni oxumaq
     
    TQDK sınaq imtahanlarına başlayır
    Aprelin 4-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanları keçirəcək. TQDK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, ilk sınaq imtahanının Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulur. Sınaq imtahanlarına abituriyentlər yalnız özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər. Sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərinin siyahısı yaxın günlərdə TQDK-nın internet səhifəsində yerləşdiriləcək. İmtahana yazılış internet vasitəsilə aparılır. Bunun üçün abituriyentlər qiyməti 3 manat olan və bir imtahana yazılmaq imkanı verən TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər.
    12.03.10 Məqaləni oxumaq
     
    Parisdə AŞ PA-nın büro və komitə iclasları keçirilir
    Bu gündən martın 17-dək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Aydın Abbasov qrumun büro və komitə iclaslarında iştirak etmək üçün Parisdə səfərdə olacaqlar. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. AŞPA-nın bürosunda Dağlıq Qarabağ münaqişəsinə dair 1416 saylı qətnamənin yerinə yetirilməsi üzrə Xüsusi Komitənin yenidən formalaşması məsələsinə baxılacaq. Qrumun Daimi Komitəsinin iclasında Avropada milli azlıqların müdafiəsi, uşaqlara qarşı məişət zorakılığı məsələləri, Ukraynada prezident seçkilərinin nəticələri nəzərdən keçiriləcək.
    12.03.10 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə: “Qəsdən adam öldürənlərin, narkotikə görə həbs edilənlərin əfv olunması işinə qarışmıram”
    Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü olmağıma baxmayaraq komissiyanın iclaslarında qəsdən adam öldürənlər, narkotikə görə həbs edilənlərin əfv olunması işinə qarışmıram. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində bildirib. “Mən ağır cinayətlər törədən şəxslərdən başqa bütün müraciət edən məhkumların azadlığa buraxılmasına müsbət baxıram. Hər bir insan müəyyən səhvlər edə bilər. O, səhvlərin müəyyən hissəsini bağışlamaq lazımdır. Həbs olunan insanların da müəyyən bir hissəsi var ki, etdikləri cinayət hadisələrindən peşmançılıq hissi keçirirlər. Bu cür insanların əfv olunmasının tərafdarıyam”,-deyə Şeyx vurğulayıb. A.Paşazadə həbsdəki jurnalistlərin də azadlığa buraxılmasının tərəfdarı olduğunu bildirib. O, qeyd edib ki, biz öz sözümüzü deyirik, lakin həbsdə olan insanların əfv olunub-olunmaması dövlət başçısının səlahiyyəti çərçivəsində həll olunur.
    12.03.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Bir məmurun həyatı bir dövlətin güzgüsüdür ”
    “Hesab edirəm ki, gücüm çatan, imkanım yetən çərçivədə dövlətimə, millətimə, respublikama, liderimə, prezidentimə və siyasi məktəbində formalaşdığım ümummilli liderimiz Heydər Əliyevə xidmət göstərmişəm”

    Martın 10-da 50 yaşı tamam olan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytının suallarını cavablandırıb.

    Moskva Dövlət Universitetinin məzunu olan Əli Həsənov tarix elmləri doktoru, professordur. Prezident Administrasiyasında 1995-ci ildən çalışır. 1996-cı ildən ictimai-siyasi şöbəyə rəhbərlik edir. Martın 9-da dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

    - 50 ilk yubiley yaşıdır. Dönüb arxaya baxanda nə xatırlayırsınız?

    - Arxada Azərbaycan dövlətinin sınağa çəkildiyi kəşməkəşli 90-cı illər var, 1993-95-ci illərin hadisələri var. Hətta 1996-cı ilin ortalarına qədər Azərbaycan dövləti çətin bir təhlükə dövrünü yaşayırdı. Hər tərəfdən Azərbaycanın üzərinə yeriyirdilər, iqtisadi, siyasi, sosial cəhətdən tam böhrana düçar olunmuşduq.
    12.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Mar.2010
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031