Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2010
    Səhifələr : 1 2 3 4 5 » #
    YUNESKO ekspertləri AMEA-da islahatların aparılması ilə bağlı təkliflər hazırlayıb
    Azərbaycan Milli Elmlər Akademiyasında islahatların aparılması ilə bağlı YUNESKO ekspertlərinin Azərbaycana səfəri hələlik baş tutmayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov söyləyib. Onun sözlərinə görə, ekspertlər Azərbaycana yanvar ayında gəlməsi nəzərdə tutulsa da, hələlik gəlməyiblər. “YUNESKO ekspertlərin fəaliyyətini maliyyələşdirməlidir. Hələ bu məsələ öz həllini tapmayıb. Ekspertlər təkliflərini hazırlayıblar, amma bu təkliflər hələlik bizimlə müzakirə olunmayıb”,-deyən M.Kərimov Azərbaycanda elmə maraq göstərən gənclərin sayının az olmasının səbəbini də açıqlayıb. “Bu sahədə məvaciblər aşağıdır, alimlərin, xüsusilə də gənc alimlərin sosial təminat məsələləri hələ istənilən səviyyədə həll olunmur. Onların yataqxana, mənzillə təminatı, əmək haqqı, təqaüd məsələləri kompleks həllini tapandan sonra yəqin ki, elmə maraq da artacaq”,-deyə M.Kərimov vurğulayıb.
    31.03.10 Məqaləni oxumaq
     
    Həmsədrlər Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşüblər
    İrəvanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqlarına etdikləri səfərin nəticələri ilə bağlı prezident və xarici işlər nazirini məlumatlandırıblar.
    31.03.10 Məqaləni oxumaq
     
    BMT Baş katibinin Orta Asiya ölkələrinə səfəri başlayır
    Sabah BMT-nin Baş katibi Pan Gi Mun Orta Asiya ölkələrinə səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, səfər Türkmənistandan başlayacaq. Pan Gi Mun Aşqabadda Türkmənistan hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparacaq, eləcə də BMT-nin preventiv demokratiya üzrə Regional Mərkəzinə baş çəkəcək. Türkmənistandan sonra BMT Baş katibinin Qırğızıstan, Özbəkistan, Tacikistan və Qazaxıstana səfər edəcəyi gözlənilir.
    31.03.10 Məqaləni oxumaq
     
    Ombudsman Elmira Süleymanova Cenevrədə Beynəlxalq Əlaqələndirmə Komitəsinin sessiyasında iştirak edib
    Ombudsman Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəvəti ilə Beynəlxalq Əlaqələndirmə Komitəsinin (BƏK) Cenevrədə keçirilən 23-cü sessiyasında iştirak edib. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, sessiyanın gündəliyinə insan hüquqları ilə bağlı bir sıra aktual mövzular, o cümlədən ayrı-seçkiliyin aradan qaldırılması, qadın hüquqları, gender bərabərliyi, uşaq hüquqlarının müdafiəsi sahəsində milli təsisatların fəaliyyəti, uşaqlara qarşı zorakılığın aradan qaldırılması, insan hüquqları üzrə təhsil və maarifləndirmə və s. məsələlər daxil edilib. E.Süleymanova sessiyanın “Rasizm və diskriminasiya əleyhinə Durban konfransı”, “Qadın hüquqları, gender bərabərliyi, uşaq hüquqlarının müdafiəsi sahəsində milli təsisatların fəaliyyəti” bölmələrində çıxışlar edib. Ombudsman azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını, Ermənistanın Azərbaycana qarşı 20 ildən çox davam edən təcavüzü nəticəsində 1 mln. insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, insan hüquqlarının kütləvi şəkildə pozulduğunu və bu təcavüzün beynəlxalq hüquq prinsiplərinə və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə zidd olduğunu qeyd edib.
    31.03.10 Məqaləni oxumaq
     
    Silinməyən iz
    “Böyük insanlar böyüklüyünü, özündən kiçiklərə qarşı diqqətləriylə göstərir”  (DEMOSTENES).

    Elə insanlar var ki, onların həyatda qoyduğu iz, açdığı cığır, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün bir örnək olur. Adətən belələri ümumi məqsəd üçün çalışan, özləri isə getdikcə daha alicənab olan adamlardı. Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, onun tarixi belə insanlardan korluq çəkməyib, faydalıı şəxsiyyətlər yetirib. Cəmiyyətimiz üçün bu kimi faydalı insanlardan biri də tanınmış filoloq, akademik Bəkir Nəbiyevdir.
    30.03.10 Məqaləni oxumaq
     
    Şeyxülislam Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib
    Amid İsbəndərov/AZADİNFORM. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. QMİ-nin mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, A.Paşazadə Azərbaycan dindarlarının iradəsini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq dünyanın bütün sülhpərvər insanlarına müraciət etdiyini, Azərbaycan xalqının son yüzillik tarixində üzləşdiyi müsibətləri bəyan etmək istədiyini bildirib:
    30.03.10 Məqaləni oxumaq
     
    Sumqayıtda “31 Mart - Azərbaycanlıların soyqırımı” günü ilə bağlı konfrans keçiriləcək
    Sabah Sumqayıt Dövlət Universitetində “31 Mart - Azərbaycanlıların soyqırımı” günü ilə bağlı elmi-nəzəri konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər. Konfransdan əvvəl universitetin foyesində şəhər məktəblilərinin mövzu ilə bağlı əl işlərindən ibarət sərgi təşkil ediləcək. Konfrans zamanı soyqırımın faktlarını əks etdirən sənədli kadrlar və slaydlar nümayiş olunacaq. Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da 31 martın Azərbaycanlıların Soyqırım günü kimi qeyd edilməsi haqqında fərman verib. Bu vaxtdan dünya azərbaycanlıları hər ilin bu gününü soyqırımı qurbanlarının günü kimi qeyd edir.
    30.03.10 Məqaləni oxumaq
     
    AMEA-nın institutları yeni təkliflər hazırlayıb
    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ayrı-ayrı institutları tərəfindən elmin inkişafı ilə bağlı yeni təkliflər hazırlanaraq Rəyəsət Heyətinə təqdim olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı AMEA-nın prezidenti Mahmud Kərimov söyləyib. Təkliflərin əsasən humanitar və ictimai elmləri əhatə etdiyini diqqətə çatdıran M.Kərimov əlavə edib ki, daxil olan təkliflər Rəyasət Heyətində müzakirə olunub. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlər davam etdirilir.
    30.03.10 Məqaləni oxumaq
     
    EİF qrantlar və layihələr üzrə müsabiqə elan edəcək
    Cari ilin mayında Prezident yanında Elmin İnkişafı Fondu (EİF) qrantlar və layihələr üzrə müsabiqə elan edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı fondun icraçı direktoru Elçin Babayev söyləyib. O, artıq fondun formalaşması prosesinin başa çatdığını da xatırladıb. “May ayında biz artıq qrantlar və layihələr üzrə ilk müsabiqəmizi elan edə biləcəyik. Çox istərdik ki, bu tarix mayın 10-na təsadüf etsin. Elm adamlarından dövlətimizin, elmimizin inkişafına kömək edəcək layihələr gözləyəcəyik”,-deyən E.Babayev son zamanlar humanitar və ictimai elmlər sahəsində yeniləşmə aparmağa meylin artdığını da vurğulayıb.
    30.03.10 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndi və İrəvana səfərlərinin yekunu ilə bağlı bəyanatla çıxış ediblər
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) martın 26-29-da Xakəndi və İrəvana səfərlərinin yekunu ilə bağlı bəyanatla çıxış ediblər. KƏLAMİNFO qrupun yaydığı press-relizə istinadən xəbər verir ki, bəyanatda həmsədrlərin Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyini danışıqların durumu barədə məlumatlandırdıqları qeyd olunur. Martın 28-də həmsədrlər erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair şərhlərini Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla müzakirə ediblər.
    30.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Mar.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031