Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2010
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Tomas Hammarberq Azərbaycanın KİV nümayəndələrilə görüşüb
    Bu gün Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq Azərbaycanın media nümayəndələri ilə görüşüb. KƏLAMİNFO xəbər verir ki, görüşdə Azərbaycanda yazılı və internet medianın vəziyyəti, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasından sonrakı vəziyyət, həbsdə olan jurnalistlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, T.Hammarberq Azərbaycanda hökumət və dövlət rəsmiləri ilə keçirdiyi görüşlərdə medianın vəziyyəti ilə bağlı fikirlərini bölüşüb və həbsdə olan jurnalistlərin vəziyyəti ilə maraqlanıb.
    05.03.10 Məqaləni oxumaq
     
    TDQK-nın keçirdiyi seminarlara 5000-dən artıq nəzarətçi-müəllim qatlıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) növbəti tədris ili üçün respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlərlə seminar-məşğələləri davam edir. TQDK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Bakı şəhəri ilə yanaşı, respublikanın müxatəlif bölgələrində 5000-dən artıq nəzarətçi-müəllim seminarlarda iştirak edib. Bu seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin və Komissiyanın regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılır. Qeyd edək ki, bu seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) aprel ayından etibarən TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar.
    05.03.10 Məqaləni oxumaq
     
    Azərbaycanda bütün elmi işçilərin 50%-ni qadınlar təşkil edir
    Cari ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,9%-ni və ya 4 mln. 592 min nəfərini qadınlar təşkil edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Qadınların 59,4%-i nəsilvermə qabiliyyətinə malik olub, onların hər biri orta hesabla dünyaya 2 uşaq gətirib. Ötən il doğulan 152,1 min körpənin 46%-ni qızlar təşkil edib. Hazırda ölkədə 31 doğum evi, 321 qadın məsləhətxanası, 592 uşaq poliklinikası və ambulatoriyası, 1735 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Bu gün qadınlar arasında gözlənilən ömür uzunluğu kişilər arasında gözləniləndən 5,2 yaş yüksəkdir və 76,1 yaş təşkil edir. Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,7% təşkil edir. Ümumi təhsil müəssisələrində müəllimlərin 74%, orta ixtisas təhsil müəssisələrində 73%, ali təhsil müəssisələrində 47%, həkimlərin 62% qadınlardır.
    05.03.10 Məqaləni oxumaq
     
    Azərbaycanın turizm potensialı Berlin və Moskvada keçirilən beynəlxalq sərgilərdə nümayiş olunacaq
    Martın 10-14-də Berlin şəhərində “ATB-Berlin” beynəlxalq turizm sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, sərgidə ölkəmizi nazirliyin əməkdaşı Günay Fərədova təmsil edəcək. Sərgidə Azərbaycanın turizm potensialı 104 kv.metr stendlə təbliğ olunacaq. “Sərgidə Azərbaycanın turizm potensialı, görməli yerləri, tarixi abidələri, mehmanxana turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə nümayiş olunacaq”,-deyə məlumatda bildirilir. Sərgidə iştirak etmək üçün Dövlət Mahnı və Rəqs Ansamblının 6 üzvü, Muğam üçlüyü, İTV-nin çəkiliş qrupu da Berlinə ezam olunacaq. Martın 13-16-da Moskvada keçiriləcək “İnturmarket” adlı digər bir beynəlxalq turizm sərgisində isə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin əməkdaşı Leyla Verdiyeva, Bakı Turizm İnformasiya Mərkəzinin direktor əvəzi Zakir Hacıyev, mərkəzin əməkdaşı Balaş Maqsudov təmsil edəcək. “İnturmarket” sərgisində ölkəmizin turizm potensialının nümayiş olunması üçün 40 kv.metr stend icarəyə götürüləcək.
    05.03.10 Məqaləni oxumaq
     
    AMEA-da Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin elmi məruzəsi dinlənilib
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin (RH) növbəti iclası keçirilib. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, iclasda AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev “Qısaperihelli kometlərin mənşəyi” adlı elmi məruzə ilə çıxış edib. O, kompleks tədqiqat işində son illər kosmik texnikanın inkişafı sayəsində Günəş sistemində aşkar olunan ümumi sayı 1752 olan 4 yeni komet sisteminin araşdırıldığı, bu sistemlərə məxsus indiyədək 20-dən çox məlum olmayan qanunauyğunluğun aşkar edildiyi və onların izahının verildiyini söyləyib.
    04.03.10 Məqaləni oxumaq
     
    Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze Bakıda səfərdədir
    Azərbaycanda səfərdə olan Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadzenin başçılıq etdiyi nümayəndə heyəti bu gün səhər Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. D.Kirkitadze jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar. Qubernator Azərbaycan hökumətinə Gürcüstanda yaşayan soydaşlarına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq edib.
    04.03.10 Məqaləni oxumaq
     
    “Azərbaycanda elmin, təhsilin inkişafında diasporun” rolu mövzusunda Dəyirmi masa keçirilib
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyyətində Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) “Azərbaycanda elmin, təhsilin inkişafında diasporun” rolu mövzusunda Dəyirmi masa keçirdi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, xaricdə yaşayan, elmi-tədqiqat, innovasiya fəaliyyətilə məşğul olan alimlərimiz ölkəmizin gənc alimlərinə kömək göstərməsi üçün internet şəbəkə vasitəsilə dialoq yaradılmasına ehtiyac var. AMEA prezidenti qed edib ki, bu həm onların azərbaycandakı həmkarları ilə elmi-peşakar əlaqələrinin aktivləşməsinə, Azərbaycanın dünya birliyinə inteqrasiyasının sürətlənməsinə kömək edə bilər. AKTAM-ın sədri, koordinator Natiq Əhmədov yeni yaradılan portalın məqsədi barədə tədbir iştirakçılarına məlumat verib.
    04.03.10 Məqaləni oxumaq
     
    Dövlət Film Fondunun arxivi zənginləşib
    Dövlət Film Fonduna Rusiya vətəndaşının şəxsi arxivindən nadir arxiv sənədləri daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Film Fondundan veriblər. Sənədlər Azərbaycan kino filmləri haqqında 60-70-ci illərdə müxtəlif jurnallarda dərc olunmuş məqalələrdən ibarətdir.
    04.03.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Məcburi köçkünlərin çoxu hələ də ağır şəraitdə yaşayır”
    Bu günə qədər məcburi köçkünlər üçün 2,9 mlrd. manat vəsait ayrılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komssarlığının Azərbaycan nümayəndəliyinin təşkil etdyi tədbirdə söyləyib. Onun sözlərinə görə, vəsaitin 1 mlrd. 300 mln. manatı dövlət büdcəsindən, 770 mln. manatı Dövlət Neft Fondundan və 780 mln. isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar tərəfindən ayrılıb. Son 8 ildə məcburi köçkünlər üçün 64 yaşayış məntəqəsinin salındığını diqqətə çatdıran Ə.Həsənov burada 18 mindən artıq evin tikildiyini söyləyib. Yaşayış massivlərində 123 məktəbin tikildiyini söyləyən Ə.Həsənov ərazinin xəstəxana, uşaq bağçası, o cümlədən bütün infrastrukturla tam təmin edildiyini qeyd edib. Ə.Həsənov tikilən evlərə 100 minə yaxın əhalinin köçürüldüyünü vurğulayıb. Bildirib ki, 600 minə yaxın məcburi köçkün isə hələdə ağır vəziyyətdə yaşayır. Onun sözlərinə görə, təkcə Bakıda 216 min məcburi köçkün ağır vəziyyətdə yaşayır, 70 yataqxanada 14 min ailə məskunlaşıb.
    04.03.10 Məqaləni oxumaq
     
    Ə.Həsənov: “Sülhün əldə edilməsindən sonra Qayıdış Proqramının icrasına başlanacaq”
    Məcburi köçkünlərin öz doğma yerlərinə qayıtması üçün Qayıdış Proqramı tam hazırdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komssarlığının Azərbaycan nümayəndəliyinin təşkil etdiyi tədbirdə söyləyib. Ə.Həsənov vurğulayıb ki, sülhün əldə edilməsindən sonra Qayıdış Proqramının icrasına başlanılacaq. Sözügedən proqramla bağlı kiçik layihə həyata keçirildiyini diqqətə çatdıran Ə.Həsənov qeyd edib ki, Qayıdış Proqramının icrası ilə bağlı müəyyən təcrübə əldə edilib. “Təbii ki, məcburi köçkünlərin vəziyyəti ilə bağlı bizim hələ də beynəlxalq humanitar təşkilatlar, donorlar və digər maraqlı qurumların dəstəyinə ehtiyacımız var. O vaxta qədər ki, məcburi köçkünlər doğma yerlərinə qayıdacaq”, - deyə Ə.Həsənov əlavə edib.
    03.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Mar.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031