Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Rusiya dünyaya nüvə enerjisi ixrac edəcək
    Rusiya və Beynəlxalq Atom Enerjisi Agentliyi Sibirdə uranı zənginləşdirmək – nüvə yanacağı istehsal etmək üçün yeni mərkəz qurulması ilə bağlı Saziş imzalayıblar. KƏLAMİNFO xəbər verir ki, Sazişi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin derektoru Yukiya Amano və Rosatom Dövlət Agentliyinin rəhbəri Sergey Kiriyenko imzalayıb. Sazişə görə, Anqarskda qurulacaq mərkəzdə istehsal edilən yanacaq nüvə enerjisindən dinc məqsədlər üçün istifadə edən və özü uran zənginləşdirməyən ölkələrə satılacaq. Mərkəzdə 120 tona qədər nüvə yanacağı istehsal ediləcək.
    30.03.10 Məqaləni oxumaq
     
    Həmsədrlər İrəvanda müzakirələrə başlayır
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ) bazar günü qondarma Dağlıq Qarabağa səfər ediblər. KƏLAMİNFO news.ama istinadən xəbər verir ki, səfər zamanı vasitəçilər separatist rejimin lideri Bako Saakyanla görüşüblər. Həmsədrlər bu gün Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparacaqlar.
    30.03.10 Məqaləni oxumaq
     
    Dissertasiyaların Elektron Məlumat Bazasının təqdimat mərasimi keçiriləcək
    Aprelin 2-də M.F.Axundov adına Milli Kitabxanada Azərbaycanda müdafiə olunan dissertasiyaların Elektron Məlumat Bazasının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Kitabxanadan veriblər. Bundan sonra Milli Kitabxananın oxucuları Rusiya Dövlət Milli Kitabxanasının 350 min nüsxədən artıq dissertasiya və avtoreferatlarının tam elektron mətnindən istifadə etməklə yanaşı, respublikamızda müdafiə olunan dissertasiyaların 2000 min nüsxədən artıq resursunun elektron mətnindən istifadə etmək hüququ əldə edəcəklər.
    30.03.10 Məqaləni oxumaq
     
    Moskva metro stansiyasında bir-birinin ardınca iki partlayış baş verib
    Bu gün səhər Moskva Metropolitenin "Lubyanka" stansiyasında partlayış baş verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 26-dan artıq insan həlak olub. Onlardan bir qisminin qatarda, digərləri isə platformada öldüyü bildirilir. Partlayışın qatarın 3-cü vaqonunda baş verdiyi bildirilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə isə, müəyyən olunmayan partlayıcı qurğu saat 07:50 radələrində stansiyanın platformasında işə düşüb. Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedisilər fəaliyyət göstərir. İnsident yerinə onlarla təsili tibbi yardım maşını cəlb olunub. Metropolitenin mətbuat xidmətinin rəhbərinin müavini Pavel Suxarnikovun sözlərinə görə, “Lubyanka” stansiyası hazırda çıxış və giriş üçün bağlıdır. “Lubyanka” stansiyasında baş verən partlayışdan 30 dəqiqə sonra Moskva metrosunda ikinci partlayış baş verib. Partlayış "Park kulturı" stansiyasında olan qatarın ikinci vaqonunda qeydə alınıb. Qeyd edək ki, partlayışlar nəticəsində 46 nəfərin həlak olduğu bildirilir. Xatırladaq ki, partlayışların terrorçu-komikadze tərəfindən törədildiyi ehtimal olunur.
    30.03.10 Məqaləni oxumaq
     
    “50 Cent” Bakıda konsert verəcək
    Aprelin 11-də dünyanın ən məşhur reperlərindən olan “50 Cent” “Buta” sarayında geniş konsert proqramı ilə çıxış edəcək. KƏLAMİNFO xəbər verir ki, reper bakılı pərəstişkarları qarşısında yeni işıq üzü görən “Before İ Self Destruct” albomundan hitləri ifa edəcək. Həmin gün “Buta” sarayının səhnəsində “50 Centlə” yanaşı, “G-Unit” qrupunun da çıxışı gözlənilir. Artıq konsertin biletləri satışa çıxarılıb.
    30.03.10 Məqaləni oxumaq
     
    TQDK qəbul imtahanlarına hazırlaşan gənclər üçün sınaq imtahanını keçirəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ali məktəblərə qəbul imtahanlarına hazırlaşan gənclər üçün ilk sınaq imtahanını aprelin 4-də keçirilməsini planlaşdırır. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat artıq başlanıb.
    30.03.10 Məqaləni oxumaq
     
    Rusiya yay-qış vaxtına keçid qaydalarını ləğv edir
    Qonşu Rusiya yay-qış vaxtına keçid qaydasını ləğv edəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatları bəyanat veriblər. Bəyanatda qeyd olunub ki, cari ildən etibarən qış və yay vaxtlarına keçid qaydalarına son qoyulacaq. Deputatlar gələn il yay və qış vaxtlarına keçidin, saat qurşaqlarının ixtisara salınmasının ləğv olunması barədə qanun qəbul edəcəklərini də bildiriblər. Dövlət Dumasının iqtisadi siyasət komitəsinin rəhbəri Yevgeni Fyodorov bildirib ki, hökumət deputatlarla birlikdə zaman və saat qurşaqlarının yeni standartlarına keçid üzrə vahid qanun layihəsi üzərində işləyir. Qanun layihəsi iyunun sonlarına qədər birinci oxunuşda qəbul olunacaq və gələn ildən qüvvəyə minəcək.
    29.03.10 Məqaləni oxumaq
     
    Deputat Asəf Hacıyev İstanbulda QİƏT PM-nin iclasında iştirak edir
    Milli Məclisin deputatı Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏT PM) Büdcə və Audit Komitəsinin iclasında iştirak etmək üçün İstanbula səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisdən veriblər. İclasda qurumun büdcə layihəsi və bir sıra maliyyə məsələləri müzakirə olunacaq. Səfər zamanı təşkilatın Beynəlxalq Katibliyi rəhbərliyinin və Büro üzvlərinin Avropa Parlamentinin vitse-prezidenti Libor Rusek ilə görüşü nəzərdə tutulub. Görüşdə münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Səfər aprelin 1-də başa çatacaq.
    29.03.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Gəmiqayırma Zavodunun təməlqoyma mərasimində iştirak edib
    Bu gün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığında inşa olunacaq müasir standartlara cavab verən Gəmiqayırma Zavodunun təməlqoyma mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə prezident İlham Əliyev iştirak edib. Zavodun eskiz layihəsi ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq.
    20.03.10 Məqaləni oxumaq
     
    Ombudsman ATƏT-in Azərbaycan nümayəndəliyinin şöbə müdirini qəbul edib
    Ombudsman Elmira Suleymanova ATƏT-in Azərbaycan nümayəndəliyi Qanunun aliliyi şöbəsinin rəhbəri Monika Martinezi qəbul edib. Görüşün məqsədi ATƏT-lə Ombudsman təsisatının gələcək birgə əməkdaşlığının perspektivlərini müəyyənləşdirmək olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər. Müvəkkil qonağın təmsil etdiyi qurumla səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. M.Martinez təmsil etdiyi qurumun Müvəkkilin təklifini dəstəkləyərək Ombudsman təsisatının əməkdaşları üçün maarifləndirici təlim keçirməyi planlaşdırdığını söyləyib. E.Süleymanova ardıcıl keçirilməsi məqsədəuyğun olan bu mühüm tədbirlərdə dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq mütəxəssislər, həmçinin milli insan hüquqları institutları nümayəndələrinin də ekspert qismində iştirakının zəruriliyini vurğulayıb.
    20.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Mar.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031