Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 3.2010
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Ombudsman Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına baxış keçirib
    Ombudsman Elmira Süleymanova və səhiyyə nazirinin müavini Elsevər Ağayev Novruz bayramı ərəfəsində Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına baş çəkib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Müvəkkil xəstəxananın korpuslarına, o cümlədən yeni korpuslara baxıb, təmirə ehtiyacı olan şöbələrdə olub. Ombudsmana bu yaxınlarda xəstələri başqa şöbələrə yerləşdirməklə, həmin şöbələrin əsaslı təmir ediləcəyi bildirilib. E.Süleymanova xəstələrin saxlanma şəraiti, müalicə prosesi ilə də tanış olub. O, palatalarda xəstələrlə, eyni zamanda onlara baş çəkməyə gəlmiş qohumları, yaxınları ilə görüşüb. E.Süleymanova psixonevroloji xəstələrin istismar, zorakılıq, sui-istifadə, təhqiredici rəftardan qorunmasının zəruriliyini və cəmiyyətin onlara dəstək verməsinin vacibliyini bildirib.
    19.03.10 Məqaləni oxumaq
     
    Sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlər “ödəmə kart”ı əldə etməlidirlər
    Cari ilin 16 mart tarixindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(TQDK) qeydiyyatını elan etdiyi sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlər qiyməti 3 manat olan və bir imtahana yazılmaq imkanı verən TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Ödəmə kartlarını TQDK-nın “Abituriyent” satış köşkündən, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən, həmçinin respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar. Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan var. Yəni, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər. Bunun üçün Komissiyanın internet saytında xüsusi bölmə olaraq http://tqdk.gov.az/virtualkart/ yaradılıb. Aprelin 4-də keçiriləcək sınaq imtahanı respublikanın 18 şəhərində, Bakı, Naxçıvan (Sədərək rayonu istisna olmaqla Muxtar Respublikanın bütün rayonlarında), Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Yevlax, Kürdəmir, İmişli, Şirvan, Lənkəran və Biləsuvar şəhərlərində keçirilir.
    19.03.10 Məqaləni oxumaq
     
    ABŞ dövlət katibinin müavini Türkiyənin Baş nazirinə dəstək verib
    Türkiyədə qanunsuz yaşayan 100 min erməninin ölkə ərazisindən deportasiya olunması barədə baş nazir Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanata ABŞ dövlət katibinin müavini Filip Qordon dəstək verib. KƏLAMİNFO Türk mətbuatına istinadən xəbər verir ki, Vaşinqtonda keçirdiyi ənənəvi brifinqdə F.Qordon bu məsələyə də toxunub. “Bu məsələ başqa mövzudur. Hər ölkədə qanunsuz yaşayan miqrant problemi var. Ölkələr öz qanunlarına müvafiq olaraq bu problemləri həll edir. Bu məsələnin Nümayəndələr Palatası və ya ABŞ-dakı hər hansı bir səsvermə ilə əlaqəsi yoxdur. ABŞ Konqresinin fəaliyyəti ilə bunun arasında bağlantı qurmayın”,-deyə F.Qordon açıqlayıb.
    19.03.10 Məqaləni oxumaq
     
    Regional inkişaf - prioritet sahə kimi
    Son illər Azərbaycanda müşahidə olunan inkişaf tendensiyası ölkəmizi regionun qabaqcıl dövlətləri sırasına daxil edib. Regionların inkişafı ilə bağlı imzalanan Dövlət Proqramlarının icrası Azərbaycanın təkcə neft ölkəsi olması düşüncələrini arxa plana keçirib. Prezident İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçildikdən sonra qarşıya qoyduğu mühüm məqsədlərdən biri də ölkədə aparılan islahatları davam etdirmək idi. Bununla da prezident ölkə iqtisadiyyatında qazanılan uğurların coğrafi arealını genişləndirməklə regionların inkişafına nail olmağa çalışırdı. Prezidentin ali məqsədi ölkənin bütün bölgələrini sosial-iqtisadi baxımdan yüksək səviyyədə inkişaf etdirmək idi. Bu hədəflərə çatmaq üçün isə regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, yeni iş yerlərinin açılmasını, aqrar sektorun inkişafını, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsini təmin etmək lazım gəlirdi.
    18.03.10 Məqaləni oxumaq
     
    Ədalətli təhsil
    Cəlilabad rayonu üzrə 2007/2008-ci tədris ilində 2365 şagird atestat alıb. Bunlardan 591 nəfər ali və orta ixtisas məktəblərinə sənəd verib. Sənəd verənlərdən 98 məzun tələbə adını qazanıb.
    Cəlilabad rayonu üzrə 2008/2009-cu tədris ilində 2000 şagird orta məktəbi bitirərək atestat alıb. Bunlardan 683 nəfər ali və orta ixtisas məktəblərinə sənəd verib. Sənəd verənlərdən 132 məzun tələbə adını qazanıb.
    Cəlilabad rayonu üzrə 2009/2010-cu tədris ilində 1279 nəfər atestat alıb. Bunlardan 623 nəfər qəbul imtahanlarında iştirak edib. İştirak edənlərdən isə 139 nəfər tələbə adını qazanıb.
    18.03.10 Məqaləni oxumaq
     
    Uşaq xəstəxanasının xəstə halı
    Dövlət başçısı İlham Əliyev uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti  qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demokratik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə  2009-cu ilin “Uşaq ili”elan edilməsi haqqında 2009-cu il 18 fevral tarixli Sərəncam imzalamışdı. “Uşaq ili” çərçivəsində uşaqların sağlamlığı və təhsili ilə bağlı uşaq müəssisələrində kütləvi tibbi müayinələr aparılacaqdı, sağlamlaşdırıcı tədbirlərin və sağlam həyat tərzinin təbliğinə diqqət yetiriləcəkdi, uşaqlarda yoluxucu xəstəliklərin immunprofilaktikası işinin təkmilləşdirilməsi tədbirləri gücləndiriləcəkdi, irsi qan xəstəliklərinə düçar olmuş uşaqlar üçün qanvermə aksiyaları keçiriləcəkdi, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı standartlar təkmilləşdiriləcəkdir.
    18.03.10 Məqaləni oxumaq
     
    Müdafiəmiz güclənir
    İndi Azərbaycan “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları və digər məhsulları özü istehsal edir
    Son illər Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə aparılan yenidənqurma və əsaslı təmir, eləcə də quraşdırılan modern avadanlıq və tətbiq edilən yeni texnologiya hesabına ən müasir standartlara cavab verən müdafiə təyinatlı məhsulların istehsalı genişləndirilib. Ötən il Müdafiə Sənayesi Nazirliyinin müəssisələri 2008-ci illə müqayisədə ümumi məhsul istehsalını 1,5 dəfə artırıb. Müdafiə təyinatlı məhsulların istehsal həcmi 2009-cu ildə 2008-ci illə müqayisədə 3 dəfə, 2005-ci illə müqayisədə isə 17,9 dəfə artıb. Dünyanın bir sıra dövlətlərinin müvafiq qurumları ilə sıx əməkdaşlıq edən Müdafiə Sənayesi Nazirliyi müdafiə təyinatlı məhsullarla yanaşı, yeni növ mülki avadanlığın istehsalına da başlayıb.
    18.03.10 Məqaləni oxumaq
     
    İşiqforsuz Cəlilabad
    Qırmızı rəng qan rəngi olduğu üçün əsrlər boyu təhlükənin, təxribatın və ölümün simvolu sayılıb. Dəmir yolunun ilk dəfə fəaliyyətə başladığı 1830-cu ildən xəbərdarlıq işığının rəngi yaşıl, keçmək siqnalının rəngi isə ağ olub. Bir müddət sonra ağ siqnal problem yaratmağa başlayıb. Ağ rəngli “keç” siqnalı digər küçə işıqları ilə səhv salınırdı. Amma bundan daha pisi “dur” işərələrinə qoyulan qırmızı lupaların sınıb töküldükdən sonra  yanan işıqların  ağarması, “keç” işarəsi kimi qəbul olunur, bu da qəzaya səbəb olurdu.
    18.03.10 Məqaləni oxumaq
     
    Bütün Qafqazın Şeyxi
    “Aypara və ulduz” ordeni ilə təltif olundu

    Qafqaz Müsəlmanları İdarəsinin sədri, Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şuranın həmsədri Şeyxülislam Hacı Allahşükür Paşazdə daha bir beynəlxalq mükafata layiq görüldü. Bütün Qafqazın Şeyxi İNTERSAFETY Terroizm, korrupsiya, narkomaniya və ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Təltiflər İttifaqının (UNCOPA) ali dərəcəli “Aypara və Ulduz” ordeni ilə təltif olundu.
    18.03.10 Məqaləni oxumaq
     
    Rusiyada Baş nazirin istefası tələbi güclənib
    Qonşu Rusiyanın paytaxtı Moskvada baş nazir Vladimir Putinin istefası tələbi ilə mitinq keçirilib. KƏLAMİNFO xəbər verir ki, aksiyada Birləşmiş Vətəndaş Cəbhəsi və Həmrəylik hərəkatının 20-ə yaxın fəalı iştirak edib. Bundan əvvəl Baş nazirlə bağlı İnternetdə kedmiş eyni tələblə 10 mindən artıq adam imza atıb.
    18.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Mar.2010
    .......
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031